çərşənbə günü, 11 noyabr 2026
     

Orta məktəblərdə ətraf mühit və ekologiya maarifçiliyinin əsasları...

Image


İnsanlarda ekoloji tərbiyənin formalaşdırılması olduqca zəruri bir məsələdir. Təbii ki, bu amilin insanların həyatında oynadığı rol çox böyükdür. Ekoloji tərbiyə barədə məlumat verən mütəxəssislər qeyd edirlər ki, onun əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir.

“Təbiət öz sərvətləri ilə insanı bəsləyir, yaşadır, fiziki və mənəvi qüvvələrini inkişaf etdirir, ona həyat verir” deyənlər haqlıdırlar. Bəli, təbiətin səxavətlə bizə verdiklərinə qaşılıq olaraq onu qorumalıyıq. Bunu dərk edib təbiətə qulluq etməyi özünə bir vəzifə sayanlar ətraf mühitin qorunması, mühafizəsi üçün çox böyük işlər görürlər. Aydın məsələdir ki, insanlarda ekoloji tərbiyə kiçik yaşlarından formalaşdırılmalıdır. Bir sözlə, təbiəti qorumağı hələ uşaqlıqdan öyrənmək lazımdır. Ailədə, bağçada, məktəbdə uşaqlara təbiətə qayğı ilə yanaşmağı öyrətmək əsas vəzifələrdən biri olmalıdır. Burada əsas rolu isə məktəblər oynamalıdır.

Orta məktəblərdə şagirdlərə ətraf mühitin, təbiətin qorunması necə öyrədilir, bu sahədə məktəblərdə maarifçilik, təbliğat işi hansı formada qurulub?

  • Orta məktəblərdə ayrıca ekologiya fənni tədris edilirmi?

Müxtəlif vasitələrlə çirkləndirən ətraf mühitin, su hövzələrinin, atmosferin təmizlənməsi üçün bizim də üzərimizə az iş düşmür. Ən böyük vəzifə isə təbiəti, ətraf mühiti qorumaqdır və çirkləndirməməkdir. Bilirik ki, 2010-cu il Preziedent İlham Əliyevin sərəncamı ilə "Ekologiya İli" elan edilmişdi. Hətta həmin dövrdə belə təkliflər var idi ki, insanların gənc yaşlarından ekologiya ilə bağlı biliklərə sahib olmaları üçün ekologiya fənninin ayrıca tədris proqramına salınması çox mühümdür. Orta məktəblərdə ekologiyanın ayrıca bir fənn kimi öyrədilməsinin zəruri olduğu vurğulanırdı. Ekspertlərin fikrincə, ətraf mühitin qorunması və ekoloji maarifləndirmənin gücləndirilməsi üçün orta məktəblərdə ayrıca ekologiya fənninin tədris edilməsi vacibdir.

Ekspetlər hesab edirlər ki, orta məktəblərdə "Həyat bilgisi" və "Coğrafiya" fənlərinin tərkibində uşaqlara ekologiyaya aid məlumatlar verilir, lakin bu, yetərli deyil. Məktəblilərin şüurunda ətraf mühitə münasibəti tam dəyişmək üçün ekologiya fənni ayrıca keçirilməlidir.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, uzun illərdir bu məsələ gündəmdə olsa da, hələ də orta məktəblərdə ekologiya fənni tədris olunmur.

  • Şagirdlərdə ekoloji etika nece formalaşdırılır?

Məlumatlara görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) vaxtaşı şagirdlərdə ekoloji tərbiyənin formalaşdırılması üçün orta məktəblərdə müxtəlif maarifçilik tədbirləri keçirib. Bu tədbirlərdən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təşkil edilən “Şagirdlərdə ekoloji etikanın formalaşmasına yardım” layihəsini vurğulaya bilərik. çərçivəsində tədbirlər keçirilib. Məktəblilərin ekoloji biliklərinin artırılmasına təşəbbüs göstərmək, şagirdləri ekoloji iməciliklərə cəlb etməklə onlara ekoloji bilgilərin praktik faydalarını izah etmək, uşaqlara təbiətlə düzgün təmas vərdişlərini aşılamaq, uşaq və yeniyetmələrdə ekoloji etikanın formalaşması işinə yardım etmək bu layihənin əsas hədəfi olub. Sözsüz ki, ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılmasına dair qəbul edilən dövlət proqramları qəbul edilib. Məktəblərdə keçirilən ekoloji layihələrdə məktəblilərə su ehtiyatlarının və atmosferin çirklənməsi, torpaqların deqradasiyası, biomüxtəlifliyin azalması və digər ekoloji problemlər haqqında geniş məlumat verilib, problemlərin həlli yolları izah olunub. Ekoloji mədəniyyət səviyyəsinin ətraf mühitin mühafizəsinin efftektiv təminatının ən əsas faktorlarından biridir. Bütün bunlar şagirdlərə bir dəfə deyil, dəfələrlə təlqin edilməlidir.

Müsbət hallardan biri ondan ibarətdir ki, ekoloji maarifləndirmə işləri yalnız paytaxt məktəblərində həyata keçirilmir, eyni zamanda ucqar kənd məktəblərində də gerçəkləşdirilir...

Təhsil Nazirliyi də mütamadi olaraq bu istiqamətdə layihələr həyata keçiririr. Biz o layihələrdən Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə layihəsi çərçivəsində “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkə” müsabiqəsini qeyd edə bilərik. Müsabiqə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilirdi.

Məktəblilər arasında keçirilən bu müsabiqələrin əsas qayəsi fasiləsiz dayanıqlı ekoloji təhsilin inkişafının möhkəmləndirilməsi, təbii ehtiyatların qənaətlə istifadəsi və ətraf mühitin mühafizəsi sahəsində məktəblilərdə xüsusi bilik və bacarıqların formalaşdırılmasından ibarət olub. Layihədə şagirdlərə qənaətcil davranış prinsiplərinə xidmət edən enerji və su ehtiyatlarından səmərəli istifadə, tullantıların təkrar istifadəsinin kreativ həlli, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması bacarıqlarının aşılanması nəzərdə tutulurdu. Sözügedən proqramda həyata keçirilən işlərdən biri tullantıların azaldılması məqsədilə 120 təhsil müəssisəsində enerjiyə və suya qənaət tədbirləri olub. Məktəbin sinif otaqlarında sağlam ekoloji mühit yaratmaq üçün müsabiqənin “Yaşıl dizayn” mərhələsində otaq bitkiləri ilə yaşıllaşdırma işləri aparılıb. Müsabiqənin “Yaşıl bufet” mərhələsi isə məktəblərdə ekoloji təmiz məhsulları təbliğ etmək məqsədi daşıyıb. Bu mərhələdə şagirdlər sağlam qidalanma haqqında biliklərə yiyələnərək məktəbdə qida  rasionunun tərkibini öyrəniblər.

Həmin dövrdə keçirilən tədbirdə tullantıların azaldılması məqsədilə şagirdlər tərəfindən 10 tona qədər kağız tullantıları və plastik qablar toplanılıb təkrar emal üçün aidiyyatı müəssisəyə təhvil verilib.

Biz yazımızda ayrı-ayrı vaxtlarda məktəblərdə keçirilən bir neçə layihdən bəs etdik. Ümid edirik ki, əlaqədar qurumlar şagirdlər arasında ekoloji tərbiyəni formalaşdırmaq üçün daha geniş tədbirlər, layihələr həyata keçirəcəklər. Gənc nəsildə ekoloji dünyagörüşün formalaşması istiqamətində həyata keçirilən tədbirlər canlı təbiətə humanist münasibətin yaranmasına səbəb olur. Ekspertlər deyir ki, uşaq, yeniyetmə və gənclərin ekoloji təhsil və tərbiyəsi ilə məşğul olan dövlət müəssisəsi olaraq fəaliyyət göstərən qurumlar  məktəblilərin ekoloji tərbiyəsinə xüsusi əhəmiyyət verməlidir.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ