çərşənbə günü, 11 noyabr 2026
     

Qafqaz Müsəlmanları İdarəsi məscidlərdə din xadimlərinin təyinatına nəzarəti tam itirsə...

Image


Mətbuatda yayılan məlumatlara görə, “Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklikdən sonra Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məscidlərə nəzarəti tam itirəcək. Azərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyin edilməsi səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınır.

QMİ-nin məscidlərə nəzarətini itirməsi və bir sıra səlahiyyətlərinin əlindən alınması nə ilə nəticələnəcək? Ümumiyyətlə, bu məscidlərin fəaliyyətində, imam və axund təyinatında şəffaflığın təmin edilməsinə necə təsir edəcək?

  • “Hazırda pirlərin 90 faizi biznesmenlərin əlindədir”

Tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə bildirdi ki, qanuna təkif edilən dəyişiklikdən sonra din xadimlərinin, imamların, axundların məscidlərə təyinatının və nəzir yerlərinə, pirlərə rəhbər təyin etmək səlahiyyətlərinin QMİ-dən alınaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsinə bir ilahiyyatçı olaraq müsbət yanaşır: “Bu gecikmiş olsa da, amma arzulanan bir dəyişiklikdir. Çünki bu sahədə həddindən artıq boşluqlar var idi və bu sahədə tənzimləmələrə ehtiyac yaranmışdı. Uzun müddət idi biz də həm ictimai xadimlər, həm ilahiyyatçılar olaraq müxtəlif vaxtlarda mütamadi olaraq hökümətə təkliflər etmişik bu sahə tənzimlənməlidir. Ümumiyyətlə, ikili, paralel idarələrin, idarəçiliyin yaradılması bizim ölkədə təcrübədə effekt vermədi. Haşiyə çıxım: Səhiyyə Nazirliyi və TƏBİB-in yaradılması kimi.

Yəni paralel qurumların yaradılması digər yönlərdə də rəqabətə, ziddiyyətə çevirilir, qurumlar arasında anlaşdılmazlığa səbəb olur. O cümlədən, Dini Komitə ilə QMİ də bu cür fəaliyyət göstərirdi. Bu kimi məsələlərə görə, mütamadi olaraq Dövlət Komitəsi ilə QMİ arasında “soyuq müharibə” gedirdi. Dini Komitə yarananda QMİ bu qurumun yaradılmasına qısqanclıqla yanaşmışdı.

Elə o vaxtdan QMİ hiss etmişdilər ki, Dövlət komitəsi ya QMİ-yə nəzarət üçün yaradılıb, ya da bu idarənin yaradılması tədricən QMİ-nin ləğvi ilə nəticələnəcək. Bu baxımdan, hər iki qurumun arasında problem və ziddiyyət yaşanırdı. Mən məlum səlahiyyətlərin QMİ-dən alınmasını ona görə müsbət qarşılayıram ki, Komitənin əlində kifayət qədər səlahiyyətlər var. Adından da göründüyü kimi dövlət qurumudur. Dini Komitənin səlahiyyətləri daha genişdir, nəinki qeyri- hökümət təşkilatı olan, Çar Rusiyasından qalmış Qafqaz Müsəlmanları İdarəsinin. Açıq deyirəm, QMİ-nin təməli qoyulandan indiyə kimi də oranın əməkdaşları, rəhbərliyi bir Azərbaycandan başqa bütün ölkələrə xidmət etmiş insanlardır. Əsasən də Rusiya və İran yönümlüdürlər. Oradakılar hətta bütün dini fətvaları, bayramları belə türk dünyasının qaydalarına, Azərbaycana dost, qardaş olan ölkələrin rəylərinə uyğun olaraq yox, İranın və Rusiyanın diqtəsi ilə onlarla bir günə salan, bununla da inanclı insanlar arasında ziddiyyət yaratmağa səbəb olan şəxslərdir. Yəni bu baxımdan, QMİ-nin bu səlahiyyətlərinin əlindən alınması müsbət haldır. Pirlərə nəzir üçün daxil olan pulların nəməlum istiqamətdə yeyilməsi məsələri vardı ki, QMİ-dəki müəyyən kuratorlar rayonlarımızdakı, bölgələrimizdəki yerli icra hakimiyyətləri və pirlərə sahibkarlıq edən biznesmenlərlə bu işə nəzarət edirdilər. Çünki hazırda pirlərin 90 faizi biznesmenlərin əlindədir. Artıq o pirlərin sahibləri biznesmenə çevriliblər. Yəni artıq pirləri pir hesab etmək olmaz, onlar artıq bir biznes mərkəzi sayılır. Hardakı alverdən söhbət gedir demək orada artıq ziyarət bitib. Bu baxımdan, həmin sahələrə QMİ-nin rəhbərlik etməsi bu istqiqamətlərdə nəzarətsizliklə, özbaşnalıqla, biganəliklə müşaiyət olunurdu. Onların adı dinlə bağlı olduğuna görə, bütün dövlət orqanları, hətta ölkə rəhbərliyi də ruhanilərə hörmətlə yanaşıb, bir qədər onlara azadlıq, sərbəstlik verilməsinin tərəfdarı olublar, bir ruhani kimi onlara təvəzökarlıq göstəriblər. Amma çox təəssüflər olsun ki, QMİ daim dövlətin onlara verdiyi imtiyazlardan, səlahiyyətlərdən sui-istifadə edərək İran agenturasını məscidlərə “imam” kimi doldurub, müxtəlif təhlükəli işlərin yaranmasına rəvac verib...”

T.İrfanın fikrincə, Dini Komitəni bütün göstəricilərinə görə heç bir halda QMİ ilə müqayisə etmək olmaz, onların arasında yer-göy qədər fərq var. Əvvəllər Dini Komitədə uzun müddət işlədiyini deyən T.İrfan hesab edir ki, Dini Komitə ona həvalə edilən işlərin öhtəsindən çox yüksək məsuliyyətlə, peşəkarlıqla gələcək: “Hətta belə proqnazlaşdırardım ki, ilkin 6 ay ərzində bütün sənədləşmə və başqa işləri həyata keçirib 1 il müddətində artıq Komitə öz əməyinin və bu yolda addımlamağının bariz nümunəsini ortaya qoyacaq. Belə deyim, rəsmiyyətdə, sənəddə bu Komitənin səlahiyyətlərinin daha üstün olmasına baxmayaraq, reallıqda əksinə idi. De-yure üstünlük komitədə idi, amma de-fakto QMİ “at oynadırdı”. İndi isə QMİ-nin bu səlahiyyətlərinin dövlət idarəsinə verilməsi çox müsbət haldır. Bunun müsbət nümunələri qardaş Türkiyədə və başqa dünyəvi quruluşlu dövlətlərdə var. Yəni əksəriyyətində dini məsələlər dövlər tərəfindən tənzimlənir. Din dövlətdən ayrı olsa da belə, bu funksiya, dövlətin dini məsələləri bir QHT-yə həvalə edilə bilməzdi, bu səlahiyyətlərin Komitəyə verilməsi çox müsbətdir. İnanıram ki, Dini Komitə bu işləri tam tənzimləyəcək. Çünki onların buna potensiyalı da var. Komitədə çox savadlı, çox alicənab, ümumiyyətlə din adına, mənəviyyat adına layiqli kadrlar işləyir. O komitə çox yüksək peşəkarlığa malik kadrlar yetişdirib, ora bir akademiyadır. Məsələn, millət vəkili Ceyhun Məmmədovun adını çəkə bilərəm. Prezident İlahiyyat İnstitutunu təsis edəndə onu rektor təyin etmişdi. Bunu bir nümunə kimi deyirəm ki, o da uzun müddət komitədə çalışmış, işləmiş savadlı kadrlardan biridir ki, ölkədə kifayət qədər nüfuzu olan ictimai-siyasi xadimə çevirilib. QMİ kimləri yetişdirir? Qəbiristanlıq mollalarını, dini hörmətdən salan, ya da İranda oxuyub gələn radikal qruplaşmaların üzvlərini yetişdir. Məsələ bundan ibarədir…” - deyə T.İrfan vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ