çərşənbə günü, 11 noyabr 2026
     

Həyatımın çətin dönəmində şansım hesab etdiyim Nəzakət xanım…

Image


Bu bir həqiqətdir ki, insan yaşadığı müddətdə həyat yolu müxtəlif insanlarla kəsişir. Bəzi insanlar şansımız, bəziləri isə şanssızlığımız olur. Qarşılaşdığımız yaxşı insanlar da, pis insanlar da bizə həyat təcrübəsi qazandırır. Vacib olan odur ki, yaxşı insanlardan yaxşılıq öyrənək. Bizə yaxşılıq eləyən insanları peşman etməyək. Dar gündə bir-birimizə əl uzadaq. Hər zaman dost qazanmağa çalışaq.

İnsanın bəxti, şansı sadəcə iş həyatında, ailə həyatında deyil, dost tərəfdən də gətirəndə, o insanı həqiqətən şanslı insan hesab etmək olar.  Bu yazım həyatımın çətin dönəmində qarşıma çıxan, şansım hesab etdiyim Nəzakət xanım Məmmədova haqqındadır.
Nəzakət xanımla tanışlığımız 2020-ci il oktyabrın 15-i, ikinci Qarabağ müharibəsinə təsadüf etdi. Hansı ki, həmin tarixlərdə Ermənistan ordusu döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirir, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdır, sakinlərin çox hissəsi böyük dağıntılar altında qalıb həyatlarını itirirdilər. Həmin vaxtlar Gəncə sakinlərinin hər biri ölümün bir addımlığında idi.  Hər kəs şəhərə endirilən raket zərbələrindən xilas olmaq, sağ qalmaq üçün yaşadığı yeri müvəqqəti olaraq tərk etmək məcburiyyətində idi.  Mən də ailəmi təcili şəhərdən çıxarıb paytaxt Bakıya getməyə çalışırdım. Orada yaşayan dostlarımızdan bizə 1 gün içində kirayə ev tapmalarını xahiş etdim. Lakin, həmin az bir müddətdə heç biri kirayə ev tapa bilmədi. Atalarımız əbəs yerə söyləməyiblər ki, hər işdə bir xeyir var. Dostlarımızdan biri zəng etdi ki, bir xanım var, o evini sizə təmənnasız verəcək, müharibə bitənə qədər həmin evdə qalarsınız. Bu xəbərə ailəlikcə çox sevinsək də, həmin xanımı tanımadığımız üçün necə bir insanla qarşılaşacağımızı da bilmirdik. Buna baxmayaraq təcili yola düşdük, 15 oktyabr tarixində ailəmlə birlikdə Bakıya, bizə verilən həmin ünvana getdik. Həmin ünvanda, bizə verilcək evdə kimsə yaşamırdı. Binanın həyətində ailə dostumuz həmin xanımla birgə bizi qarşıladı. Qara maşından düşən, gözlərindəki eynəyi çıxarıb, üzündə səmimi bir təbəssümlə bizə tərəf yaxınlaşan xanım Nəzakət Məmmədova idi. Həyatda heç nəyin təsadüf olmadığına hər zaman inanmışam. Nəzakət xanımla tanışlığımızın da təsadüf olmadığına inanıram. Heç tanımadığım, həyatımda ilk dəfə gördüyüm bir xanım bizə ilk öncə evinin, sonra isə ürəyinin qapılarını açdı. Ailəmlə birlikdə bir ay Nəzakət xanımın bizi yerləşdirdiyi evdə qonaq olduq. Günaşır, iki gündən bir Nəzakət xanım nəyəsə ehtiyacımız olub olmadığını soruşmaq üçün bizə baş çəkirdi, tez-tez telefonla zəng edirdi. Doğmaların bir-birinə göstərmədiyi qayğını Nəzakət xanım bizə göstərirdi. Müharibə başladığı bir gündən 27 sentyabr tarixindən hər kəsin gözüyaşlı, ürəyi kövrək idi. Hər gün onlarla, yüzlərlə vətəndaşımızın həlak olduğu, şəhid olduğu xəbərini alırdıq. Nəzakət xanımın oğlu və qızı da həmin vaxt cəbhə bölgəsində idi. Müharibənin qızğın vaxtı cəbhə bölgəsində olan övladlarından  hər gün xəbər almağa çalışan bir ananın gözlərindəki həyəcanı, səsindəki titrəkliyi, kövrəkliyi bir ay boyunca seyr etdim. Övladlarından  danışanda Nəzakət xanımın gözlərindəki o ifadəni kəlmələrlə izah etməyim qeyri-mümkündür. Nahaq yerə deməyiblər ki, ana müqəddəs varlıqdır. Hər bir övladın Nəzakət xanım kimi anaya ehtiyacı var. Ailəm 20 gün Bakıda qalıb təkrar Gəncəyə qayıtdılar. Mən isə bir müddət daha paytaxtda qalmağa davam etdim. Nəzakət xanım tez-tez məni ziyarətə gəlirdi. Onunla söhbət etmək psixoloqla söhbət etməyə bənzəyirdi. İnsanın qəlbindən keçənləri gözlərindən anlamaq qabiliyyəti var  Nəzakət xanımda. Onunla hər söhbətimdə onun həssas, kövrək qəlbi, duyğusallığı məni ona daha da bağlayırdı. Nəzakət xanım artıq mənim üçün bir yad deyildi.  O, qısa müddətdə mənə doğmadan da doğma olmuşdur.  Söhbət zamanı bir dəfə demişdim ki, Mir Mövsüm Ağanın ziyarətgahına getmək istəyirəm. O, bu istəyimə biganə qalmadı.  Bir gün Nəzakət xanım mənə zəng etdi ki, hazırlaş səni ziyarətgaha aparacam, oradan da bağ evimizə gedərik. Xatırlayıram, 9 noyabr tarixi idi, Nəzakət xanım gəlib məni götürdü, birlikdə Mir Mövsüm Ağanın ziyarətgahına getdik, orada çoxlu dualar etdik. Həmin vaxt hamımızın bir arzusu, bir amalı vardı. Müharibənin dayanması, cəbhə bölgəsindəki oğul və qızlarmızın sağ-salamat evlərinə qayıtması.  Ziyarətgahdan sonra Nəzakət xanımın bağ evinə getdik. Bağ evində Nəzakət xanımın nəvələri varıydı. Hansı ki, həmin uşaqların anaları da cəbhə bölgəsində idi. Bir ana üçün çox böyük xoşbəxtlikdir ki, onun övladları həm oğlu həm də qızı cəbhə bölgəsində Vətən üçün savaş verir, yaralı əsgərlərimizə kömək edir. Nəzakət xanım xoşbəxt analardandır ki, Vətən üçün o cür övladlar yetişdirib. Əminəm ki, nəvələri də övladları kimi qəhrəman olacaqlar. Bir gecə Nəzakət xanımgildə qonaq oldum. Ən doğma insanımın evindəymiş kimi özümü rahat hiss edirdim. Gözəl vaxt keçirdik. Yemək hazırladıq, film izlədik, doyunca söhbət etdik. Müharibənin nə zaman bitəcəyi haqqında xeyli fikir mübadiləsi apardıq. Həmin gecə bizi eləcə də xalqımızı hansı xoş hadisənin gözlədiyindən isə tamamilə xəbərsiz idik. Artıq 44-cü gün idi ki, hər kəsin yuxusu ərşə çəkilmişdi. O gecə də gözümüzə yuxu getmirdi. Gözlərimiz hər an sosial şəbəkələrdə idi ki, görəsən bu gün hansı rayonumuzu, kəndlərimizi işğaldan azad etdik?! Gecə təxminən saat 2 radələrində bütün televiziyalarda müharibənin dayandırıldığı xəbəri, cənab Prezidentin Ermənistan və Rusiya ilə 10 noyabr bəyannaməsi imzaladıqları canlı video şəklində yayımlandı. Bu tarixi Zəfərdən, müharibənin dayandırıldığı xəbərindən sonra  Nəzakət xanımla sevincimizdən yuxumuz qaçdı. Səhərə qədər bu sevinci dostlarla, qohum və yaxınlarla bölüşmüşük. Səhər saat  9-da isə maşınla evdən çıxıb üzü şəhərə doğru getdik. Əllərimizdə bayraqlar, gözlərimizdə qürur və sevinc... Biz o tarixi Zəfər sevincini Nəzakət xanımla birgə yaşamışıq. 10 noyabr tarixində əllərimizdə bayraq maşınla bütün şəhəri dolaşmışıq. Qürurdan, sevincdən  gah ağlayıb, gah da gülmüşük. Əvvəllər biz Nəzakət xanımla iki yad insan idik. Ancaq bugünkü gündə ortaq o qədər xatirələrimiz var ki... Sən demə yad insanların doğmalığı doğmadan da doğma olurmuş. Biz müharibə dövründə birlikdə yaşadığımız ağrılı, acılı günləri, ələlxüsus da 10 noyabr tarixində birgə yaşadığımız  o böyük Zəfər sevincini əsla unuda bilmərik. Müharibə Nəzakət xanımla bizi bir-birimizə doğmalaşdırdı. Nəzakət xanım mənə və ailəmə elə bir vaxtda əl uzatdı, yaxşılıq etdi ki, nə bu dünyada, nə də axirətdə mən və ailəm onun yaxşılığını unuda bilmərik.
Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ