çərşənbə günü, 11 noyabr 2026
     

Müəllim ömrü hər ömürdən uludur

Image


“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”
Ümummilli lider Heydər Əliyev:
“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir...”

Hər birimizin öz müəllimi var, belə müəllimlərdən biri də Zəkiyyə xanımdır.Yazılı abidələrimizin yorulmaz tədqiqatçısı, fəlsəfə üzrə elmlər doktoru, dosent  Əbilova (Babayeva) Zəkiyyə Ağababa qızı ilə mənim tanışlığım 1990-cı il 5-dekabrında olub. Hacı Zeynal Abdin Tağıyevdən sonra Azərbaycanda ikinci dəfə qız məktəbini Firəngiz Məhər­rə­mova açmışdır. Bu məktəbin açılışı rəmzi olaraq vaxtı ilə H.Z.Tagıyevin tik­dir­di­yi, hazırda AMEA Əlyazmalar İnstitutu kimi fəaliyyət göstərən bu binada ke­çi­ri­lir­di. Biz tələbələri də bu açılış mərasiminə dəvət etmişdilər. Açılış mərasimini Azər­baycan Qadınlar Şurasının sədri Zemfira Verdiyeva aparırdı. Sonra söz Əlyazmalar İnstitunun direktoru Cahangir Qəhrəmanova verildi. O, Tağıyevin qız məktəbinin ta­rixindən söz açdı. Vaxtı ilə qız məktəbinin məzunu olmuş Azərbaycanın Xalq Şairəsi Mirvarid Dilbazi məktəblə bağlı xatirələrini danışdı. Sonra bizi müəllim­lə­ri­miz ilə tanış etdilər: Cənnət Nağıyeva (milli adət ənənə), Gülrux Əlibəyli (mə­də­niy­yət), Vasim Məmmədəliyev (islam dini və şəriət), Elməddin Əlibəyzadə (islama qədər azərbaycan tarixi), Tofiq Babayev (Azərbaycan tarixi), Aygün Səmədzadə (mu­siqi), Şövkət Zeynalova (incəsənət), Zəkiyyə Əbilova (ərəb dili), Anaxanım Qu­liyeva (milli tikmələr), Xanızadə Nailə (milli xörəklər), Tamilla Dadaşova (ingilis dili), Kərimova Hailə (təbabət), Elmira Qasımova (incəsənət). O gündən Zəkiyyə xanımla bizim tanışlığımız başladı.

 

Bu qızlar məktəbin 10 nəfər əlaçı tələbələri olan biz qızlar 1992-ci ildə İslam Universitetinə (Bakı İslam İnstitutu) imtahan verdik və ha­mımız bu ali məktəbə qəbul olunduq. Azərbaycanda ilahiyyat sahəsində ilk oxu­yan qız tələbələr biz olduq. Tale elə gə­tir­di ki, mən ali məktəbi bitirdikdən sonra AMEA-nın Əlyazmalar İnstitutuna işə qə­bul olundum və müəlliməm Zəkiyyə xanımla bir şöbədə işləməli oldum. Artıq 26 ildir ki, Zəkiyyə xanımla birlikdə Əlyazmalar İnstitutunda işləyirəm.

Zəkiyyə xanım 1962-ci il, yanvar ayının 24-də Bakı şəhərində anadan olmuşdur.

1981-ci ildə ADU (BDU) –nin Şərqşünaslıq fakültəsinin, “Ərəb filologiyası” şöbəsinə daxil olmuş, 1985-1986-cı tədris ilini Tunisin Canlı Dillər İnstitutunun “Ərəb dili və Tunis dialekti” fakültəsində oxumuşdur. Bakıya qayıtdıqdan sonra, yenidən təhsilini ADU (BDU) –nin Şərqşünaslıq fakültəsinin “Ərəb filologiyası” şöbəsində davam etdirmiş və 1987-ci ildə həmin universiteti bitirmişdir. O,1988-ci ilin mart ayından AMEA-nın Əlyazmalar İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1989-cu ildə AMEA-nın aspirantura şöbəsinə daxil olaraq  1993-cü ildə aspiranturanı   bitirmişdir.

1993-cü ilin oktyabrından  1999-cu ilin dekabrına qədər Sudan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində tərcüməçi-referent vəzifəsində çalışmışdır.

1995-ci ildə Akademik V.M.Məmmədəliyevin rəhbərliyi ilə “Əbülqasim Mühəqqiq Hillinin “Şərayiül-islam fi məsailil-halal vəl-haram” əsəri Cəfəri məzhəbinin əsas qaynaqlarından biri kimi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək ilahiyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, Zəkiyyə xanım ilahiyyat  sahəsində müdafiə edən ilk xanımdır.

2000-ci ilin yanvar ayının 10-dan yenidən Əlyazmalar İnstitutuna qayıdaraq “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsində elmi işçi kimi fəaliyyətini davam etdirmişdir. 2002-ci ilin yanvar ayının 3-də həmin şöbədə böyük elmi işçi, 2011-ci ildə  isə aparıcı elmi işçi  vəzifəsinə təyin olunmuşdur. 2012-ci ildə AAK-ı tərəfindən  “Dosent” elmi adına layiq görülmüşdür.

18 may 2012-ci il tarixdən Əlyazmalar İnstitutunun “Əlyazmaların və əski çap kitablarının tərcüməsi və nəşri” şöbəsində aparıcı elmi işçi kimi çalışır. 14 iyun, 2016-cı ildə  akademik Vasim Məmmədəliyevin məsləhətçiliyi ilə “Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badikubinin yaradıcılığında islam əqaidi” mövzusunda dissertasiyasını  müdafiə edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 31 mart 2017-ci il tarixli  qərarı ilə fəlsəfə üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Bu Respublikada ilahiyyat üzrə müdafiə olunmuş ilk və hələlik sonuncu doktorluq dissertasiyasıdır.

Zəkiyyə xanım 2019-cu il tarixindən baş elmi işçi vəzifəsini icra edir.  İndiyə kimi 80-dən artıq elmi məqalə və tezisi, ikisi monoqrafiya olmaqla 5 kitabı nəşr olunmuşdur.

Zəkiyyə xanımın elmi məqalələri Azərbaycanla yanaşı Türkiyədə, İraqda, İranda, Sankt-Peterbuqda, Dağıstanda, Gürcüstanda, Amerkada və s. ölkələrdə nəşr olunmuşdur. O, bir sıra  beynəlxalq elmi konfransın iştirakşçısı olmuş, türk, ərəb, ingilis və rus dillərində məruzələrlə çıxış etmişdir.

2002-2019-cu illər ərzində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasının elmi katibi olmuş, hal-hazırda Azərbaycan İlahiyyat İnstitutunun İmtahan Komissiyasının və Müdafiə Şurasının  sədridir.

Görkəmli şərqşünas – mətnşünas alim kimi tanınan Zəkiyyə xanım Əlyazmalar İnstitutunda işlədiyi 35 il müddətində özünə qarşı tələbkar elmi işçi, səmimi insan, zəhmətkeş və təvazökar alim kimi kolektivin dərin hörmətini qazanmış, gənc elmi kadrların hazırlanmasında əməyini əsirgəməmişdir.

Ən parlaq ulduzdu, nur saçan aydı,

Dalğalı dənizdi, ləpəli çaydı,

Ömrü ömürlərə paylanan paydı,

Safdı, müqəddəsdi müəllim ömrü.

 

Həyatda hər zaman gözləri toxdu,

Ürək ovsunlayan sözləri çoxdu.

Dünyanın varında istəyi yoxdu,

Odlu bir nəfəsdi müəllim ömrü ...

(İbrahim Yusifoğlu).

Əziz müəlliməm Zəkiyyə xanım!  Sizi 60 illik yubleyiniz  münasibəti ilə ürəkdən təbrik edir, sizə can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Tanrı sizi qorusun. 

Rübabə Şirinova
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ