çərşənbə günü, 11 noyabr 2026
     

Görkəmli dilçi alim...

Image


Çoxşaxəli zəngin yaradıcılığı ilə dilçilik elminin inkişafında mühüm xidmətləri olan, ona öz töhfələrini verən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi Ağamusa Axundovun 90 illik yubileyi qeyd edilir.  Görkəmli alim 36 mo­noq­ra­fiya və dərs­liyin, 500-ə qə­dər el­mi mə­qa­lə­nin müəl­li­fi­dir.

İbrətamiz bir ömür yolu yaşamış Ağamusa Axundov Azərbaycan dilçiliyində öz yeri, mövqeyi, dəst-xətti, üslubu olan görkəmli dilçi alimdir. A.Axun­dov ya­ra­dı­cı­lığa 50-ci il­lə­rin əvvə­lin­dən baş­lasa da, altmışıncılar hə­rə­ka­tı­nın gör­kəm­li nü­ma­yən­də­ləri kimi şöh­rət tap­mış­dır. Alim öz ge­niş dia­pa­zon­lu fəa­liy­yəti, zən­gin ya­ra­dı­cı­lıq ir­si ilə Azər­bay­can dil­çi­li­yinə, bü­töv­lük­də tür­ko­lo­giya alə­minə “Dil və üs­lub mə­sə­lə­ləri” (1957), “Fei­lin za­man­ları” (1961), “Dil­çi­liyə gi­riş” (1966), “Ümumi dil­çi­lik” (1979), “Ri­yazi dil­çi­lik” (1979), “Azər­bay­can di­li­nin fo­ne­ti­kası” (1984), “Dil­çi­li­yin ta­rixi, nə­zə­riy­yəsi və me­tod­ları” (1994), “Dil və ədə­biy­yat” 2 cild­də (2003), “Azər­bay­can di­li­nin izah­lı lü­ğəti” (2005) kimi fun­da­men­tal əsər­lər bəxş et­miş­dir. Onun namizədlik və doktorluq dissertasiyalarının hər biri Azərbaycan dilçiliyində yeni cığır açmışdır. Zaman kateqoriyasından söhbət gedəndə ilk olaraq Ağamusa Axundovun “Feilin zamanları” namizədlik  disserta­siya­sı yada düşür. Azərbaycan dilçiliyində ilk dəfə olaraq fəlsəfi və linqvistik yönümdən yanaşmaqla Ağamusa Axundov göstərdi ki, zaman təkcə insan həyatının ölçüsü deyil, həm də onun inkişafı üçün məkandır. Bu tədqiqat özündən sonra zamana həsr olunan bütün əsərlərdə istinad edilən mötəbər mən­bələrdəndir. Onun yaradıcılığında feilin zamanlarının qram­matik və məna xüsusiyyətləri tədqiqat obyektinə çevrilmişdir. Azərbaycan dilində  feilin zamanları  bir ənənə  olaraq hərəkət və ya halın danışıq vaxtına olan nisbəti ilə müəy­yənləşdirilir. Bu isə obyektiv və qrammatik zamanların bir-birinə olan münasibətinə əsaslanır. Müəllifin qeyd etdiyi kimi, hərəkət və ya halla danışıq faktı arasındakı münasibət obyektiv və qrammatik zaman kateqoriyalarının arasındakı əlaqələrin ən sadəsidir. Buna görə də bu iki müxtəlif kateqoriyalar arasındakı bütün əlaqələri meydana çıxarmaq üçün alim tərəfindən hər iki kateqoriya ayrı-ayrılıqda tədqiq edilmişdir. Dialektik materializmdə qeyd edildiyi kimi varlıqdan kənarda, hərəkət edən materiyadan kənarda zaman, zamandan kənarda varlıq yoxdur. Hərəkət edən materiya ancaq məkan və zaman daxilində  hərəkət edə bilər. Bu nəzəriyyəni əsas götürən alim öz tədqiqatında zamanı obyektiv aləmin özündə axtarır, obyektiv real varlığın əsas formalarından biri kimi zaman və məkanı hərəkət edən materiya ilə vəhdətə götürür. Qeyd edilir ki, qrammatika özündən zaman yaratmır, o yalnız insan şüurunda əks olunan obyektiv zamanı dildə öz xüsusi forma əlamətləri ilə konkretləşdirir. Tədqiqatda obyektiv və qrammatik zaman kateqoriyalarının bir-birinə münasibəti müəyyənləşdirilir və göstərilir ki, qrammatik zaman üç zamana - keçmiş, indiki və gələcək zamanın məcmusundan ibarətdir.

Görkəmli alim (1964-cü ildə) 32 yaşında müdafiə etdiyi doktorluq  dissertasiyası ilə Azərbaycanda Axundov fonoloji məktəbinin əsasını qoymuşdur. “Azərbaycan dilinin fonemlər sistemi (fizioloji, akustik, statistik, fonoloji tədqiqat təcrübəsi)” adlanan bu tədqiqatı təkcə Azərbaycan dilçiliyi üçün deyil, bütövlükdə türkoloji dilçilik üçün hadisə sayılır. Həmin tədqiqat 1973-cü ildə “Maarif” nəşriyyatında fundamental monoqrafiya şəklində nəşr edilmişdir. Monoqrafiyada Azərbaycan dilinin fonetik və fonoloji qanunauyğunluqları ümumiləşdirilmiş,  sait və samitləri fizioloji, akustik, statistik, fonoloji parametrləri təhlil edilmiş, fonetik və fonematik səs dəyişmələri araşdırılmışdır. Əsərdə ilk dəfə Azərbaycan dili materialı əsasında   fonemlər sistemi fonoloji istiqamətdə tədqiq edilir. Azərbaycan fonologiyası məktəbinin banisi olan Ağamusa Axundov həm də Azərbaycan dilinin  sintaqmatik  fonetikası sahəsinin yaradıcısıdır. Onun fonetika və fonologiya sahəsi ilə bağlı çoxillik səmərəli araşdırmalarının nəticəsi kimi 1984-cü ildə “Azərbaycan dilinin fonetikası” adlı fundamental monoqra­fiyası elmi ictimaiyyətə təqdim olunmuşdur. Bu sanballı monoqrafiyanın elmi dəyəri yüksək qiymətlən­dirilərək, Azərbaycan dilində fonetika və fonologiya sahəsinin inkişafındakı xidmətlərinin məntiqi yekunu olaraq Ağamusa Axundov 1986-cı ildə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. Alim bu sanballı monoqrafiyasına qədər də fonetika sahəsində, istər tarixi, istərsə də müasir fonetika məsələləri istiqamətində ardıcıl elmi araşdırmalar aparmışdır. “Azərbaycan dilinin fonemlər sistemi” və “Azərbaycan dilinin tarixi fonetikası” əsərləri nəşr olunmuşdur.

Azərbaycan dilçiliyinin elə bir sahəsi yoxdur ki, Ağamusa müəllim orada öz qələmini  sınamamış olsun. O, Azərbaycan dilinin müasir vəziyyəti və tarixini, ədəbi və üslubi inkişafını,  ədəbi və bədii dili, bədii tərcümə, müqayisəli və tipoloji dilçilik və s. kimi məsələlərlə də profes­sional səviyyədə məşğul olmuşdur. “Azərbaycan dilinin tarixi-etimoloji lüğət”i mövzusunda yazdığı silsilə məqalələri ilə görkəmli alim Azərbaycan dilçiliyində yeni bir istiqamət açmışdır. Artıq bu istiqamətə yeni kadrların cəlb edilməsi, etimoloji lüğətin tərtibi prinsipləri və s. məsələləri  ilə bağlı problemlərin həlli zamanın tələbi olduğunu qeyd edərək yazır ki,  Azərbaycan dilinin tarixi-etimoloji lüğəti”nin əhəmiyyəti yalnız Azərbay­canla məhdudlaşmır.

“Di­lin estetikası” kitabı da A.Axundovun dilə, onun gözəl­liyi­nə həsr etdiyi əsərlərindəndir. Bu əsərdə dilin gözəlliyi, dilin əha­tə dairəsi, cəmiyyət və xalqın həyatında oynadığı rol, onun elmi mahiyyəti, konkret formaları müxtəlif dövrlərdə yaşa­yıb-yaradan M.F.Axundov, F.Köçərli, C.Məmməd­qu­lu­za­də kimi maarifpərvərlərin fikirləri əsasında tədqiq edilmişdir. Dili obyektiv ictimai hadisə saymaqla bərabər, həmin obyektiv ictimai hadisənin inikası olan, həm şairlər, həm də yazıçılar tərəfindən işlənərək cilalanan bədii dil sənətkarlıq baxımından araşdırılmışdır. Dildə tipikləşdirmə bədii ədəbiyyat üçün müstəsna əhəmiyyətə malik estetik kateqoriyalardan olduğu, müxtəlif yazıçı və şairlərin yaratdıqları ümumiləşdirmə və fərdiləşdirmənin məcmusu kimi səciyyələndirilmişdir. Ağamusa Axundov dilçilikdə olduğu kimi, ədəbiy­yatşünaslıq sahəsində də nüfuzlu şəxsiyyət, özünün dəsti-xətti olan tədqiqatçıdır. Hər iki sahəyə dərindən bələdliyi sahəsində şeir vəzninin yazıldığı dilin fonetik quruluşundan asılılığı faktlarla əsaslandırılır.

“Ümumi dil­çi­lik” ki­tabın­da linq­vis­tik nə­zə­riy­yə­lə­ri­n  ta­rixi, dün­ya dil­çi­li­yi­nin əsas prob­lem­ləri, di­lin fəl­səfi və ic­timai mə­sə­lə­ləri, di­lin da­xili sis­temi və qu­ru­luşu, dil­çi­lik me­tod­ları tə­yin edi­lir, də­qiq­ləş­di­ri­lir. A.Axun­do­vun ya­ra­dı­cı­lı­ğın­da dün­ya miq­ya­sın­da diq­qəti cəlb edən ümumi dil­çi­lik və dil nə­zə­riy­yəsi ilə bağ­lı - dil və cə­miy­yət, di­lin coğ­rafi diferensiasiyası, dil tə­ka­mü­lü­nün sosio­loji is­ti­qa­mət­ləri, dil sis­temi, dil sə­viy­yə­lə­ri­nin ak­tual prob­lem­ləri öz həl­lini tap­mış­dır. Azər­bay­can dil­çi­li­yin­də me­tod və me­to­do­lo­giya, di­lin öy­rə­nil­məsi üsul­ları-sosio­loji, mən­tiqi, psi­xo­loji, fizio­loji, akus­tik, dist­ri­bu­tiv, ri­yazi-sta­tis­tik təd­qi­qat üsul­ları müəy­yən­ləş­di­ril­miş­dir.  A. Axun­do­vun “Dil­çi­liyə gi­riş”, “Ümumi dil­çi­lik” dərs­liklərindən Azər­bay­can dil­çi­lə­ri­nin bö­yük bir nəs­li fay­da­lan­ır.

Res­pub­li­ka­mız­da ri­yazi dil­çi­lik sahəsinin ya­ra­dı­cısı və ba­nisi də A.Axun­dov­dur. Dil­çi­lik el­mi­nin müa­sir in­ki­şaf meyil­lə­rini və pers­pek­tiv­lə­rini nə­zərə ala­raq ri­yazi dil­çi­lik sa­hə­sin­də bir sıra təd­qi­qat­la­rın nə­ti­cəsi ola­raq “Ri­yazi dil­çi­lik” ki­tabı nəşr olun­muş­dur. Bu ki­tab­da ri­yazi dil­çi­lik ter­mi­ni­nin ya­ran­ması, in­ki­şafı və di­lin təd­qi­qinə ri­yazi üsul­la­rın tət­biqi kimi mə­sə­lə­lər ge­niş şərh olun­muş, eləcə də tədqiqatlarında ri­yazi dil­çi­lik ter­min­ləri ilə bağ­lı  bir sıra an­la­yış­lar Azər­bay­can dil­çi­li­yinə gə­ti­ril­miş­dir. Xü­su­sən, ri­yazi dil­çi­lik ter­min­ləri ilə bağ­lı olan təh­lil üsul­ları, Ame­rika desk­rip­tiv dil­çi­lik mək­təb­lə­rin­də ge­niş ya­yıl­mış dist­ri­bu­tiv təh­li­li­n ma­hiy­yəti açıq­lan­mış və bu an­la­yış əs­lin­də Azər­bay­can dil­çi­li­yinə onun tə­rə­fin­dən gə­ti­ril­miş­dir.

A.Axundov Azərbaycan dilinin tədrisi ilə bağlı bir sıra dərslik, dərs vəsaiti və proqramların müəllifidir. Orta məktəbin 5-6-cı sinifləri üçün  prof. Bəşir Əhmədovla birlikdə yazdığı “Azərbaycan dili” dərsliyi 1972-ci ildən 1987-ci ilədək 15 dəfə təkrar nəşr olunmuş və 1973-cü ildə Azərbaycan SSR Maarif Nazirliyinin mükafatını almışdır. “Müasir Azərbaycan dilinin fonetikasından mühazirələr” (1969), “Müasir Azərbaycan ədəbi dilinin fonetikası” (1963), “Azərbaycan dilinin fonemlər sistemi” (1973), “Azərbaycan dilinin tarixi fonetikası” (1973) dərslik və dərs vəsaitləri  çap olunmuşdur. Həmmüəlliflərlə yazılmış əsərləri sırasında “İngilis və Azərbaycan dillərində vurğunun ritmik-melodik xüsusiy­yətləri” (S.Babayev və F.Zeynalov ilə birlikdə), “Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili” (M.Məmmədov və M.Mahmudovla birlikdə) və s. göstərmək olar. Toponimika və nitq mədəniyyəti ilə bağlı yazdığı əsərlər də A.Axundova böyük şöhrət gətirmişdir. “Torpağın köksündə tarixin izləri” (1983) əsərində toponimik arsenallardan, omo­nim, sinonim, antonim yer adlarından, onların orta əsrlərdə əks-sədasından bəhs edilir. “Dil və mədəniyyət” kitablarında isə nitq mədəniyyətinin nəzəri və təcrübi məsələləri təhlil edilir, dilimizin leksik, qrammatik normaları elmi-kütləvi üslubda şərh olunur. Ağamusa Axundov tərcümədə də qələmini sınamışdır. Onun tərcümələri xarici ədəbiyyat müntə­xə­bat­ı­na daxil edilmişdir.

Aka­de­mik A.Axun­do­vun tər­tib et­diyi, oxu­cu­lara təq­dim olu­nan “Azər­bay­can di­li­nin izah­lı lü­ğəti” qu­ru­lu­şuna və tər­tib prinsipinə görə ta­ma­milə ye­ni­dir. Lü­ğət müəy­yən də­rə­cədə nor­ma­tiv bir lü­ğət­dir və söz­lə­rin düz­gün iş­lən­mə for­ma­sına, on­la­rın məna in­cə­lik­lə­ri­nin ve­ril­mə­sinə, hər han­sı bir sö­zün iş­lən­diyi sa­hə­nin hü­dud və sər­hə­di­nin müəy­yən­ləş­di­ril­mə­sinə, mə­na­la­rına və qram­ma­tik izah­la­rına ge­niş yer ve­ril­miş­dir. Bu­nun­la ya­naşı öz tər­tib prin­si­pinə görə, izah­lı lü­ğət­lə­rin tər­tibi sa­hə­sin­də ilk təc­rü­bə­dir. 2005-ci ildə Ağamusa Axundovun tərtib etdiyi bircildlik “Azərbaycan dilinin izahlı lüğəti” izahı verilən baş sözlərin sayına görə ən zəngin lüğət kimi geniş oxucu kütləsinin stolüstü kitabına çevrilmişdir.

2004-cü ildə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” çapdan çıxmışdır. Lüğətə əvvəlki nəşrdə olmayan 18 minə yaxın yeni söz daxil edilmişdir. Həmin sanballı lüğətin redaktoru və ön sözün müəllifi Ağamusa Axundovdur. Azər­bay­can Res­pub­li­kası Pre­zi­den­ti­nin 2004-cü il 26 may ta­rix­li fər­ma­nına uy­ğun ola­raq, Azər­bay­can Res­pub­li­ka­sı­nın Na­zir­lər Ka­bi­neti tə­rə­fin­dən təs­diq­lən­miş yeni or­foq­ra­fiya qay­da­ları əsa­sın­da tər­tib edil­miş­dir. 2004-cü ildə  çapa təqdim olunmuş dördcildlik “Azərbaycan dilinin izahlı lüğəti” də alimin redaktorluğu ilə nəşrə hazırlanmışdır.

Ağa­musa Axun­dovun dil­çi­li­yin ən mü­hüm prob­lem­lə­rinə həsr edilmiş dil və təfəkkür, dil nəzəriyyəsi, türkologiyaya, dil qu­ru­cu­lu­ğu, riyazi dilçiliyə aid fun­da­men­tal əsər­ləri tək­cə res­pub­li­ka­mı­zın el­mi ic­timaiy­yəti tə­rə­fin­dən de­yil, dün­ya­nın gör­kəm­li alim­ləri tə­rə­fin­dən də ma­raq­la qar­şı­lan­mış, dün­ya dil­çi­li­yin­də və tür­ko­lo­gi­yada yeni bir ha­disə kimi qiy­mət­lən­di­ril­miş­dir.

1990-cı ildə Ağamusa Axundov Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun direktoru seçilmişdir. Elə həmin il respublikada  elmin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə Əməkdar Elm Xadimi fəxri adına  layiq görülmüşdür. Ağamusa Axundov 1990-2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi  adına  Dilçilik İnstitutunda direktor, 2001-2011-ci illərdə AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsində işləmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının, Azərbaycan Milli Məclisinin Toponimiya Komissiyasının üzvü olmuşdur.  1991-ci ildə Dilçilik üzrə Respublika Əlaqələndirmə Şurasına sədr təyin olunmuşdur. Aka­de­mi­ya­nın hə­qiqi üzvü A.Axun­dov Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının humanitar elmlər üzrə Ekspert Şurasının sədri, Bey­nəl­xalq “Tü­ko­lo­giya” elmi-nə­zəri jur­na­lı­nın baş re­dak­toru, AMEA-nın “Xə­bər­lər” (ədə­biy­yat, dil, in­cə­sə­nət) jur­na­lı­nın baş re­dak­toru, AMEA Ter­mi­no­lo­giya Ko­mis­si­ya­sı­nın sədr müa­vini, 2001-ci il­də təş­kil olun­muş Döv­lət Dil Ko­mis­si­ya­sı­nın üz­vü­ olmuş, Milli Elmlər Akademiyasının sanballı və ən böyük struktur bölmələrindən olan Humanitar və İctimai  Elmlər  Bölməsinə rəhbərlik etmişdir. Akademik A.Axundov ömrünün sonunadək (2015-ci il sentyabrın 5-dək) AMEA-nın Rəyasət Heyətində müşavir vəzifəsində çalışmışdır.

A.Axundovun elmi kadrların hazırlanmasında, gənc nəslin yetişməsində də mühüm rolu olmuşdur. Onun rəhbərliyi ilə 50-yə qədər doktorluq və namizədlik dissertasiyası müdafiə olunmuşdur. Gör­kəm­li alim mü­dafiə şu­ra­sı­nın səd­ri, Ali Attes­ta­siya Ko­mis­si­ya­sı­nın Hu­ma­ni­tar elm­lər üz­rə Ekspert Şu­ra­sı­nın səd­ri kimi sə­mə­rəli fəa­liy­yət gös­tər­miş­dir. Onun qay­ğı­keş­liyi və rəh­bər­liyi ilə na­mi­zəd­lik və dok­tor­luq dis­ser­ta­si­ya­ları mü­dafiə et­miş, el­mi ad­lar al­mış yüz­lər­lə mü­tə­xəs­sis­ müx­tə­lif ali mək­təb və ins­ti­tut­lar­da öz iş­lə­rini şə­rəf­lə da­vam et­di­rir­lər. Eyni za­man­da A.Axun­dov yüzə ya­xın dis­ser­ta­siya işi­nin mü­za­ki­rə­sin­də op­po­nent kimi iş­ti­rak et­miş­dir.

Yazdığı əsərləri, dərslikləri ilə Azərbaycan dilçiliyini inkişaf etdirən, tükənməz elmi istedadını, həyatını ana dilinin qorunmasına sərf edən alim Azərbaycan dilçiliyinin danılmaz lideridir. Əsl həyat məktəbi keçmiş istedadlı alim, ömrünü  xalqının elminə, təhsilinə həsr etmiş bu böyük insanın yazıb - yaratmaq eşqi gənc nəsil üçün əsl həyat məktəbi, nümunə göstərilən örnəkdir.

Sayalı SADIQOVA
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ