çərşənbə günü, 11 noyabr 2026
     

Nəbatat Bağı Akademiyadan alındı, ərazidəki qanunsuz villaların sahibləri əndişədə...

Image


Mərkəzi Nəbatat Bağında baş verən qanunsuzluqlar və özbaşnalıqlar ona gətirib çıxardı ki, bu bağ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) balansından çıxarıldı. Uzun illər işbazların caynağına keçirmək istədiyi Mərkəzi Nəbatat Bağında qeyri-qanuni olaraq iki villanın tikilməsi və buna görə cavabdehliyi heç bir qurumun öz üzərinə götürməməsi ciddi problem yaratdı, sonda isə Mərkəzi Nəbatat Bağı AMEA-dan qoparıldı.

Belə ki, Mərkəzi Nəbatat Bağı və Dendrologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının balansından çıxarılıb, onların əsasında “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxsləri yaradılıb. Bu, Nazirlər Kabinetinin “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı”və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin yaradılması haqqında” qərarında əksini tapıb. Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının mövcud ərazisi və Dendrologiya İnstitutunun Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazisi müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisi qismində müəyyən edilib.

Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxs və “Dendrologiya Bağı” publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun balansında olan dövlət əmlakının müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin balansına verilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir. Ekspertlər deyir ki, Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun Azərbaycan Milli Elmlər Akademiyasının balansından çıxarılması və onların əsasında “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxsləri yaradılması onu deməyə əsas verir ki, artıq AMEA strukturunda parçalanma başlayıb. Ekspertlərin sözlərinə görə, hər iki məkan həmişə işbazların diqqətində olub və onların ərazisini ələ keçirmək istəyiblər. Məsələn, Mərkəzi Nəbatat Bağında qanunsuz olaraq iki villanın tikilməsi buna əyani misaldır. İndi belə rəylər var ki, Mərkəzi Nəbatat Bağı və Dendrologiya İnstitutunun AMEA-nın tərkibindən çıxarılması o qurumların ərazilərinin işbazların əlinə keçməsindən xilası deməkdir. 

  • “Mərkəzi Nəbatat Bağının da, Dendrologiya İnstitutunun da yeni status əldə etməsi bir tərəfdən AMEA strukturlarının parçalanması anlamına...”

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Mərkəzi Nəbatat Bağı və Dendrologiya İnstitutunun AMEA-nın balansından çıxarılaraq hüquqi publik şəxslərə çevrilməsi hər iki qurumun inkişafı üçün yeni üfiqlər açacaq. “Sizin də qeyd etdiyiniz kimi, AMEA-nın əraziləri həmişə işbazların marağında olub. Sizə xatırlatmaq istəyirəm ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra AMEA-ya məxsus ərazilərin satılması, özəlləşdirilməsi ilə bağlı xeyli faktlar mövcud idi. “Elmlər Akademiyası” metrosundan BDU-ya gedən yolun sol tərəfi bütövlükdə özəlləşdirilmişdi. Yadınıza gəlirsə, orada ticarət mərkəzləri, müxtəlif iaşə obyektləri tikilmişdi. Bu ərazi satılmış və hətta özəlləşdirilmişdi. Digər tərəfdən, Azərbaycan Milli Ədəbiyyat Muzeyinin binasının birinci mərtəbəsi bütövlükdə özəlləşdirilmişdi, işbazlara verilmişdi. Hansı ki, bu, məşhur Gənclər Meydanına, “Fəvvarələr bağına” açılır. Orada çox bahalı firma dükanları fəaliyyət göstərirdi və sair. Eyni zamanda “Qurd qapısı”ndan tutmuş “Qanlı göl”ə qədər hamısı akademiyanın balansında olan ərazilər olub. Artıq onlar özəlləşdirilib və AMEA-nın istifadəsində deyil. Ulu öndər ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə gələndən sonra vaxtilə onun hakimiyyəti dövründə məhz onun diqqət və qayğısı nəticəsində inkişaf etmiş Azərbaycan elminin və Elmlər Akademiyasının düşdüyü acınacaqlı vəziyyətlə barışa bilməzdi. Xatırlayıram, 2001-ci ildə Akademiyaya yeni prezident seçildi. 2001-ci ilin 31 dekabrında ulu öndər Akademiyanın prezidenti akademik Mahmud Kərimovu qəbul etdi, geniş söhbət edərək, ölkəmizdə elmin mövcud durumunu, inkişaf perspektivlərini müzakirə etdi, müvafiq tapşırıq və  tövsiyələrini verdi. Bu görüşdən dərhal sonra məhz dövlət başçısının fərmanı ilə Azərbaycan Elmlər Akademiyasının statusu müəyyənləşdirildi, ona Milli Elmlər Akademiyası və Azərbaycanda elm və elmi-texniki siyasəti həyata keçirən ali dövlət təşkilatı statusu verildi statusu verildi. Bu müstəsna status Akademiyanın yerini və rolunu xeyli dərəcədə genişləndirdi.

İ.Orucovun sözlərinə görə, o, həmin dövrdə M.Kərimovun aspirantı olub və münasibətləri çox yaxın olub. İ.Orucov deyir ki, Mahmud müəllim ona ulu öndərlə görüşün xatirəsini danışıb: “O danışırdı ki, ulu öndər məni qəbul etdi, mənin Akademiyanın inkişafı ilə bağlı fikirlərimi öyrəndi. Mahmud Kərimov əsl elm adamı olmaqla yanaşı, eyni zamanda, həm də elm himayədarı idi, elmi qoruyan, elmin qədrini bilən, elmin dövlətçilikdə yerini və rolunu düzgün anlayan, dünyada gedən elmi trendləri başa düşə bilən, bir sözlə, elmin rolunu  dəyərləndirə bilən insan idi. O zaman ulu öndər onu akademiyaya təsadüfən gətirməmişdi. Akademiyanın dirçəlişi də Mahmud müəllimlə başladı, bu qurumun süqutu isə o rəhmətə gedəndən sonra yaşandı. Mahmud Kərimov mənə danışırdı ki, ulu öndər məni qəbul etdi və məndən Akademiyanın ümumi vəziyyətini soruşanda ona Akademiyanın ərazilərinin özəlləşdirilib satıldığını, ayrı-ayrı işbazların maraq dairəsinə keçdiyini və hətta həmin əmlakları özəlləşdirdiklərini də deyib. Ulu öndər dərhal Elmlər Akademiyasının bazasında olan özəlləşdirilmiş ərazilərin qeyd-şərtsiz Akademiyanın balansına qaytarılması ilə bağlı sərəncam imzalayıb. Görün, bu ulu öndər tərəfindən elmə verilən necə böyük dəyər idi. “Elmlər Akademiyası” metrosundan BDU-ya gedən yolun solundakı ərazilər yenidən AMEA-nın balansına qaytarıldı və orada Mərkəzi Elmi Kitabxana və sair tikildi. Vaxtilə AMEA-nın mülkiyətində olan “SKB”lər - təcrübə konstrukur büroları da özəlləşdirilmişdi, onlar geri qaytarıldı. Ədəbiyyat Muzeyinin özəlləşdirilmiş birinci mərtəbəsindəki dükanların şəhadətnamələri ləğv olundu, onlar təkrar Akademiyanın balansına qaytarıldı, orada “Akademkitab” fəaliyyətə başladı. Sonralar muzeyin direktoru vəzifəsində çalışan Rəfail Hüseynovun da “Akademkitab”ı oradan çıxarmaq niyyətinin qarşısını Mahmud Kərimov qətiyyətlə aldı və bildirdi ki, Ədəbiyyat Muzeyinin birinci mərtəbəsində elə kitab mağazası olmalıdır. Görünən odur ki, AMEA-nın balansında olan ərazilərə hər zaman göz dikənlər olub. Akademiyanın ərazilərinin cəlbedici yerlərdə olması səbəbindən o əraziləri ələ keçirmək istəyənlər az olmayıb.”

 İ.Orucovun sözlərinə görə, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun çox unikal bağı var və onu vaxtilə ABŞ səfirliyinə vermək istəyirdilər: “Mən o zaman baş nazirin müavini olan Abid Şərifovla AMEA prezidenti Mahmud Kərimovun danışığının şahidi olmuşam. O təkidlə deyirdi ki, o bağ ABŞ səfirliyinə bina tikilməsi üçün verilsin. Lakin Mahmud müəllim buna imkan vermədi.

Hətta AMEA Rəyasət heyətinin yerləşdiyi məşhur İsmailiyyə binasının da Akademiyadan alınması barədə söhbətlər gəzirdi. Xatırlayıram, bu məsələdən Akademiyanın o vaxtkı rəhbərliyi çox narahat olmuşdu. Bu barədə Mahmud müəllim Prezident İlham Əliyevə alimlərin narahatlığını çatdırmışdı. Cənab prezident bildirmişdi ki, o bina elə elm məbədi olan Akademiyaya yaraşır və həmin binanı heç kim AMEA-dan ala bilməz. Yəni həm ulu öndər Heydər Əliyev, həm də möhtərəm prezidentimiz İlham Əliyev hər zaman Akademiyanı qoruyublar”.

Məsələyə münasibətini davam etdirən İ.Orucov qeyd edir ki, sonuncu dəfə Mərkəzi Nəbatat Bağında qanunsuz iki villa tikilməsi məsələsi gündəmdə olanda da hadisəyə sərt reaksiya verənlərdən olub: “Biz sizinlə bu barədə əvvəlki müsahibəmizdə də münasibət ifadə etmişik və hadisəni qəti şəkildə pisləmişik. Mümkün deyildi ki, Akif Əlizadənin xəbəri olmadan Mərkəzi Nəbatat Bağının ərazisi satılsın və orada hər hansı tikinti işləri aparılsın. Bu hadisə əslində onun elmə münasibətinin göstəricisidir.

İndiki durum mütləq şəkildə elmin idarə edilməsinin fərqli formada həyata keçirilməsini tələb edir. Düşüncəm belədir ki, Mərkəzi Nəbatat Bağının da, Dendrologiya İnstitutunun da yeni status əldə etməsi bir tərəfdən AMEA strukturlarının parçalanması anlamına gəlməməlidir, bu, əksinə, onlardan səmərəli istifadə  edilməsinin vacibliyini önə çıxarır”.  

İ.Orucov hesab edir ki, eyni zamanda Akademiyanın digər institutlarının da (hansı ki, MMC statusundadır-İ.O) aidiyyəti üzrə universitetlərin tərkibinə hissə-hissə verilməsi daha doğru olardı. Onun fikrincə, məsələn, Geologiya və Geofizika İnsitutunu müvafiq ixtisaslara ayırmaqla Bakı Dövlət Universitetinin və Bakı Ali Neft Məktəbinin tərkibinə vermək olar. O qeyd etdi ki, İnformasiya Texnologiyaları İnstitutunu Texniki Universitetin, İqtisadiyyat İnsitutunu UNEC-in balansına keçirmək olar və sair.  Ekspertin sözlərinə görə, AMEA-nın xeyli sayda institutları var ki, onları ayrı-ayrı universitetlərin bazasına keçirməklə elm və təhsilin vəhdətini təmin etmək problemini həll etmiş olarıq və həm də şişirdilmiş ştatları azaltmaqla büdcəyə xeyli qənaət etmiş olarıq. “Elmin idarə olunmasında yeni format, yeni yanaşmalar qaçılmazdır və fikrimcə, Elm, Təhsil və İnnovasiyalar Nazirliyi formalaşdırmaq daha doğru olardı”- deyə İ.Orucov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ