Cümə axşamı günü, 12 noyabr 2026
     

Şəhid İsmayılov Ceyhun Abbas oğlu...

Image


Anasına, atasına ümid olan oğullar Vətənə ümid oldular. Əbəs deyilməyib ki, "Anasını sevməyən vətənini sevə bilməz". 

- Mənim oğlum məni sevirdi, ancaq vətən sevgisi onu hərbiyə doğru çəkdi. Övladlar dünyaya gələndə ailələr sevinər. Ən gözəl arzu isə "vətənə layiq övlad olsun" olar. Mənim də ən böyük arzum oğlumun Vətənə layiq övlad olmağı idi. 1985-ci il dekabrın 30-u Gəncə şəhərində dünyaya göz açıb İsmayılov Ceyhun Abbas oğlu. Qardaşı Elçinlə birlikdə günü-günə calaya-calaya böyüdülər. Məhəmməd Hüseyn Şəhriyar adına 40 saylı məktəbə gedib. Orta təhsilini başa vurduqdan sonra 2004-cü il iyul ayında hərbi xidmətə gedib. Vətənə xidməti Naxçıvan MR Şərur rayonunda Sərhəd Qoşunlarında edib. 2006-cı ildə xidmətini başa vurub Gəncəyə qayıdıb. Bir müddət fərdi işlə məşğul olduqdan sonra yenidən Ordu sıralarına qatılmağı qərara alan Ceyhun 2008-ci ildə MN - nin təlim - tədris mərkəzində müddətdən artıq hərbçi kimi xidmətə başlayıb. 3 ay kurs keçdikdən sonra Gəncə şəhərindəki N saylı hərbi hissədə işləməyə başlayıb. Sonra Füzuliyə göndərilən qəhrəman 2015-ci ilə qədər orada xidmət edib. Hərb sahəsində daha çox biliyə yiyələnmək üçün yenidən MN-nin təlim-tədris mərkəzinə qayıdıb. Gizir rütbəsinə yiyələnib. Beyləqanda xidmətini davam edən Ceyhun daha sonra Ağcəbədidə 1 il vətən keşiyində durub. Aprel döyüşlərinin iştirakçısı olan qəhrəman Fəxri fərman və diplomlarla təltif edilib. Ceyhun İsmayılov nümunəvi xidmətlərinə görə dəfələrlə medallarla təltif edilib. O, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" lll dərəcəli medalı ilə təltif olunub. Ömrünü vətənə həsr edən Ceyhun müzəffər ordumuzun qalib əsgəri kimi zəfər hissini yaşayıb şəhadətə ucalan şəhidlərimizdəndir. Ceyhun 27 sentyabr 2020 - ci ildə başlayan döyüşlərə elə ilk gün qatılıb. 29 sentyabrda atasına zəng edib "Ata, ordumuz tarix yazır. Hər an azad olunan torpaqlarımızın miqyası artır. Biz artıq Alxanlı kəndini də işğaldan azad etmişik" deyib. Həmin zəngdən cəmi bir neçə gün sonra oktyabrın 1-i Xocavənd rayonu istiqamətində hərəkətdə olan maşınlarının raket atəşinə məruz qalması nəticəsində çoxsaylı yara alaraq şəhadətə ucalıb. 13 il qüsursuz gizir kimi orduda xidmət edən Ceyhun ən böyük arzusuna çatıb. Vətənin azadlığı uğrunda canından keçən şəhidi xalq izdihamla son mənzilə yola salıb. Gəncə şəhər İcra hakimiyyətinin, dövlət nümayəndələrinin iştirakı ilə 02 oktyabr Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub. 

İsmayılov Ceyhun Abbas oğlu Prezident İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bir ata və ana üçün övladlarından keçmiş xatirə kimi danışmaq asan deyil. Abbas İsmayılov və Suranə ananın Ceyhun haqqında xatirələrini boğazlarında düyünlənən hıçqırıqlar tez-tez kəsirdi. Göz yaşlarımı gizlətməyə çalışsam da dolub-boşalan gözlərim, titrəyən səsim ürəyimin acısını bəlli edirdi. Şəhidimizin qardaşının qurbətdə olub mövcud vəziyyətlə əlaqədar qardaşına vida etməyə gələ bilməməsi isə ürəyimi bir başqa burxdu. Həyatdakı tək qardaşı itirmək asan deyil. Bir də bu acı xəbəri yad ölkədə eşitmək daha ağırdı.

Qəhrəman bir oğulun ömür səhifəsinin qısa fraqmentinə bənzəyən bu məqaləmin son nöqtəsi göz yaşım oldu. 

ŞƏHİD CEYHUN 

Biz heç səndən doymadıq,

Sən yaşamdan doydunmu?

Çatmadığın arzunun, 

Xəyalını qurdunmu?

 

Ömrü vətənim üçün,

Yaşadın igid Ceyhun.

Sənin vətən sevginə,

Olmadı heç vaxt doyum.

 

Sən vətənçün gəlmişdin,

Sanki yerin üzünə.

Hər düyüşdə iz saldın,

Vətənin dağ - düzünə.

 

Sayənizdə Qarabağ,

Olmadı müstəmləkə.

Silindi alnımızdan,

İşğal adlı bir ləkə.

 

Can verib can gətirdin,

Vətənimə, yurdumu.

Şan qatdın gücün ilə,

Yenilməyən orduma.

Manya SƏXAVƏTQIZI 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ