Cümə axşamı günü, 12 noyabr 2026
     

Yerindən duran məmur, sahə adamı olmayan deputat elmlər doktoru, ya da fəlsəfə doktoru? - Dövlət qulluğunda dissertasiya müdafiəsi əsasən fır-fırıldaq yolu ilə baş tutur...

Image


Son illər dissertasiya müdafiə edib alimlik elmi dərəcəsi alan şəxslər arasında məmurlar, deputatlar, dövlət qulluğunda çalışan insanlar üstünlük təşkil edirlər. Bir qayda olaraq, dövlət qulluğunda çalışanların xeyli hissəsi, xüsusən də yaşı 40-ı adlamış insanlar hansı yolla olsa da elmi iş müdafiə etməyə çalışıb, nəticədə isə cəhdləri alınıb.

Bəziləri hesab edirlər ki, dövlət qulluqçularının alimliyə meyl etməsinin kökündə bir mühüm səbəb dayanır. Onların çoxu fikirləşir ki, alimlik dərəcəsi alım və heç olmasa işdən çıxarılaramsa, gələcəkdə ali məktəblərin birində dərs deyə, yaxud hansısa elmi müəssisədə şöbə müdiri işləyə bilərəm. Bu fikirdə olanlar çoxdur.

Belə məlumatlar dolaşır ki, dövlət qulluğunda çalışanlara dissertasiya müdafiə etmək qadağan oluna bilər. Çünki belələri müxtəlif qanunsuz yollarla elmi iş müdafiə edə bilir və bununla da elmə gəlməli olan elm adamlarının yolunu kəsirlər. Gizlin deyil ki, ötən müddət ərzində belələri arasında elmə yamaq olanlar çoxdur.

Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri professor Famil Mustafayev də açıqlamasında dolayısı ilə bu məsələyə toxunub:

“Müxtəlif vaxtlarda həm bizim ölkədə, həm də digər ölkələrdə müxtəlif rəhbər vəzifəli, o cümlədən, hüquq-mühafizə orqanlarında çalışan şəxslərin, müxtəlif icra qurumlarının rəhbərlərinin alimlik və ya elmi dərəcə almaq üçün niyyətləri olub və bunu müəyyən yollarla həyata keçiriblər”.

O bildirib ki, bunun üçün həmin şəxslər çalışdıqları sahədən ayrılsalar və ya digər sahədə öz fəaliyyətlərini davam etdirsələr, yalnız o halda onlara elmi ad, elmi dərəcə verilməsi məsələsinə baxıla bilər: “Ona görə də dövlət qulluğunda, onun xüsusi növlərində çalışan şəxslərin dissertasiya müdafiə etməsi və elmi dərəcə alması məsələsi biz tərəfdən məqsədəuyğun hesab edilmir. Burada müxtəlif kateqoriyalı dövlət qulluqçuları var”.

Ekspertlər hesab edirlər ki, dövlət qulluğunda çalışan, müxtəlif yüksək postları tutan şəxslərin elmi iş müdafiə etməsi elmə yararlı olan insanların önünü kəsir. Bu insanların elmə heç bir fayda vermədiyini, elmlə məşğul olmadığını deyən ekspertlərin sözlərinə görə, birbaşa açıq şəkildə məmurlara dövlət qulluğunda çalışdıqları zaman elmi iş müdafiə etmək qadağan olunmalıdır. Dissertasiya müdafiə etmək istəyən şəxs dövlət qulluğundan çıxmalı və özünü elmə həsr etməlidir, amma bizdə isə belələrinə rast gəlinmədiyini deyən ekspertlər hesab edirlər ki, belələri iki yoldan birini seçməlidirlər.

  • “Dövlət məmurlarının dissertasiya müdafiə etmək qadağası əvvəllər də olub, bu bərpa edilməlidir”

AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələ Azərbaycanın taleyüklü problemlərindən biridir, hətta bu istiqamətdə “Elmi işçilərin hüquqlarının müdafiəsi” adı altında təxminən 10 il bundan əvvəl layihə də həyata keçirib. “Bu olduqca aktual bir məsələdir. Həmin layihədə də qeyd edirdim ki, nazirlərə, deputatlara həmişə “yaşıl işıq” yandırılır və bunlar dissertasiya “müdafiə edirlər”, amma əsl elmlə məşğul olan və özü dissertasiya yazan insanlara isə çox süni əngəllər, bürokratik maneələr yaradılır. O zaman çoxları bundan incidilər, hətta mənə zəng vurub narazılıqlarını bildirənlər də oldu. Mən o zaman onların işinə kölgə salmaq istəmirdim, sadəcə, deyirdim ki, müdafiə üçün şərait yaradılırsa, hamıya şərait yaradılsın. Mən kimlərinsə iradlarına baxmayaraq, yenə də öz fikirlərimin üstündəyəm. Dissertasiya “müdafiə edən” məmurların, dövlət qulluqçularının elmi işlə məşğul olmağa vaxtları varmı? Hətta bir dəfə “Nazir vaxt tapıb dissertasiya yaza bilərmi?” adlı bir məqalə yazmışdım. Yəni vəzifəli şəxslər ki, var, onlar dövlətin onlara etibar etdiyi vəzifələri yerinə yetirsələr, deputatlar da öz seçicilərinin qayğı və problemlərinin həlli ilə məşğul olsalar, bütün bunları 24 saatın 12 saatı ərzində çatdıra bilməzlər. Amma görürsən ki, yağışdan sonra çıxan göbələklər kimi yüksək dövlət məmurlarının və deputatların böyük hissəsi “fəlsəfə doktoru”, “elmlər doktoru” diplomu, “professor” titulu alır. Dövlət məmurlarının dissertasiya müdafiə etmək qadağası əvvəllər də olub, bu bərpa edilməlidir. Bu qadağalar nə üçün qoyulurdu? Çünki onlar öz tutduqları vəzifədən sui-istifadə edirdilər. Amma qanunla bunlar da vətəndaşdırlar, bunların da elmi işlə məşğul olmağa ixtiyarı var. Amma, sadəcə olaraq, onlara məhdudiyyətlər qoyulur ki, məsələn, sən dissertasiya müdafiə etmək istəyirsənsə, özündən yuxarı vəzifədə olan şəxsdən icazə almalısan. Bəziləri bunu hüquq pozuntusu kimi qiymətləndirsələr də, mən bunu Azərbaycan reallığından doğan, ədalətin bərpasına yönələn bir iş kimi qiymətləndirirəm. Nəyə görə? Çünki bu hal davam edirsə, onsuz da o halın içindəyik, görün elm nə vəziyyətə düşür. Baxın, vəzifədən çıxarılmış, qovulmuş, özünü vəzifə başında doğrultmayan şəxslər əvvəllər əyri yollarla əldə etdikləri alimlik diplomu ilə haradasa kafedra müdiri, müdafiə şurasının üzvü olurlar”.

M.Zülfüqarlının sözlərinə görə, hansı çirkin niyyətlərlə “elmə gəlib alim adı alıblarsa”, həmin yollarla da niyyətlərini davam etdirmək istəyirlər. M.Zülfüqarlının fikrincə, belələrinin məqsədi elmə fayda vermək yox, “alim” adı altında öz neqativ hərəkətlərini həyata keçirməkdir, bu da Azərbaycan gəncliyini, elmlə məşğul olan şəxsləri ruhdan salır. “Mənə belə gəlir ki, hər hansı bir şəxs dissertasiya müdafiə etmək iddiasında olarsa, ona “sən bu dissertasiyanı, işi nə zaman, hansı şəraitdə yazdın” sualını vermək lazımdır. Kiminsə işi müdafiəyə təqdim olunanda artıq müdafiə şuralarında ekspertlər, opponentlər öz çıxışlarında “bu işin ən diqqətçəkən xüsusiyyəti odur ki, bunu dissertant özü yazıb” deyirlər. Görün problem nə qədər ciddiləşib ki, artıq müdafiə şurasının tribunasından rəsmi şəkildə bəyan edirlər ki, bunu müdafiə edən şəxsin özü yazıb. Hələ bu dissertasiyanın keyfiyyətini kənara qoyurlar. Məmurlar, deputatlar öz dissertasiya işlərini başqalarına yazdırırlar, çünki pulları, imkanları var, tanışlıqla, zənglə öz səlahiyyətlərindən istifadə edirlər və bu diplomu alandan sonra isə millətin boğazında “kal armud” kimi qalırlar. Bu məsələ ciddi məsələdir və onda güzəştə getmək olmaz.

Bu yaxınlarda KİV-də barəsində video yayılan sabiq YAP-çı deputat seçilməyəndən sonra kafedra müdiri olmuşdu. O cür insanlar çoxdur. Azərbaycanda belədir, ümumi tənqid edirsən, heç kim öz üzərinə götürmür, konkret ad çəkən kimi düşmən olurlar. Buna bilavasitə səlahiyyətli qurumlar rəsmi münasibət bildirməlidirlər, bununla da Azərbaycan elmini tör-töküntülərdən, maneələrdən təmizləmək olar, elmə əsl elmlə məşğul olan, elmə həvəsi olan insanlar gələrlər” - deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ