Cümə axşamı günü, 12 noyabr 2026
     

Şəki rayonunda dünyaya gəlib Zaqatalada dəfn olunan şəhid, Vətənimizin gənc xilaskarı – Aydın Əhmədli... - FOTO

Image


...O, fəsillərin ən gözəli olan Bahar fəslində dünyaya göz açdığından, bu fəsili də çox sevər – heyranı idi. Hər dəfə  yaz, yay tətillərində Bakıdan ana babasının yurduna – Zaqatala rayonunun Qandax kəndində “Yuxarı Məhlə”dəki bağ-bağatlı həyətə gələrdi. Bu həyətdə yaşayan  xalalar onu daima əzizləyər, ürəyi istədiyi hər cürə xörəklər bişirərdi. Özü isə gah ağaclara, gah dirriklərə, gah da ki, qızılgüllərə və gül kollarına qulluq edərdi...

Boş vaxt tapan kimi qonşudakı həm yaşıdları ilə birlikdə Qandax kəndindəki çayları, gölləri və meşələri seyr edərdi. Çünki o, təbiət vurğunu idi...

Neçə illərdən sonra o yenə Qandax kəndinə bahar fəslində deyil, payız fəslində qonaq gəldi, amma birdəfəlik... üçrəngli bayrağa bürünmüş tabutda...

Elə bil həmin gün onun uşaqlıq, məktəb illərini keçirdiyi Qandax kəndi sanki sükuta dalmışdı. Bağlarda, həyətlərdə, meşələrdə ağaclardan saralmış yarpaqlar daha tez-tez tökülürdü sanki, kənd sakinlərinin axıtdığı göz yaşları ilə birlikdə...

...Məhz həmin gün – 9 Oktyabr 2020 –ci il tarixində, payız fəslində, ömrünün bahar çağlarında – 18 yaşında şəhid olan Əhmədli Aydın Mustafa oğlunun anası, 2 bacısı, 1 qardaşı, 8 xalası, digər əzizləri, dostları, tanışları və bütöv Qandax kəndi şokda, kədər içində olub... Elə həmin gün, çox gənc olan Vətən fədaisini, cəfakeşini ictimaiyyətin iştirakı ilə, elliklə son mənzilə yola salmışdılar...

...Haqqında söhbət açacağım növbəti Vətənimizin xilaskarı, şəhidlik zirvəsini fəth etmiş, özü də lap gənc yaşlarında canını qurban vermiş Aydın Mustafa oğlu Əhmədlinin qısa ömrü çox keçməkeşli olub...

Yeniyetmə yaşlarından ailəsinə kömək etmək üçün işin qulpundan yapışıb. Anasına həm dərd yoldaşı, bacılarına və qardaşına da ayaq olub. Hər bir insanın taleyi müxtəlif olur. Acılı, şirinli, müxtəlif təzahürlərlə dolu...

...Aydın məktəb yaşlarından əziyyətə qatlaşıb, enişli-yoxuşlu yollardan hələ yeniyetmə olarkən keçib. Amma, yaşıdlarının yanında biruzə verməyib. Ona ən çətin məqamlarda istəkli xalaları, rəhmətlik dayısı dayaq olublar. Onun ən böyük arzusu, məqsədi bacılarının ali təhsil alması olub. Bu barədə söhbət düşəndə anası deyərdi ki,

“...Bala, Aydın, axı sən də yaxşı oxuyursan, hazırlaş ali məktəbə, bir ixtisas seç, gələcəkdə lazım olacaq..!” Aydının cavabı belə olardı: “Ana, qurbanın olum, bilirəm sən istəyirsən ki, mən də ali məktəbə daxil olum, sənin fikrinlə şərikəm, amma əvvəlcə bacılarım ali təhsil alsınlar, onlara daha çox vacibdir təhsil almaları... Mən hər zaman oxuya bilərəm, gec deyil, narahat olma...”

...Lap gənc ikən şəhidlik zirvəsini fəth edən Aydın Əhmədoli barəsində daha ətraflı məlumat toplamaq üçün Zaqatala rayonu Qandax kəndinə getdim, ana yurduna... Artıq onun ən çox sevdiyi bahar gəlmişdi. Onun vaxtilə uşaqlıq, məktəb illərini keçirmiş həyət necə də gözəl görünürdü: zoğal, alça, gilənar, ərik, şaftalı ağacları çiçək açmışdı, həyət-baca yaşıllaşmışdı, həyətdən sanki nərgiz güllərinin ətri gəlirdi... Məni həyət qapısında Aydının xalası Nuriyyə xanım qarşıladı:

- Soruşdum: “Ay bacı, Vətənimizin can fədaisi Aydın Əhmədlinin anası, digər ailə üzvləri və digər əzizləri bu evdəmi yaşayırlar?”

...Arvad əvvəlcə duruxdu, sonra isə doluxsundu, nəhayət özünü ələ alaraq, cavab verdi:

- Qardaş, hələlik bilmirəm hardan gəlmisiniz, nə məqsədlə gəlmisiniz? Deyim ki, şəhid balamızın anası, yəni mənim bacım Bahar və iki qızı ilə birlikdə Bakı şəhərində olurlar. Bacımız orada işləyir, böyük qızı ail həyatı qurub, kiçik qızı isə anasının yanındadır. Ali məktəbi bitirib, iş axtarır. Aydının balaca qardaşı ilə bizim yanımızdadır...

- Axı, mən özümü sizə təqdim etdim, dedim ki, jurnalistəm, gəlişimin məramı da xoşdur, igid, mərd gəncimizin həyat hekayəsini qələmə alacağam və onu elimizə, yurdumuza tanıdacağam...

- Neyləyək, oğlum, Aydının ölümündən sonra özümüzə gələ bilmirik, elə bil əl-ayağımız tutulub, çaş-baş qalmışıq. O, ayrı uşaq idi... Allah bu müharibəni törədənlərin torpaqlarımızı işğal edən düşmənlərin, hiyləgər tülkülərin cəzasını versin... Müharibə etdilər, bizim 18, 19, 20, 21 yaşları bitmiş, cavanları həlak etdilər, qırdılar... Günahsız balaları. Əlavə etdi: “...Aydın uşaqlıqdan əziyyət çəkmişdi, bacımız 4 balasını böyütmək üçün Bakı şəhərində müxtəlif yerlərdə çalışmışdı, qızlarını ali məktəbdə oxutdurmuşdu. Aydın isə məktəbi bitirib, işləməklə anasına yardımçı oldu”.

Hörmətli oxucum, həyatda talelər var ki, onların ailə sirlərinə vara bilsəm də müəyyən səbəblərdən açıqlaya bilmirik. Yəni psixoloji, mənəvi detallara və incəliklərə görə... Şəhid Aydın Əhmədlinin taleyində olduğu kimi...

...Xalası Nuriyyə xanımın söylədiyinə görə, şəhidimizin özündən savayı daha yeddi – Şahrugül, Əminəxatın, Nəzakət, Firəngiz, Kifayət, Havva, Savat adlı xalaları var. Onun Nurullah dayısı erkən dünyasını dəyişib. Məhrumun anası Bahar xanım isə ailənin son beşiyi olub. Aydın Əhmədlinin xalaları Nuriyyə və Firəngiz söylədilər ki, bacıları Bahar Şəki rayonunun Orta Zəyzid kənd sakini Mustafa Əhmədov soyadlı bir şəxslə ailə qurub. Bu izdivacdan 2 qız, 2 oğlan övladı dünyaya gəlib. Aydın Əhmədli bu ailənin 3 -cü övladıdır. O, 12 mart 2002 -ci il tarixində məhz, Şəki rayonunun Orta Zəyzid kəndində dünyaya göz açıb.

Əvvəlcə Orta Zəyzid kənd 2 saylı tam orta məktəbinin birinci sinfinə gedib. Anası Bahar xanımın bildirdiyinə görə, qonşu Köbər Zəyziddə ev inşa etdikləri üçün Aydın ikinci sinifdən sonra həmin kənd məktəbində təhsilini davam etdirib. Xalaları söhbət zamanı bildirdilər ki, onun böyük bacısı 1993 -cü il təvəllüdlü Rəqsanə Əhmədova ali məktəbə qəbul olunduğu, anası isə Bakı şəhərində işlədiyi üçün Aydın sonra orta təhsilini Bakı şəhəri, Binəqədi rayonu, Qorxmaz Baxşıyev adına 179 saylı tam orta məktəbində davam etdirib. O, 2017 -ci ildə həmin məktəbin IX sinifini bitirib və ailəsinə kömək etmək üçün həqiqi hərbi xidmətə çağrılanadək ticarət sahəsində çalışıb...

Nuriyyə xalasının bacısı oğlu barəsində dediklərindən:

- Aydın diribaş, ağıllı, dərrakəli, ailəcanlı uşaq idi. İşləməklə ailəsinə maddi, həm də mənəvi dəstək verirdi. Çünki bacılarının  2-sidə ali təhsil ocaqlarında oxuyurdular. Bacımın böyük qızı Rəqsanə Azərbaycan Texniki Universitetini 2019 -cu ildə bitirib, ailə həyatı qurub. Bu ailənin 2 -ci qızı 1997 -ci il təvəllüdlü Əfsanə Əhmədova isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya fakültəsində təhsil alıb. Aydının balaca qardaşı İlkin 2004 -cü il təvəllüdlüdür, hal-hazırda Zaqatala rayonu Əliabad qəsəbə 1 saylı tam orta məktəbinin 9 -cu sinfində oxuyur. Bəli, bacım oğlu çox ürəyiaçıq, xeyirxah, ağsaqqalın – ağbirçəyinin hörmətini saxlayan, onların qayğısına qalan bir gənc olub. Ailəni dolandırmaqdan ötrü hər cür çətinliyə qatlaşırdı. O, uşaqlıq və məktəb illərində dünyaya göz açdığı kənd dağlıq ərazidə yerləşsə də, bacımın oğlu rayonumuzun, təbiətimizin və Qandax kəndinin vurğunu idi. Aydın kəndə gəlməyəndə biz darıxırdıq, onunla günlərimiz xoş keçirdi... O, bədii və dedektiv kitabları çox oxuyar, futbol oynamağı da xoşlayırdı...

...Digər xalası Firəngiz xanım söhbətimizə qoşularaq bildirdi ki, Aydın Əhmədli çox tərbiyəli, çox vətənpərvər ruhda böyümüşdü. Azğın düşmənin tarix boyu törətdikləri vəhşiliklərdən, qaniçənlərin torpaqlarımızın işğal altında saxlamasından, onların törətdikləri vandalizmi hərəkətlərindən çox-çox narahat idi, onlara qarşı nifrət, qisas hissi günbə-gün artırdı. Firəngiz xalası deyir ki, “Aydın tez-tez bizi bu barədə suallar verərdi: “Ay xala, bir yığım erməni dığasıdır, bizim Milli Ordumuz onları niyə ərazimizdən çıxarmırlar? Axı, onlar bizim günahsız hərbiçilərimizə müharibə və mülki vətəndaşlarımıza atəş açırlar? Bizim mərd-qorxmaz hərbiçilərimizə əmr verilərsə, o, qorxaq havadarlara arxalanan düşmənləri qısa müddətdə məhv edərlər. Onlar bağışlanmaz düşmənlərdir. Əgər mən əsgərliyə gedəndə hücum əmri verilsə, mən düşməndən azğınlıqlarının qisasını alacağam” deyərdi...”

“...Bacım oğlu elə bil hiss etmişdi ki, o, hərbi xidmətə başlayan bir müddətdən sonra İkinci Qarabağ Savaşı başlayacaq və özü də bu müharibənin iştirakçısı olacaq, neçə illərdən bəri göz dağımız olan torpaqlarımızın işğaldan azad olunmasında erməni dığaları ilə vuruşacağıq. Bu döyüşlərdə mərdlik, şücaət, igidlik göstərəcək gənc qəhrəman kimi xatirələrə dönəcəkdir...” deyə Firəngiz xalası əlavə etdi...

...Aydın Əhmədli anasına, bacılarına, qardaşlarına, xalalarına, əzizlərinə çox bağlı olub. O, Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılanda anası Bahar xanım çox nigaran qalmışdı. Çünki, aprel döyüşlərindən və Tovuz təxribatından sonra Qarabağ torpağına erməni faşistləri dişlərini qıcamış, təxribatların sayını artırmış, təhlükəli düşmənlər xoşluqla zəbt etdikıəri torpaqlarımızı tərk etmək istəmirdilər, bölgədən barıt qoxusu gəlirdi...

Şəhid şair Müzəffər Məmməd oğlu demişkən:

Taleyin işidir ayrılmağımız,

Ağlama, ay ana, qurbanın olum.

Bir təsəllisi də ağlamağımız,

Ağlama, ay ana, qurbanın olum.

...Nuriyyə xanım Aydının əsgərliyə yola salınma anlarını xatırlatdı: “Biz, 3 aprel 2002 -ci il tarixində əzizimizi, sevimlimizi, şirin balamızı Azərbaycanın Milli Ordu sıralarına həqiqi hərbi xidmətə yola saldıq. Yola düşməzdən bir gün əvvəl bütün ailə üzvləri, biz xalaları, dost-tanışları və digər əzizləri onun başına toplaşdıq. Aydına təmkinli, iradəli olmağı, can sağlığı, xeyir-dua, Vətənə kişi qeyrətli, başımızı uca edəcək oğul kimi xidmət etməyi arzuladıq.” Aydınımız elə ilk günlərdən nümunəvi xidmətə başladı və...”

Əzizlərinin bildirdiklərinə görə Aydın hərbi xidmətə Müdafiə Nazirliyinin Ağcabədi rayonunun Minəxorlu kəndində yerləşən “N” saylı hərbi hissəsində hərbi xidmətə başladı. And içmə mərasimindəki Hərbi Nizamnaməəni və Qaydalarını öyrənən Aydın daha sonra mütəmadi olaraq hərbi təlimlərə qatıldı. Bu təlimlərdə fəal iştirak etdi – gənc əsgər.

Nuriyyə xanım bacısı oğlu Aydınla hərbi and içmə mərasimindəki görüşdən də danışdı: “Aydınla and içmə mərasimi bizə təsəlli görüşü oldu. Həmin görüşə anası, qardaşı, xalası oğlu ilə birgə getmişdik. Əsgər balamıza elə bir dünyalar bağılşanmışdı. Aydın sanki böyümüşdü, xeyli dəyişilmişdi, əsil hərbi görkəmi vardı. Hərbi xidmətindən böyük həvəslə danışırdı. Bacı oğlu tez-tez hərbi təlimlərdə iştirak etdiyini desə də, tezliklə başlanacaq müharibə barədə belə bir kəlmə işlətmədi. Ancaq, üz cizgilərindən narahatlıq, nigarançılıqla yanaşı məsuliyyət hiss olunurdu. Görüş zamanı əvvəlcə bacıları Rəqsanə, Əgsanədən, qardaşı İlkindən bacısının uşaqlarının hal əhvalını soruşdu, digəri xalaları, qohum-əqrəba ilə maraqlanardı... Anası Bahar xanıma xüsusilə irək-dirək verdi. Anasının gözlərindən axan göz yaşlarını silə-silə... “Əziz anam, niyə kövrəlirsən, ağlama, sən fəxarətlə öyünməlisən ki, sevimli oğlun mərdlik, sınaq məktəbindədir, Ana Vətənimizin keşiyini çəkir, sabitliyinizi qoruyur. Ana, dözümlü ol, sağlıq-salamlıq olsun. Həqiqi hərbi xidmətimi başa vurub, tezliklə Sizin yanınıza qayıdacağam, yenə də sizinlə birlikdə olacağam... qüssələnmə, təmkinli ol... axı, sən mərd qadınsan..! Təki, bütün analar sənin kimi dözümlü, iradəli olsunlar...”

...Biz onunla görüşdən ayrılanda arxamızca həsrətlə baxırdı, bir az da kövrəlmişdi... Əslində isə bu, bizim Aydın balamızla sonuncu görüşümüz oldu... Həmin görüşdən sonra onunla bir neçə dəfə telefon əlaqəsi yaratdıq... Sonra xeyli müddət Aydınla əlaqə saxlaya bilmədik, nigaran qaldıq...

...Aydın Əhmədli 27 sentyabr 2020 -ci il tarixində İkinci Qarabağ Savaşı başlayanda 5 -ci ay idi ki, hərbi xidmətdə idi... Yaxınlarının sözlərinə görə, müharibə başlamazdan əvvəl Aydınla əlaqə saxlaya bilməyiblər, narahat olduqlarına görə xidmət etdiyi hərbi hissənin komandanlığına, Müdafiə Nazirliyinə müraciət ediblər... Sonra isə Aydının sorağı döyüş meydanından gəlib... 18 yaşlı hərbiçinin döyüş yolu müharibənin ilk günündən – Cəbrayıldan başlayıb. Zəngilan, Qubadlı rayonlarının düşmənlərdən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, neçələrlə erməni daşnaklarını gəbərtmiş, sərrast atıcı kimi düşmənin müxtəlif növ silahlarını, texnikasını sıradan çıxartmışdır. O, eyni zamanda dəfələrlə yaralı döyüşçü yoldaşlarını xilas etmişdir. Aydın daha sonra İkinci Vətən Müharibəsinin ən bəlalı qaynar nöqtəsi olan Füzuli bölgəsində döyüşlərə qoşulmuşdu. Düşmənin ən çox canlı qüvvəsi, texnikasının, topladığı istehkamlarının quraşdırdığı cəbhənin bu xəttində ən ağır döyüşlərinin iştirakçısı olmuşdu – Aydın. Vətən xilaskarının son döyüşü də məhz, 6 oktyabr 2020 -ci il tarixində Füzuli istiqamətində olmuşdur. Düşmən mövqelərini darmadağın edən döyüşçülərimiz əks tərəfin güclü müqaviməti ilə rastlaşıblar. Həmin gün biz tərəfdən döyüşlərdə xeyli yaralı və şəhidlərimiz olsa da, düşmən tərəfdən də xeyli itkilər verdilər... Təəssüflər olsun ki, ermənilərin atdıqları minamyot mərmisindən sonra Aydın Əhmədli – döyüşçü yoldaşlarını xilas edərkən, mərmi qəlpəsindən ağır yaralanıb... Xəsarətlər ağır olduğu üçün həyata qaytarması mümkün olmayıb.

Bəli, ömrünün 19-cu payızında gözlərini əbədi olaraq yuman və qəlbi bulaq kimi çağlayan, arzuları aşıb-daşan, ancaq çin olmayan Aydın Əhmədli şəhadətə qovuşaraq, ən gənc döyüşçü kimi tarix yazdı... Öz hünəri, qorxmazlığı, cəsarəti ilə...

...Vətən cəfakeşi Aydın Əhmədli Şəki rayonunda dünyaya göz açsa da, şirin uşaqlıq, məktəb illərini keçirdiyi anasının doğma yurdu olan Zaqatala rayonunun Qandax kəndində qəbristanlıqda 9 oktyabr 2020-ci il tarixində izdihamla, al qırmızı əklillərin müşayiəti ilə son mənzilə yola salındı... Aydın son nəfəsində belə demişdi: “Əzizlərimə deyərsiniz ki: “Anamdan, bacılarımdan, qardaşımdan muğayat olsunlar, onlar Sizlərə əmanət, xalalarıma deyərsiz ki, ağlamasınlar, göz yaşlarını tökməsinlər, yerim narahat olar...”

Halal olsun Vətən oğlu. Sən 18 yaşında cəsarətlər cəsarəti oldun... Aydın! Hünərinə min alqış – elimizin fəxri, qüruru...

Ölkə başçısının sərəncamı ilə Aydın Mustafa oğlu Əhmədli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Qeyd: Bildirmək istəyirəm ki, şəhid Aydın Əhmədlinin ailəsi Bakı şəhərində kirayədə yaşayır, yaşamaqları üçün mənzilə ehtiyacları vardır. Digər tərəfdən şəhidin bacısı Əfsanə Əhmədova Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya fakültəsini bitirsə də iş tapa bilməyib. Yaxşı olardı ki, aidiyyəti təşkilatlar ailənin mənzillə, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə şəhid bacısının işlə təmin olunmasına köməklik göstərsələr, bu bir xeyirxahlıq missiyası olardı.

Elman MALIYEV
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ