Cümə axşamı günü, 12 noyabr 2026
     

“AMEA-ya aid heç bir qurumun iqtisadiyyata qəti fayda vermədiyi” fikri daha geniş müzakirə olunmağa başlayır...

Image


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ölkənin baş elmi mərkəzi kimi, əslində, elmin aidiyyəti sahələrinin iqtisadiyyata faydalı olmasını təmin etməlidir və elm istehsalatda, iqtisadiyyatda hərəkətverici qüvvəyə çevrilməlidir.

Təəssüf ki, bunun əksini görürük. “AMEA uzun illərdir büdcəyə pul gətirmir və büdcəyə ağır yük olan bir qurum kimi öz varlığını sürdürür” qənaətində olanların dairəsi genişlənir. İctimai rəydə belə bir fikir formalaşıb ki, hər il dövlət büdcəsindən elm sahəsinə, konkret olaraq, Akademiyaya vəsait ayrılsa da, o vəsaitin səmərəsiz xərcləndiyi müşahidə edilir.

  • “AMEA dövlət büdcəsinə və iqtisadiyyatımıza nə verir?!”

Mövzu ilə bağlı tanınmış iqtisadçı Pərviz Heydərovun fikirlərini öyrəndik. “Azərbaycan Milli Elmlər Akademiyasının ölkə iqtisadiyyatına nə xeyri var?! Dövlət büdcəsindən ölkə üzrə elmə ayrılan vəsaitin çox hissəsi AMEA-ya gedir. Niyə?!? Mən burada bəzi ekspertlər kimi statistik rəqəmlər gətirmək fikrində deyiləm. Hər şey məlumdur. Azərbaycanda elmə və təhsilə hər il çox pul ayrılmasa da, ayrılan həmin cüzi vəsaitin özü də boş yerə gedir. Bir daha sual edirəm, AMEA dövlət büdcəsinə və iqtisadiyyatımıza nə verir?! Pul elə bir şeydir ki, hara və hansı istiqamətə, o cümlədən, nəyə xərcləyirsənsə və yaxud sərf edirsənsə, ən azı, maya dəyəri qədər və yaxud məbləğində gəlir gətirməlidir. AMEA-nın gəliri nə qədərdir və nədən ibarətdir? Sual edirəm, nəyə görə bu qurum heç olmasa özünü maliyyələşdirə bilmir? Digər bir məsələyə də toxunum: bu elmi dərəcələr var ey, onlar nə məna daşıyır? Nəyə görə elmi dərəcəyə görə artıq pensiya məbləği ödənilir? Niyə? O elmi dərəcə alan şəxs nəsə icad edib və yaxud araşdırıb tapıbsa, onda o adama pul gəlməlidir də... Elə deyil? Gəlmirsə, demək, o adamın elmi dərəcə aldığı mövzu və detal lazımsız bir şeydir də... Elə deyil? Sözümü ona gətirirəm ki, Azərbaycan dünyanın bir parçasıdır. Əyani şahidik ki, qlobal aləmdə nə baş verirsə, dərhal bizə təsir edir və nəticəsini bizdə göstərir. Elmimiz də və elmi nailiyyətlərimiz də dünya elminə və texnologiyasına mənfəət gətirməlidir. Boş yerə vəsait ayrılmasının nə mənası var axı? Təhsil-elm-istehsal-iqtisadi artım... Bunlar zəncirvari şəkildə biri-birilə əlaqədar olan məsələlər və halqalardır! Ölkəmizdə orta təhsil məktəbləri ali məktəblərlə, ali məktəblər AMEA ilə, AMEA istehsalla və iqtisadiyyatla əlaqəli şəkildə mövcud deyillər, başqa sözlə desəm, fəaliyyət göstərmirlər. Bu qurumlara, yəni təhsilə və elmə dövlətin vəsait ayırmasının, bax, nə mənası var?”

P.Heydərovun sözlərinə görə, ali məktəblərimiz də, AMEA da statistikaya işləyirlər. Bunlar hamısı bir-birilə əlaqəli məsələlərdir və elmi təhsildən, təhsili elmdən, elm və təhsili də iqtisadiyyatdan ayrı götürmək olmaz, bunlar bir-birini tamamlamalıdır. “Biz maddi aləmdə yaşayırıqsa, istər təhsil almaq, istər elmi fəaliyyət nəticəsi olsun, istənilən insanın atdığı addımın əsas hədəfi gəlir əldə etmək, pul qazanmaqdır. Mən bunları qeyd edəndə çoxları deyir ki, belə deyil, məsələyə çox bəsit yanaşırsan və sair. Amma əsas həqiqət bundan ibarətdir. İstənilən şairi, yazıçını, alimi götürək, onların hamısının fəaliyyətinin son nöqtəsi gəlib maliyyədə, gəlir əldə etməkdə dayanır. Onun sonrakı fəaliyyətini stimullaşdıran da məhz bu olur, hansısa bir yazıçının əsərinin, hansısa bir alimin kəşfinin beş-altı nəfər tərəfindən alqışlanması yox. Alim hər hansı bir kəşf edirsə, tədqiqat aparıb müvafiq nəticə əldə edirsə, o nəticənin tətbiq yeri olmalıdır və tətbiq yeri varsa, o gəlir gətirməlidir. Bizdə isə təhsil elmlə əlaqəli deyil, elm təhsilə bağlı deyil, elm və təhsil ikisi bir yerdə ölkə iqtisadiyyatı, istehsalla əlaqəli deyil. Hərəsi ayrı-ayrı özlərinə fəaliyyət göstərir və nəticədə də hansı mənzərə yaranır? Dövlət iqtisadiyyata var gücü ilə dəstək göstərib, onu inkişaf etdirməyə çalışır, böyük cəhd edir, iqtisadiyyatdan aldığı pulu təhsilə, elmə ayırır, biz də deyirik ki, ayrılan məbləğ azdır. Elm, təhsil ona görə belədir. Amma biz bir sual vermirik ki, təhsilin yekununa, nəticəsinə iqtisadiyyatda müəyyən bir tələb varmı? Bu qədər ali məktəbimiz var, hər il əmək bazarına 100 min nəfər işçi qüvvəsi daxil olur, onun hamısı savadlı deyil, bunun içində savadlı olanı da var, fəhlə kimi olanı da var və sair. Söhbət nədən gedir? Bir ilin ərzində sənin əmək bazarına 100 min işçi qüvvəsi daxil olursa, bu o deməkdir, avtomatik olaraq, dövlətin qarşısında  vəzifə yaranır ki, o bunların heç olmasa 60, 70, 100 nəfərini işlə təmin etsin. Çünki növbəti ildə yenidən 100 min nəfər gəlir. Dövlət buna nail ola bilmirsə, onda ölkədə, avtomatik olaraq, yoxsulluq səviyyəsi artır, işsizlik səviyyəsi   yüksəlir, nəticədə ölkədə sosial problemlər və sair yaranır”.      

P.Heydərovun sözlərinə görə, ali məktəblərin məzunlarına ölkə iqtisadiyyatında tələb olmalıdır.

Elmin istehsalatla əlaqəsi yaradılmasa, bu qədər vəsait ayırmağın faydası yoxdur. “Alimlərimiz var. AMEA-nın dövlət büdcəsinə xeyri nədir, hansı gəliri verib, hansı külli miqdarda dollar gətirib? Yoxdur. Amma dövlət büdcəsindən son 10 il ərzində Milli Elmlər Akademiyasına ayrılan vəsaitə baxırsan, alimlərin maaşları nə qədər artıb...”.

P.Heydərovun fikrincə, Azərbaycanda, Avropada və Qərbdə olduğu kimi, iqtisadiyyatla elmin və təhsilin qarşılıqlı əlaqəsi, tandemi yaranmasa, bunun əldə olunmasına nail olunmasa, səmərəsiz olaraq elmə və təhsilə ayrılan pullar havaya gedəcək, necə ki, indi gedir: “Bunlar dövlət büdcəsinə əlavə yük sayılır”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ