Cümə axşamı günü, 12 noyabr 2026
     

Yüksək dövlət xadimlərinin özlərini ekran qarşısında peyvənd etdirmələri - məqsəd nədir, buna ehtiyac varmı...

Image


Koronavirus pandemiyasından xilas olmağın yeganə yolunun vaksinasiyadan keçdiyi məlumdur. Bunu aidiyyəti üzrə beynəlxalq mütəxəssislər də, Ümumdünya Səhiyə Təşkilatı da dəfələrlə vurğulayıb. Artıq dünya ölkələrində əhalinin peyvəndləşdirilməsi prosesi gedir, Azərbaycanda da vətəndaşlar peyvənd edilir.

Onu da qeyd edək ki, ölkəmizdə əhalinin yüksək faizi peyvəndləşmə prosesinə böyük maraq göstərir və xeyli vətəndaş peyvənd olunub, bu proses hazırda da davam etdirilir. 

Məlum olduğu kimi, peyvənd olunanlar sırasında dövlət rəsmiləri də, müxtəlif vəzifəli şəxslər də var ki, onlar peyvəndi nümayişkaranə şəkildə televiziya qarşısında etdirirlər. Bu da, istər-istəməz, cəmiyyətdə qıcıq yaradır. Haqlı suallar doğurur ki, bəyəm ölkəmizdə insanlar peyvənd əleyhinədir?

Dövlət rəsmilərinin, vəzifəli şəxslərin kamera qarşısında peyvənd vurdurması necə anlaşıla bilər, bu nə deməkdir? Onlar kimə hansı mesajları vermək istəyirlər? Buna ehtiyac varmı?

Ekspertlərin bildirdiyinə görə, bəzi dövlət rəsmiləri bununla guya vətəndaşlar arasında peyvəndin zəruriliyini, faydasını təbliğ etmək istədiklərini göstərmək istəyirlər. Guya ki, peyvəndin zərəri olsaydı, heç onlar da vurdurmazdı və sair. Əslində, onların bununla özlərini reklam etmək niyyəti güddüklərini deyən ekspertlər hesab edirlər ki, bununla şou yaratmaq istəyirlər. Ekspertlər deyirlər ki, indiyə qədər xeyli sayda vətəndaşımız dövlət hesabına peyvənd edilib, onların arasında cəmiyyət üçün daha önəmli simalar da olub, amma onların heç biri yarıçılpaq halda tamaşaçıların qarşısına çıxaraq özlərini reklam etməyiblər. Ekspertlərin qeyd etdiyinə görə, Azərbaycan vətəndaşları dövlətin peyvənd siyasətinə inanır və bu prosesdə könüllü şəkildə iştirak edirlər.

Azər Həsrət: “Vəzifəli şəxslər də peyvəndi ona görə nümayişkaranə şəkildə vurdururlar ki, insanlara bunun zərərsiz olduğunu göstərsinlər”

Siyasi şərhçi Azər Həsrət hesab edir ki, əslinə qalanda burada qeyri-adi heç nə yoxdur. A.Həsrət qeyd etdi ki, koronavirus meydana çıxandan dünyanın hər tərəfində insanlar peyvəndə şübhə ilə yanaşdılar. “Hətta belə iddialar da yayıldı ki, bu, süni bir məsələdir, insanlara peyvənd adı ilə çip yerləşdirmək məqsədilə edilir və sair. Bu da əsassız bir vahimədir. Ona görə də dünyanın aparıcı dövlətlərinin rəhbərləri belə məcbur qalıb koronavirusun çox dəhşətli bir xəstəlik olduğunu sübut etmək üçün addımlar atmağa başladılar. Hətta xatırlayırsınızsa, Braziliya, Belarus kimi dövlətlərin rəhbərləri açıq şəkildə koronavirusun yalan və uydurma olduğunu iddia etdilər, hətta öz ölkələrində önləyici tədbirlər belə görmədilər. Nəticə də o oldu ki, bu gün Braziliya yoluxanların sayına görə ilk üçlükdə, ölənlərin sayına görə də “zirvədə” yer alıb. Söhbət ondan gedir ki, insanların şübhələri olduğu üçün onların inanmasına görə bir çox dövlət rəsmisi, özəlliklə də xarici ölkələrdə bunu demonstrativ şəkildə edirlər. Bu peyvəndləmə prosesi də bu qəbildəndir. Bəzi insanlar yenə şübhəlidirlər ki, bizə çip yeridəcəklər. Dünya əhalisinə kütləvi şəkildə çip yeritmək ağlabatan şey deyil, bu nəyə lazımdır? Dünyada 8 milyard insan var və bu insanların hamısına çip yeridib onları nəzarətdə saxlamaq nəyə, hansı qüvvəyə lazımdır? Vurulanın həqiqətən də peyvənd olduğunu və onun zərərli olmadığını göstərmək üçün bu addım atılır. Çünki sadə vətəndaşlar deyirlər ki, peyvənd zərərsizdirsə, qoy əvvəlcə onu yüksək vəzifəli dövlət məmurları, deputatlar, ayrı-ayrı nazirlər də vurdursunlar. Bu baxımdan, vəzifəli şəxslər də peyvəndi ona görə nümayişkaranə şəkildə vurdururlar ki, insanlara bunun zərərsiz olduğunu göstərsinlər. Azərbaycanda da görürəm ki, artıq az-az bu şəkildə peyvənd vurduranlar var. Bizim səhiyyə naziri də peyvənd olunanda bunu televiziyada göstərdilər.

Cəlaləddin Ruminin bir sözü var: “Özünə rəva görmədiyini başqasına da rəva görmə”. Bir növ, o deyimin işığında davranış sərgiləyirlər. Özlərinə rəva görüb sərgiləyirlər ki, görürsünüz, biz özümüzə rəva bildiyimizi sizə də rəva görmüşük. Düşünürəm ki, narahatlıq üçün elə ciddi əsas yoxdur. Peyvənddən heç kəs qorxmasın, çəkinməsin, sırası gələndə biz də peyvənd vurduracağıq, əlbəttə, ehtiyac olacağı təqdirdə. Mənə elə gəlir ki, insanlar, əslində, bunu geniş müzakirə etməməlidirlər. Problem var, COVID-19 adı altında mövcuddur, bütün dövlətlər ona qarşı tədbirlər görürlər, bir il ərzində bu xəstəlikdən 2 milyondan çox insan ölüb. Yəni rəqəmlər həqiqətən qorxuncdur, yüz milyondan artıq insan bu virusa yoluxub. Azərbaycanda 3 mindən çox ölüm, 230 mindən çox yoluxma var. Ona görə peyvənddən qorxmaq, çəkinmək lazım deyil. Əgər bunu kimsə nümayişkaranə edirsə, ona da çox bənd olmağa dəyməz” - deyə A.Həsrət vurğuladı.

  • Rauf Zeyni: “...burada qorxulu, narahatedici heç nə yoxdur”

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyninin isə məsələyə münasibəti belə oldu: “Əlaqədar qurumlar tərəfindən ölkəmizdə peyvəndləşmə sistemli şəkildə aparılır və aparılacaq. İlk növbədə, risq qruplarına aid olan 65 yaşdan yuxarı olan şəxslər, tibbi personal və digər sahələrin təmsilçiləri peyvəndləşmədə iştirak edirlər. Azərbaycan azad, müstəqil bir ölkədir. Bu şəxslər ya özlərini reklam etmək, yaxud əhalini peyvəndə təşviq etmək məqsədilə bu addımı atırlar ki, görürsünüz, mən də nazirəm, nazir müaviniyəm, mənə də peyvənd vuruldu və burada qorxulu, narahatedici heç nə yoxdur. Hansısa bir dövlət məmuru, tanınmış şəxs peyvənd etdirib bunu televiziya vasitəsilə göstərirsə, bu da, biririnci növbədə, o şəxslərin mövqeyidir. İkincisi də ki, televiziyalar bunu hansısa təbliğatda istifadə edirlər, bu da televiziyaların işidir. Mən buna mənfi hal kimi baxmıram. Yəni bütün dünyada bu proses var. Bəli, dövlət məmurları da, digər şəxslər də, məşhurlar da peyvənd olunanda bunu çəkdirirlər və bunu sosial şəbəkələrdə, televiziyalarda yayırlar. Amma belə düşünürəm ki, peyvənd prosesi normal, sürətli templə aparılır və aparılacaq. Əhali arasında da əvvəllər bəzi tərəddüdlər var idi. İndi də bəzi insanlar peyvəndləşməsi tam qəbul etmir. Çünki dünyada müxtəlif neqativ informasiyalar yayılır ki, filankəsə peyvənd vuruldu, onun halı dəyişdi, yaxud dünyasını dəyişdi. O informasiya bəzi insanları narahat edir. Amma hesab edirəm ki, peyvəndləşmədə heç bir narahatedici məsələ yoxdur. Bu, pandemiyanın qarşısının alınması üçün geniş miqyasda əhaliyə vurulmalıdır. Bu, COVID-19-un və ondan sonra gələn ştamların qarşısını almaq üçün vacibdir. Bu müsbət bir məsələdir. Vətəndaş cəmiyyəti də bu istiqamətdə aparılan işləri yüksək qiymətləndirir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ