Cümə axşamı günü, 12 noyabr 2026
     

Qaz sayğaclarının başına oyun açan məmur(lar) kimdir - cəmiyyət narazı düşür, üstəlik, dövlət vəsaiti havaya sovrulur...

Image


Məlum olduğu kimi, ötən ildən başlayaraq ölkəmizin müxtəlif yaşayış məntəqələrində smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəz edilməsi prosesinə başlanıb. Məsələ burasındadır ki, smart tipli sayğacların mexaniki sayğaclarla əvəzlənməsi abonentlərin ciddi narazılığına və şikayətlərin sayının artmasına səbəb olub. Hətta bu barədə vətəndaşlar  sosial şəbəkələr, müxtəlif KİV vasitəsilə narazılıqlarını da əlaqədar qurumlara çatdırıblar.

Mexaniki sayğacın daha çox pul yazdığını və vətəndaş üçün qətiyyən əlverişli olmadığını aidiyyəti sahə üzrə ekspertlər də təsdiqləyirlər.   

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi də abonentlərə təbii qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başlayacağı barədə açıqlama yayıb. Bildirilib ki, bununla bağlı proqramlaşdırma işləri tamamlanmaq üzrədir:

“Yaxın 10 gün ərzində proses tam reallaşdırıla bilər. Ümumilikdə, Birlik üzrə qeydiyyatda olan 2 milyon 400 minə yaxın əhali abonentinin araşdırma zamanı təxminən 700 minə yaxın olanının mobil telefon nömrələrinin baza məlumatlarında əksini tapdığı məlum olub.

İlkin olaraq Bakı şəhəri və Abşeron yarımadası üzrə borcu ən azı 10 manat olan 40 min abonentə SMS bildirişlərin göndərilməsi nəzərdə tutulub. Sonrakı mərhələdə isə proqram təminatı təkmilləşdirilməklə, bildirişlərin göndərilməsinin əhatə dairəsi genişləndiriləcək”.

Ekspetlər hesab edirlər ki, “Azəriqaz”ın bu addımından narazılıq edən vətəndaşlar tam olaraq haqlıdırlar.

Smart tipli sayğacların mexaniki sayğaclarla əvəz edilməsi, ilk növbədə, dövlət vəsaitinin havaya sovrulması, ikinci tərəfdən isə kimlərinsə vətəndaşın cibinə girməsinə, bundan sui-istifadəsinə şərait yaradılması kimi xarakterizə oluna bilər. Ekspertlər qeyd edirlər ki, vətəndaşlar üçün smart tipli sayğaclardan istifadə etmək daha uyğundur və onlar kartlarına müəyyən vəsait qoyaraq qazdan istifadə edirlər. 

Təbii qazdan istifadə edən vətəndaşlara borcları ilə bağlı bildirişlərin SMS-lə göndərilməsi məsələsinə gəlincə, ekspertlər bunun da anlaşılmazlıq yaratdığını bildirirlər və hesab edirlər ki, bu, bütün hallarda, vətəndaşın ziyanına işləyəcək.

Eksperlərin sözlərinə görə, smart tipli sayğacların mexaniki sayğaclarla əvəz edilməsinin ilk mərhələsində kifayət qədər problem ortaya çıxıb.

  • “...müdaxilələrin edilməsi yolu ilə sərfiyyatdan daha yüksək yığımların əldə edilməsi...”

Tanınmış iqtisadçı-ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, aidiyyəti qurumlar tərəfindən atılan bu addım, bütün hallarda, kimlərinsə əlavə qazanc yerinə çevriləcək və yenə zərbə vətəndaşa dəyəcək. “Bu məsələyə münasibətim olduqca neqativdir, pisdir. Görünən odur ki, həm göstərilən sahə üzrə, bütövlükdə, kommunal xidmətlər sahəsində - qaz, su, elektrik təzhizatında hökumətin aiddiyyəti qurumlarının vizionu  yoxdur, baxışı birmənalı deyil. Eyni zamanda, deyilən istiqamətlər üzrə icra olunan layihələrin icrasında ciddi boşluqlar var. Biz, həmçinin, bənzər çağırışları, təklifləri Qarabağın bərpası ilə bağlı aidiyyəti qurumların təklif etdiyi layihələrdə də müşahidə etməkdəyik. Smart tipli sayğacların hansısa mexaniki sayğaclarla əvəz edilməsi, birincisi, geriyə dönüş kimi qiymətləndirilə bilər. Düzdür, smart sayğaclarda qarşı tərəfə inamsızlıqla bağlı məsələlər vardı, ona proqram təminatı vasitəsilə kənar müdaxilələrdən və sairdən söhbət gedir. Amma mexaniki sayğaclarda kənar müdaxilənin daha geniş şəkildə tətbiq edilə biləcəyi üsulu daha real görünür. Smart tipli sayğacların mexaniki sayğaclarla əvəz edilməsində məntiq və mənanın nədən ibarət olduğunu bilmirəm. Böyük ehtimalla bu addım hansısa formalarla qaz sayğaclarına  müəyyən müdaxilələrin edilməsi yolu ilə sərfiyyatdan daha yüksək yığımların əldə edilməsi məqsədi daşıya bilər. Yaxud da ki, layihə çərçivəsində əhəmiyyətsiz şəkildə vəsaitlərin mənimsənilməsi prosesi baş verə bilər”.

R.Həsənovun sözlərinə görə, hələ smart tipli sayğacların quraşdırılması prosesinin birinci mərhələsi tam başa çatmayıb və ölkənin bütün sahələri smart sayğaclarla tam təmin olunmayıb. “Bir proses tam başa çatmamış digər bir prosesə start verilib. Bilmirəm, aidiyyəti qurumlar niyə belə edirlər, onlar atdıqları addımları, icra etdikləri layihənin məqsədini açıqlamırlar, bunun üstün tərəfinin nə olduğunu ictimailəşdirmirlər. İnsanlara məlumat verilmir ki, nə üçün bu layihələr həyata keçirilir, nə üçün smart tipli sayğaclar mexaniki sayğaclarla əvəz edilir? Əlaqədar qurumlar bu layihələrə nə üçün dövlət vəsaiti ayrıldığını izah etmirlər. Halbuki, bu vəsait hamımızın vəsaitidir, hər bir vergi ödəyicisinin bu məsələdə haqqı var və bunun səbəblərini bilməlidir. Amma, həmişəki kimi, bu məsələdə də qeyri-ardıcıl açıqlamalardan başqa ciddi səbəblərə, texniki izahatlara, elmi əsaslandırmalara söykənən bir cavab görmürük. Bu, dövlət vəsaitlərinin səmərəsiz istifadə olunmasına, eyni zamanda, müəyyən qədər vətəndaşların müvafiq kommunal xidmətlərdən istifadəsi ilə bağlı mövcud şərtlərin daha da keyfiyyətsizləşdirilməsinə gətirib çıxaracaq bir addım ola bilər” - deyə R.Həsənov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ