Cümə axşamı günü, 12 noyabr 2026
     

Qazi və şəhid ailəsi adından sui-istifadə - əslində, Vətən müharibəsinin imicinə qarşı təxribat...

Image


Parlaq zəfərlərlə milli dövlətçilik tariximizə əbədi olaraq həkk edilən 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin gücünün, əzəmətinin təntənəsidir.

Bütün dünyanı heyrətə salan Vətən savaşında bizə işıqlı zəfəri bəxş edən qazilərimiz və canını Vətən yolunda qurban verən şəhidlərimiz olub. Bu baxımdan, qazilərimiz və şəhidlərimiz, onların ailələri cəmiyyətin, dövlətin həssaslıqla, böyük ehtiramla, qayğı ilə yanaşdığı ünvandır.

Amma çox təəssüf ki, bəzən cəmiyyətimizdə bəzi üzdəniraqlar tapılır, onlar qazilərimizin və şəhid ailələrimizin adlarından sui-istifadə edərək xoşagəlməz davranışlar sərgiləyirlər. Aydın olduğu kimi, belə hərəkətlərə yol verənlərin nə qaziliklə, nə də şəhid ailələri ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Əlbəttə, bütün bunlar Vətən müharibəsində qazandığımız parlaq qələbəyə qarşı törədilən təxribat sayılmalıdır.

Uzağa getməyək, bu günlərdə özünü “Vətən müharibəsi qazisi” qələmə verərək dilənçiliklə məşğul olan bir şəxs saxlanıb. O, açıq etiraf edib ki, insanların qazilərə həssas münasibət göstərməsindən sui-istifadə edərək özünü “qazi” kimi təqdim edərək dilənçilik etmək yolunu tutub.  

Bir neçə gün əvvəl isə müxtəlif saytların “qəhrəmanlaşdırdığı” psixi pozğunluğu olan bir qadın iki oğlunun Vətən müharibəsində itkin düşdüyü iddiası ilə meydana çıxmışdı. Bütün araşdırmalar onu göstərdi ki, onun heç bir övladı yoxdur və iddiaları uydurmadır.  

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, kimlərsə, ya bilərəkdən, hanısa maddi gəlir əldə etmək məqsədilə bu addımı atır, ya da ki, bu təxribat hansısa qüvvələr tərəfindən gerçəkləşdirilir və hədəf də Azərbaycanın parlaq qələbəsinə kölgə salmaq, ölkəmizdə şəhid ailələrinə və qazilərə “qayğı göstərilmədiyi” rəyini yaratmaqdır. Halbuki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi qazilərinə, şəhid ailələrinə dövlət tərəfindən böyük qayğı və diqqət göstərilir, onların ən kiçik problemlərinə belə həssaslıqla yanaşılır.   

Ekspertlər hesab edirlər ki, qazilərin və şəhid ailələrinin adlarından sui-istifadəyə görə konkret cəza müəyyən olunmalıdır ki, belələri cəzalandırılsın və şəhidlik, qazilik məktəbinə, dövlətimizin işıqlı qələbəsinə kölgə salmağa bir də cürət edən tapılmasın.

Ekspertlərin, qazilərin fikrincə, qazi adı ilə dilənçilik edənlərə elə ağır cəza verilməlidir ki, bu, başqalarına dərs olsun və bir də belə təxribatlara yol verənlər tapılmasın.  

  • “...qələbəmizə qarşı bir təxribatdır və belələri barədə konkret ölçü götürülməlidir”

Tanınmış hərbi ekspert Tərlan Eyvazov bildirdi ki, saxta qazilərin peyda olması çox ağrılı məsələdir.

“Olduqca aktual məsələyə toxunmusunuz. Bu məni və Birinci Qarabağ müharibəsində iştirak edən insanların hamısını, bir sözlə, bütün cəmiyyətimizi narahat edən məsələdir. Bu hal bütün müharibələrə xas olan haldır. Müharibələr bitdikdən sonra belə saxtakarlıqlarla məşğul olan, özünü “müharibə iştirakçısı” kimi qələmə verənlər, özlərini “əlil” kimi təqdim edənlər çox olub. Amma çox təəssüflər olsun ki, belə neqativ hallar bizdə də var və bu, çox pis formada özünü göstərir. Biz Birinci Qarabağ müharibəsindən  sonra da belə xoşagəlməzliklərlə rastlaşmışıq. O vaxtlar belə halları araşdırıb üzə çıxarmaq çox çətin idi. Torpaqlarımızın işğal altına düşməsi, Müdafiə Nazirliyinin daha gec yaranması, qarışıqlıq, xaos, müəyyən sənədlərin vaxtında hazırlanmaması, müvafiq orqanların lazımi şəkildə formalaşmaması bu cür neqativ halların yol açmasına şərait yaradırdı. 1993-cü ildən bütün idarələr formalaşdıqdan sonra bu məsələlərə aydınlıq gətirildi. Saxta yollarla ad alanlar və sair yavaş-yavaş üzə çıxarıldı və o adlar ləğv olundu. Konkret olaraq müharibə iştirakçılarına müəyyən imtiyazlar verildi.

Təbii ki, 30 il müddətində dövlətimiz formalaşıb.

Sizin qeyd etdiyiniz məsələnin hər şeydən əvvəl mənəvi tərəfinə diqqət çəkmək istəyirəm. Görürlər ki, cəmiyyət Vətən müharibəsində iştirak edən, qəhrəmanlıqlar göstərən qazilərə, müharibədə döyüşənlərə xüsusi hörmət, məhəbbət bəsləyir, onlara həssaslıqla yanaşır, ona görə də bəziləri saxta qazi kimi ortaya çıxıb qazilərin adından sui-istifadə edirlər. Əminəm ki, hansı insanlar ki, həqiqətən müharibədə iştirak edib, şücaətlər göstərib, əziyyət çəkib, o insanlar, əsl döyüşçülər heç vaxt bunu dilə gətirmir. Amma görürük ki, KİV-də, xüsusən də telekanallarda o insanlar daha çox səs-küy salıb nələrisə tələb edirlər, onların bəlkə də heç müharibədə elə bir qəhrəmanlığı olmayıb, sadəcə, əynində forma hansısa bir yerdə dayanıb. Belələri özlərini reklam edirlər, çox təəssüf ki, həmkarlarınızın arasında da onların yalanlarına inananlar və onları həddən ziyadə təbliğ edənlər olur. Amma bunun hamısına da vaxt lazımdır. Saxta qazi adı ilə meydana çıxanlar əlbəttə ki, əsl döyüşçülərin qəlbində narahatlıq yaradır, bu xoşagəlməz faktlar onları incidir. Hesab edirəm ki, yalnız dövlətin aidiyyəti qurumları deyil, bu sahədə olan ictimai təşkilatlar da yalnız medal paylamaqla deyil, bu məsələlərlə də məşğul olmalıdırlar, araşdırmalar aparıb həmin o saxta qaziləri üzə çıxarmalıdırlar. Doğrudur, saxtakar qazilər həddindən artıq həyasız olur, bəzən həqiqəti üzə çıxaranları sosial şəbəkələr vasitəsilə təhqir edirlər. Belə hallar mənim də başıma gəlib. Amma bundan qorxmaq lazım deyil. Belə insanları ifşa etmək, cəmiyyəti yalançı qəhrəmanlardan xilas etmək, əsl qəhrəmanları yeni yetişən gəncliyə təqdim etmək hər birimizin üzərinə düşən vəzifədir. Təbii ki, kimlərsə qanunu pozursa, hansısa saxta sənədlərlə nəyisə tələb edirsə, onlar da inzibati qayadada cəzalandırılmalıdırlar. Hər şeydən əvvəl isə belə məsələlərdə ictimai qınaq olmalıdır, ictimai qınaq institutunun fəaliyyəti açıq görsənməlidir”.

T.Eyvazov qeyd etdi ki, qazilərin və şəhid ailələrinin adından sui-istifadə edən insanlarla da cəmiyyət barışmaz mübarizə aparmalı, onları “qazi”, “şəhid ailəsi” kimi təqdim edənlərə qarşı da xüsusi tədbirlər görülməlidir. “Görürsünüz ki, bu günlərdə bir qadın oğlanlarının müharibədə itkin düşdüyünü iddia etmişdi, bəzi media orqanları da onun yalanlarını ictimailəşdirmişdi, buna rəsmi münasibət bildirilənə qədər nə qədər insan aldandı və məsələyə öz münasibətini bildirdi. Amma sonradan təqdim edilən araşdırmalardan məlum oldu ki, bu qadın ruhi xəstədir və onun heç övladı yoxdur. Belə məsələlərdə mətbuat da həssas olmalıdır.

Gəlin açıq danışaq, pandemiyanın bu vaxtında, həm də müharibədən çıxan Azərbaycan dövləti yenə də şəhid ailələrini, qaziləri diqqətdən kənarda saxlamır, onlara qayğı göstərir, əlillərin, qazilərin, şəhid ailələrinin problemlərinin həllinə çalışır, bu işlə ardıcıl olaraq məşğul olur. Dövlət tərəfindən yaradılan “Yaşat” fondu da, başqa təşkilatlar da bilavasitə qazi və şəhid ailələrinin problemləri ilə məşğuldur, get-gedə bütün problemlər öz həllini tapacaq. Amma saxtakarlıq edərək özlərini “qazi”, yaxud “şəhid ailəsi” qələmə vermək qələbəmizə qarşı bir təxribatdır və belələri barədə konkret ölçü götürülməlidir”.

T.Eyvazovun sözlərinə görə, heç kəs deyə bilməz ki, bu 30 ildə dövlət nə vaxtsa şəhid ailələrinə, qazilərə qayğı göstərməyib, yaxud şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün addım atmayıb. “Bu yalan olar” - deyən T.Eyvazovun bildirdiyinə görə, dövlət həmişə yüksələn xətt üzrə onların müavinətlərini artırıb, onlara maşınlar verib, evlə təmin edib, bu gün də proses davam etməkdədir, heç kəs diqqətdən kənarda qalmayıb və qalmır da. “Təbii ki, bunlar hamısı vaxt, zaman və maliyyə tələb edən işlərdir. Amma təəssüf ki, adını ictimaiyyətçi qoyub, heç bir ictimai fəaliyyət göstərməyən, özünü reklamla məşğul olan insanlar tərəfindən saxtakarlar ictimailəşdirilir, səhv istiqamətdə təqdim edilir. Halbuki, təqdim edilən istənilən məsələ ictimailəşdirilməmişdən əvvəl mütləq şəkildə araşdırılmalı, onların iddiaları dəqiqləşdirilməlidir. Övladı olmayan bir şəxsin  “müharibədə övladları itkin düşən ana” kimi cəmiyyətə təqdim edilməsi nə dərəcədə düzdür? Sonra məlum olur ki, bu heç də belə deyilmiş. Amma iki övladı birdən şəhid olan, əkiz balalarını Vətən uğrunda şəhid verən ata və anaların isə heç səsi çıxmır, ürəklərində öz dərdlərini yaşayırlar, “Vətən sağ olsun” deyirlər. Ona görə də düşünürəm ki, qazilərimizin və şəhid ailələrinin adından sui-istifadə hallarına yol verilməsi çox ləyaqətsiz bir haldır və buna gərək yol verilməsin. Buna yol verənlər də, onları “qəhrəmanlaşdıranlar” da gərək öz layiqli cəzalarını alsınlar ki, bu neqativ hallar bir də təkrarlanmasın” - deyə T.Eyvazov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ