09/07/2020 19:00
728 x 90

Serj Sarkisyan və Robert Koçaryanla bağlı istintaq davam etdirilir

img

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və Robert Koçaryanla bağlı hazırda istintaq davam etdirilir.

Trend-in məlumatına görə, bunu Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyi ilə Baş Prokurorluğun birgə mətbuat konfransında deyib.

E.Tağıyev vurğulayıb ki, Xocalıya hücum zamanı 613 nəfər qətlə yetirilib: "Xocalı soyqırımı zamanı şəhərin 5 379 nəfər əhalisi deportasiya olunub. Cinayət işi üzrə 5 istiqamət müəyyən edilib. Cinayət işinin istintaqı zamanı 39 nəfər Xocalı soyqıırmı, 3 nəfər terror cinayətləri, ümumilikdə isə 305 şəxsin əməlləri Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan hallar üzrə sübuta yetirilib. Axtarışların təmin edilməsindən ötrü materiallar müvafiq təşkilatlara göndərilib. Onlardan 2 nəfər cinayət məsuliyyətinə cəlb edilib”.

Xocalı soyqırımı ilə bağlı məsələyə Beynəlxalq Cinayət Məhkəməsində baxılmamasına aydınlıq gətirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə qeyd edib ki, Xocalı faciəsi 1992-ci ildə baş verib, Beynəlxalq Cinayət Məhkəməsi isə 2002-ci ildə yaradılıb: “Bu günə qədər nə Azərbaycan, nə Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmir. Ona görə də Xocalı ilə bağlı ancaq milli səviyyədə həmin şəxslər barəsində cinayət işi açılıb”.

Son xəbərlər