30/03/2020 11:32
728 x 90

Azərbaycan XİN cəbhədə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti Ermənistanın üzərinə qoydu

img

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Baki-xeber.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Münxen Təhlükəsizlik Konfransı çərçivəsindəki görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat onu göstərir ki, işğalçı ölkə bu ilin yanvar ayında hər iki ölkənin xarici işlər nazirlərinin görüşündən əvvəl olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəhbərliyi altında aparılan sülh prosesinə davamlı şəkildə xələl gətirir və hətta onu pozmağa çalışır”, - Abdullayeva bildirib.

Xəbər verildiyi kimi, şənbə günü Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs kobud şəkildə pozulub və düşmən qüvvələrinin snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Seymur Ələsgərov şəhid olub. 

Son xəbərlər