Cümə axşamı günü, 05 noyabr 2026
     

Gözlənilən Türkiyə-Suriya müharibəsinin ssenarisi açıqlandı - NATO, Rusiya və İran da savaşa qoşulacaq...

Image


İdlib ətrafında yaranan qalmaqldan sonra Türkiyə-Suriya münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi, prosesin nə ilə nəticələnəc’yi hazırda dünya siyasi gündəminin əsas mövzuları sırasında yer alır. Belə görünür ki, Ankara məsələnin danışıqlar yolu ilə həllində maraqlı olsa da, Dəməşq tamam fərqli mövqedən çıxış edir.

Hətta belə bir vaxtda Suriya parlamentində qondarma “erməni soyqırımı”nın tanınmasına dair müzakirələr aparılması, müvafiq qanun layihəsinin qəbul edilməsi vəziyyəti daha da ağırlaşdırır. Artıq Türkiyə Xarici İşlər Nazirliyi Suriya parlamentinin qondarma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib. Nazirliyin mətbuat katibi Hami Aksoy bildirib ki, Suriya parlamentinin 1915-ci ildə baş vermiş hadisələri “soyqırımı” kimi tanıması ikiüzlülüyün təzahürüdür:“Bu addım uzun illərdir öz xalqını qətlə yetirən, milyonlarla insanı öz evindən didərgin salan və kimyəvi silahdan istifadə məharəti yaxşı bilinən rejimin ikiüzlülüyünün təzahürüdür. Suriya hakimiyyətinin baiskar olduğu fəlakət davam edir və bu fəlakət bizim sərhədlərimizdə yaşanmaqdadır. Dəstək verilməyən iddiaların beynəlxalq aləmdə legitimliyini itirmiş zalım rejim tərəfindən irəli sürülməsi isə bunun arxasında yatan əyri zehniyyətin açıq təzahürüdür”.

Bu mənfur addımla yanaşı, Bəşər Əsəd qüvvələrinin İdlib ətrafına cəmləşdirilməkdə davam etməsi tərəflər arasında savaş ehtimalını artırır. Ankaranın Əsəd rejiminə böyük təsir imkanlarına malik Rusiyadan əsas tələbi bu durumda Suriyanı danışıqlar masasına oturdub, hücumların qarşısını almaqdır. Əslində Rusiya tərəfi də son bir neçə həftədir buna çalışır. Rəsmi Moskva son bəyanatlarında bildirdi ki, Türkiyə və Suriyanı danışıqlar masasına oturtmaq üçün əlindən gələni etməyə hazırdır. Ekspertərlərə görə, Rusiya təsir və təzyiq vasitələrindən istifadə edərək, müəyyən mənada bu gərginliyin daha yumşaq məcraya dönməsi, danışıqların aparılmasına nail ola bilər. Bunun üçün Ankara Moskva ilə danışıqlar aparmaqda maraqlıdır. Türkiyə Astana formatında əldə olunmuş razılaşmalara Rusiya və İranın əməl etməsini tələb edir. Çünki Rusiyanın bu məsələdə müəyyən öhdəlikləri var və bu öhdəlikləri yerinə yetirərsə, Suriyada sülhə nail olmaq olar. Türkiyə tərəfi də hazırda bunun üçün Rusiya ilə danışıqlara maraq göstərir. Amma belə görünür ki, Əsəd rejimi prosesləri ayıq başla qiymətləndirməyib, Türkiyə ilə savaşa daha çox meyllənir. Bu durumda Ankaranın hərbi gücdən daha çox istifadə etməyə məcbur qalacağı da qaçılmazdır. Rus ekspert Konstantin Sivkov bu xüsusda bildirir: “Ehtimal olunan əməliyyat sahəsində Türkiyə birləşmələrinə hava və quru qüvvələri daxil ola bilər. Əməliyyata cəlb olunacaq Hərbi Hava Qüvvələrinin ehtimal olunan sayı 120-140 təyyarədir. Quru qüvvələrinin qruplaşdırılması bölgənin əməliyyat qabiliyyəti ilə məhdudlaşır və iki əlavə briqada, artilleriya və xüsusi təyinatlı qüvvələr də daxil olmaqla, maksimum ordu korpusunu təşkil edəcək. Yəni sayı 25-30 min nəfər olan heyət olacaq. 200-250 tank, 500 zirehli personal daşıyıcısı və 300-ə qədər, o cümlədən “T-155 Fırtına” və “M107” kimi 100-120 uzunmənzilli artilleriya da bura daxildir.

Suriya ordusu və müttəfiqlərinin Rusiya istehsalı olan təsirli tank əleyhinə silahlarının (xüsusən də “Kornet” tank əleyhinə sisteminin), həmçinin müasir “T-90A” (Əsəd qoşunlarında 20 ədəd ola bilər) və modernləşdirilmiş “T-72” tanklarının mövcudluğu da nəzərə alınmalıdır. Türk komandanlığı qoşunlarını ən müasir “Leopard -2A4” və “M60T” ilə təmin edəcək. Buraya aviasiyanın əsas qüvvələri, o cümlədən 30 hücum helikopteri də daxil ola bilər. Bundan əlavə, 10 mindən çox hərbçi Türkiyə Silahlı Qüvvələrinin tərəfində və onlarla əməkdaşlıqda “İdlib qazanı”nda olacaq. Açıq məlumatlara görə, “Hizbullah” və yerli hərbçilərdən ibarət nizami birləşmələr, o cümlədən zəngin hərbi təcrübəsi və son illərə qədər türklərə qarşı vuruşmaq əzmində olan, ümumi sayı bir neçə min nəfərə çatan Suriya kürdləri, Suriya Ərəb Ordusunun (SAA) döyüş hazırlıqlı və texniki cəhətdən təchiz olunmuş bölmələri onlara qarşı çıxacaq.

Rusiya kosmik kəşfiyyatının imkanları nəzərə alınarsa, Suriya ordusunun bölgədə kifayət qədər güclü qüvvə yaradacağını düşünmək olar. Suriya ordusunun ümumi tərkibini və döyüşə hazır birləşmələrin faizini, lazım olduqda digər istiqamətlərdə 100-150 tankı olan 15 min nəfərin, tank əleyhinə sistemlər də daxil olmaqla, bir neçə yüz müxtəlif növ döyüş maşınlarının, o cümlədən 300-dək zirehli personal daşıyıcısının və 200 ədəd müxtəlif artilleriyanın (“Smerç” və sair) varlığı ilə qiymətləndirə bilərik. Əməliyyatların gedişində Türkiyənin iki eşelonda fəaliyyət göstərməsi ehtimalı var. Birinci eşelon islamçılardan ibarətdir, ikincisi Türkiyə Silahlı Qüvvələrinin əsas hücum qrupudur. Bundan başqa, əməliyyat ehtiyatları və korpus artilleriyası da döyüşdə əsas yer tutacaq. Suriya ordusu və müttəfiqlərinin müdafiəsi də iki eşelona sahib olacaq. Türk ordusuna Suriyaya tammiqyaslı hücuma hazırlıq üçün uzun müddət lazım olduğundan, qələbə asan olmayacaq. Bundan əlavə, hadisələrin gedişində NATO-nun, Rusiya və İranın da prosesə fəal müdaxiləsi müharibənin miqyasını genişləndirəcək. Çox güman ki, Türkiyə, Rusiya və Suriya problemi diplomatik istiqamətdə həll etmək üçün yeni yollar axtarmalı olacaq. Yeganə həqiqi həll yolu isə bütün tərəflərin vicdanla icra etdiyi müqavilə ola bilər”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ