16/02/2020 23:37
728 x 90

Avroittifaq Qarabağ danışıqlarının davam etdirilməsinin tərəfdarı olduğunu bir daha açıqladı

img

Azərbaycan Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən “Trend”ə verilən məlumata görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və dövlət sərhədindəki hazırkı vəziyyətə dair fikir mübadiləsinin aparıldığı görüşdə nazir müavini beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını bir daha xatırladıb.

Nazir müavini vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir.

T.Klaar da, öz növbəsində, Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini qeyd edərək bildirib ki, Aİ bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarıdır.

Son xəbərlər