23/02/2020 12:01
728 x 90

Türkiyədən ağır zərbə alan qatil Əsəd rejimi ən çirkin yola əl atdı, rejim türk dünyasına da çamur atdı

img

Suriya Məclisi 1915-ci il hadisələrini qondarma "erməni soyqırımı" kimi tanıyan və qınayan qanun qəbul edib.

Baki-xeber.com xəbər veri ki, Suriyanın İdlib şəhərində gərginliyin artması və 13 türk əsgərin şəhid edilməsinə sərt reaksiya verən Türkiyə rejim ordusuna çox ağır hərbi zərbə vurub və indiyə kimi yüzlərlə Əsəd əsgəri öldürülüb.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan, türk əsgərlərinə hücum olacağı halda, rejim qüvvələrini hər yerdə vuracaqlarını bəyan edib.

Türkiyənin sərt hərbi cavab reaksiyası qarşısında aciz qalan Bəşər Əsəd rejimi isə çox çirkin bir yola əl atıb. İllərdir 100 minlərlə günahsız insanı qətlə yetirən, ağır işgəncələrə məruz qoyan, yerindən-yurdundan didərgin salan, əli qana bulaşmış Əsəd, qondarma “erməni soyqırımını” tanımaqla guya Ankaradan qisas almağa calışır. Ölkəsini viran qoymuş, başqa bir ölkənin sadəcə kuklası olan və bütün dünyada törətdiyi qətliamlara görə, qatil damğası almış bu diktator (Əsəd) başqa bir ölkəni “soyqırım”da ittiham edəcək ən axırıncı adamdır. 

Son xəbərlər