17/02/2020 07:39
728 x 90

Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı niyə azalıb…

img

2020-ci il yanvarında Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 79,77 faiz azalaraq 62 110 dollar təşkil edib. Bu barədə “Trend”-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Qeyd edək ki, 2020-ci ilin yanvarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 4,3 faiz azalaraq 166,974 milyon dollar təşkil edib.

Bu göstərici hesabat dövründə ölkənin ümumi ixracının 1,1 faizini təşkil edib.

Xatırladaq ki, 2019-cu ildə Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı 2018-ci illə müqayisədə 39,85 faiz artaraq 88,675 milyon dollar təşkil edib.

Son xəbərlər