04/04/2020 06:23
728 x 90

Rusiya səfirinin jesti və ermənilərin üzə çıxan sifəti – Qriboyedovun ruhuna minnətdar olmalı ikən ona hörmətsizlik etdilər

Arzuxan Əlizadə: “Ermənilər üçün müqəddəs heç nə yoxdur”

img

Diplomat günü münasibətilə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Qriboyedovun İrəvanda abidəsi önünə gül dəstəsi qoyub və erməni diplomatlarının məzarlarını ziyarət edib. Rusiya səfiri ziyarətindən sonra erməni və rus xalqlarının dostluğundan, strateji maraqlarından və Rusiyanın Ermənistanla əməkdaşlığı qiymətləndirməsindən danışıb.

Erməni mediası isə Rusiya səfirini tənqid edərək onu qeyri-səmimilikdə ittiham edib. Erməni icmalçı Akop Badalyan çoxəsrlik Ermənistan-Rusiya dostluğundan bəhs edən Rusiya səfirinə belə bir sual verib: “Sənin qardaşın Avel hardadır, Kopırkin!”.

İcmalçı verdiyi suala da elə özü cavab tapmağa çalışıb. O qeyd edib ki, qardaşlar arasında yanlışlıq ola bilər: “Ancaq bir qardaşın digər qardaşının məkrli ölüm hökmünü imzaladığını və təxminən yüz il bu hökmün öhdəliyini bəyan etdiyini təsəvvür etmək mümkündürmü? Söhbət 2021-ci ildə 100 ili tamam olacaq məşhur Rusiya-Türkiyə müqaviləsindən gedir. Bu müqaviləyə sadiqlik andı, Rusiya rəhbərliyinin Atatürklə dostluqda tanınması çətin ki, 100-cü ilə çatsın, amma artıq səsləndirilən vədlər “Sənin qardaşın Avel hardadır, Kopırkin” sualını verməyə bütün əsaslar verir. Və ya qardaşınız Avel kimdir? Üstəlik, həqiqət anı – ermənilərin məhvinə gətirən 100 illik müqavilə yaxınlaşır”.

Göründüyü kimi, erməni mediasının Rusiya səfirini topa tutması bir daha onların xəbis sifətini ortaya qoydu. Ən azından ona görə ki, onlar erməni dövlətinin var olmasına görə Rusiyaya minnətdar olmalıdırlar. Xüsusən də Rusiya diplomatı olan Qriboyedova. Çünki Qriboyedovun sayəsində ermənilər Türkiyədən, İrandan Qafqaza köçürüldülər. 19-cu əsrdə ermənilər Azərbaycanın əzəli ərazilərində kütləvi məskunlaşmağa başladılar. Sonrakı dövrdə də Qafqazda Azərbaycan türklərinin ərazilərində yoxdan erməni dövlətini yaratdılar. Rusiyanın köməyilə 1920-ci ildə Ermənistanın ərazisi xeyli genişləndirildi. Bütün bunlara görə Qriboyedova minnətdar olmaq əvəzinə, onun ruhuna hörmətsizlik edirlər. Rusiyanı borclu çıxarmağa çalışırlar.

  • “Qriboyedov sayəsində süni şəkildə Qafqazın demoqrafik tərkibi dəyişdirildi”

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu bütün ermənilərə xas olan xarakterik nankorluqdur: “O baxımdan bu kiməsə təəccüblü gəlməməlidir. Ermənilər tarixən öz hamilərinə qarşı nankor olublar. Bizans imperiyası dönəmində onlara sığınıblar, Osmanlı imperiyası qurulandan sonra türklərə sığınıblar. Elə ki, Osmanlı zəiflədi, başladılar yaşadıqları dövlətə xəyanət etməyə, dövlətin qanunlarına qarşı çıxdılar. Bənzər münasibəti Rusiyaya qarşı da sərgiləyirlər. Çünki ermənilər üçün müqəddəs heç nə yoxdur. Hansı ki, Qriboyedov sayəsində süni şəkildə Qafqazın demoqrafik tərkibi dəyişdirildi. O vaxt Çar İmperiyası Türk dünyasına qarşı məqsədyönlü şəkildə belə siyasət aparırdı. Zamanla öz məqsədlərinə nail də oldular. Ancaq bunun qarşılığında ermənilər Rusiyaya minnətdar olmaq əvəzinə, fərqli mövqe ortaya qoyurlar. Bu da onların xislətindən irəli gələn bir şeydir. Son vaxtlar erməni mediasında Rusiyaya qarşı silsilə xarakterli tənqidi materiallar dərc olunur. Bu tendensiya iki il əvvəl ölkədə baş verən hakimiyyət dəyişikliyindən sonra genişlənib. Ermənilər hesab edirlər ki, Rusiyanın sayəsində onlar ərazilərini genişləndirə biliblər. Artıq Rusiya onlara elə də lazım deyil. Əsas məsələ iqtisadi inkişafdır. İqtisadi inkişafı isə Qərblə qurulan əlaqələrdə görürlər. Bax, bütün bunların kökündə dayanan əsas faktorlardan biri də budur”.

Vidadi ORDAHALLI

Son xəbərlər