Cümə axşamı günü, 05 noyabr 2026
     

Qarabağ məsələsi ilə bağlı pərdə arxasında maraqlı proseslər başlanıb

Image


Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Cenevrədə baş tutan məlum görüşdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı dəyişikliklərin baş verəcəyi ən aktual müzakirə mövzularından biri olaraq qalır. Görüşlə bağlı müxtəlif rakursdan kifayət qədər maraqlı fikirlər də səslənir. Hətta bəzi ekspertlər bildirir ki, Cenevrə danışıqlarından sonra Qarabağ konfliktinin sülh müstəvsində həlli istiqamətində əməli addımlar da atıla bilər.

Düzdür, rəsmi məlumatların azlığı, məxfilik prinsipinin qorunması hazırda danışıqlar masasında hansı istiqamətdə müzakirələrin aparıldığını tam təsəvvür etməyə imkan vermir. Amma yenə elə həmin rəsmi məlumatlardan çıxan nəticələr, eləcə də müxtəlif mənbələrdən daxil olan məlumatlar, ekspert rəyləri proses barədə müəyyən mülahizələr də  yürütməyə əsas verir. Bu mülahizələr, əslində Qarabağ münaqişəsi ətrafında kifayət qədər intensiv müzakirələrə start verildiyini də deməyə əsas verir. Məsələ ilə bağlı rusiyalı politoloq Stanislav Tarasova görə, Cenevrədə 11 saatlıq danışıqlar o deməkdir ki, dialoq üçün predmet var, masa üzərində ssenari mövcuddur: “Qarabağ konflikti ilə bağlı danışıqlar prosesində artıq dəyişiklik var. Əminəm ki, müzakirə olunan sənəd layihəsi mövcuddur. Bununla bağlı tərəflər heç nə açıqlamır və məxfilik prinsipinə əməl edirlər. Tərəflər arasında sərt diskussiyalar gedir”. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi aydındır: “Bakı birmənalı şəkildə ölkənin ərazi bütövlüyünün bərpa olunmağını istəyir və danışıqlar masası arxasında kompromislər axtarır. Tərəflər qeyd edirlər ki, “Madrid prinsipləri“ hüquqi sənəd deyil, onlar danışıqlar üçün əsas kimi qəbul edilib. Azərbaycan və Ermənistan işarə edib ki, “Madrid prinsipləri“ndən razı deyillər, amma istənilən halda onlar bundan imtina etmirlər. Tərəflər danışıqları davam etdirsələr, bu o deməkdir ki, “Madrid prinsipləri“nin modernləşdirilib-modernləşdirilməməsindən asılı olamayaraq, onlar işləyir. Lakin real vəziyyət onu da göstərir ki, Nikol Paşinyan yeni oyun təklif edir. Mən bunu ikili standart adlandırıram və düşünürəm ki, Azərbaycan daha davamlı və dəqiq siyasət yürüdür. İrəvanın mövqeyi isə hələ də anlaşılmazdır”.

Digər ekspert Vitali Arkov da hesab edir ki, Azərbaycan və Ermənistan rəsmiləri sadəcə görüş xatirinə bir araya gəlmir:“Son vaxtlar Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşlər daha tez-tez keçirilir və uzun müddət davam edir. Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi kimi mürəkkəb bir problemin həllində hər hansı bir formatda, xüsusən də xarici işlər nazirləri səviyyəsində istənilən danışıqlar vacibdir. Lakin yalnız prosesin özü vacib deyil, eyni zamanda nəticə də əldə etmək lazımdır. ATƏT-in Minsk Qrupu həmsədrlərinin və Azərbaycan tərəfinin sülhün bərqərar olmasında və işğal edilmiş torpaqların qaytarılmasında maraqlı olması da sirr deyil. Lakin erməni tərəfinin danışıqlar prosesini yubatmaq üçün bir çox səbəbi mövcuddur“. 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində gözləntiləri ilə bağlı sualı cavablandıran ekspert son dövrlərdə dəfələrlə Paşinyanın qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbərliyini öz nəzarətində olan insanlarla dəyişmək niyyətində olduğunu eşitdiyini qeyd edib: “Məqsəd regionun Azərbaycanın tərkibinə qaytarılmasına əngəl olan səbəbi aradan qaldırmaqdır. Bakı üçün bu nikbin versiyadır. Dağlıq Qarabağda Paşinyan indi tamamilə fərqli vəzifələri həll edir. O, siyasi gələcəyini xilas etməyə çalışır, çünki bölgə uzun müddət ölkəni idarə edən və bu gün ən güclü və təhlükəli müxalif qüvvə olan, erməni siyasətində “Qarabağ klanı” adlandırılan klanın dayağı hesab olunur. Bu klan, hətta liderinin - keçmiş prezident Robert Köçəryanın həbsinə və digər keçmiş prezident Serj Sarkisyanın cinayət təqibi altında olmasına baxmayaraq belə də qalır. İkinci və ən vacib şey. Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına Köçəryan-Sarkisyan komandasının üzvləri qarşı çıxır. Bu, uzun illər davam edən təbliğatın nəticəsidir və yalnız Dağlıq Qarabağdakı rəhbər işçiləri əvəzləməklə vəziyyəti dəyişmək mümkün deyil. Buna baxmayaraq, bu gün həqiqətən də Azərbaycanın işğal olunmuş yeddi rayonunun Bakıya qaytarılması, Ermənistanın blokadasının zəifləməsi və iki ölkənin əhalisini dinc qonşuluğa yaxınlaşdıran layihənin intensivləşməsi barədə həqiqətən danışa bilərik”. Nikol Paşinyanın Dağlıq Qarabağın danışıqlarda üçüncü tərəf kimi iştirakı ilə bağlı fikirlərinə münasibət bildirən Vitali Arkov qeyd edib ki, bu, yalnız bölgəni tərk etməyə məcbur edilmiş azərbaycanlıların qayıtmasından sonra mümkün ola bilər. Ekspert sülhün bərqərar olmasında Rusiyanın indi xüsusi maraqlı tərəf olduğunu və mövqeyini Bakı ilə daha çox yaxınlaşdırdığını da vurğulayır.

Əslində, rəsmi məlumatlar da ekspertin dediklərini istisna etmir. Rəsmi Bakı da ümid edir ki, Rusiya indiyə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səyləri daha da artıracaq. Çünki Rusiyanın Ermənistan üzərində təsiri hələ də həddən artıq çoxdur. Moskva, faktiki olaraq, Ermənistanın bütün siyasi, iqtisadi, sosial, hərbi, təhlükəsizlik, geosiyasi məsələlərində mühüm təsir qüvvələrinə malikdir və bu ölkə Ermənistana təsirli təzyiq göstərməklə bu ölkəni konstruktiv istiqamətə yönəldə bilər. Elə bu fonda Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun RİA “Novosti” agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər diqqətdən yayınmır. Nazir müavini qeyd edir ki, Rusiya hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv vasitəçi mövqeyi tutub. Onun sözlərinə görə, həlli gecikmiş münaqişənin nizamlanmasında tərəflərə köməklik göstərmək Rusiyanın xarici siyasət prioritetləri sırasındadır:

“Qarabağ mövzusu Rusiya prezidentinin, xarici işlər nazirinin diqqət mərkəzində qalır. Bu hal davam edən vasitəçilik fəaliyyətinə xüsusi əhəmiyyət verir və bu fəaliyyətin nəticələrinə artan diqqəti müəyyənləşdirir. Rusiyanın birbaşa köməyi ilə imzalanan sənədlər arasında hələ də atəşkəs üçün əsas olan 1994-cü il Atəşkəs Sazişi var. Ölkəmizin vasitəçilik səylərindəki vacib mərhələ 2008-ci ildə Moskva Bəyannaməsinin qəbul edilməsi oldu, hansı ki, bu sənəddə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllindən bəhs olunur. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan ilk və bu günə qədər yeganə sənəddir. Bildiyiniz kimi, Rusiya Azərbaycan və Ermənistanın Baş Qərargah rəislərini Moskvaya dəvət etməklə, 2016-cı ildə genişmiqyaslı hərbi əməliyyatların başa çatmasında da həlledici rol oynadı”. Rudenko ölkəsinin fransalı və amerikalı tərəfdaşları ilə sıx təmasda vasitəçilik missiyasını həyata keçirdiyini də xatırladıb: “Ötən ilin aprel ayında Moskvada Sergey Lavrov tərəfindən həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü təşkil olunub. Görüşdə keçən il Vyanada İlham Əliyev və Nikol Paşinyan arasında əldə edilmiş razılaşmaların işlənib hazırlanması zamanı danışıqlar prosesinin yenidən başlamasına şərait yaradan konkret təkliflər ortaya qoyulub. Bunlar arasında münaqişə zonasında vəziyyətin daha da sabitləşməsi, tərəflərin ərazisində saxlanılan şəxslərin taleyinin asanlaşdırılması tədbirləri var. Media nümayəndələrinin qarşılıqlı səfərləri barədə razılığa gəlinib, nizamlanmanın bəzi əsas məsələlərinə baxılıb. Bu təkliflərin bir qismi həyata keçirilib. Sərhəddə və təmas xəttində vəziyyət nisbətən sakit olaraq qalır. İrəvanla Bakı arasında rabitə xətti var. Jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirilib. Əsirlikdə olan Zaven Karapetyan və Elvin İbrahimov geri qaytarılıb. Digər məhkumlarla bağlı iş davam edir. Beynəlxalq Qırmızı Xaç Komitəsi bu prosesə cəlb olunub. İnanırıq ki, bütün bunlar tərəflərin əhalini sülhə hazırlamağa yönəlmiş konkret addımlar atmaq niyyətindən xəbər verir. Bu, xüsusilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Cenevrədəki son iclasında da müzakirə edilib. Tərəflər güzəşt həlli axtarışlarını davam etdirməyə hazır olduqlarını bəyan edirlər. Bu münasibəti dəstəkləyirik. İşin davam etməsi üçün əsas var. Əsas siyasi iradə nümayiş etdirməkdir”.

Ekspertlər də hesab edir ki, Moskvanın prosesə fəal müdaxiləsi mühüm yeniliklərə gətirib çıxara bilər. Elə Cenevrə görüşündə də Rusiyanın fəallığı barədə müəyyən məlumatlar səslənir. Digər tərəfdən ekspertlər bildirir ki, indiyə qədər Qarabağ konfliktinin donmuş vəziyyətdə qalması Rusiyaya sərf edirdi. Yəni Rusiya üçün bu status-kvo həm Ermənistanı, həm də Azərbaycanı nəzarətdə saxlamağa imkan verirdi. İndi isə situasiya dəyişib. O mənada ki, Ermənistanda hakimiyyətdə Rusiyaya münasib olmayan qüvvələrdir. Hətta indi Ermənistanda ölkənin NATO-ya qoşulmasından danışılır. Gürcüstanın ardınca Ermənistanın belə bir addım atması Kreml üçün qətiyyən qəbuledilməzdir. Məhz belə olan halda, Dağlıq Qarabağla bağlı mövcud status-kvo Moskvanın maraqlarına daha əvvəlki kimi cavab vermir. Uzun illər vəziyyətin belə qalması Rusiyanın Cənubi Qafqazla bağlı maraqlarına bundan sonra mənfi təsir edəcək. Ona görə də Rusiya bölgədə maraqlarını bundan sonra da qorumaq istəyirsə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı real addımlar atmalı olduğunu yaxşı bilir. Bu onun regionda mövqelərinin qorunması baxımından da vacibdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ