23/02/2020 10:54
728 x 90

Özünü İrana dost sayan Ermənistanın İrandan kütləvi qaçqınlar dalğası qəbul etmək planları...

Məhəmməd Əsədullazadə: “Ermənistan regionda destruktiv informasiya sabotajı ilə məşğul olur”

img

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi yanında Miqrasiya Xidmətinin rəhbəri Armen Qazaryan erməni mediasına açıqlamasında bildirib ki, qurum Livan və İrandan da daxil olmaqla, miqrasiya axınlarını proqnozlaşdırmağa çalışır.

Onun sözlərinə görə, İran və Livandan Ermənistana axının mümkün olması ilə əlaqədar qurumda müzakirələr olub. Ermənistanın nə qədər qaçqın qəbul edə biləcəyi nəzərdən keçirilir: “Livan ermənilərinin köç etməsi ilə bağlı müəyyən bir dinamika var. Müasir dünyada miqrasiya axını o qədər sürətlə dəyişə bilər ki, hətta böyük mənbələr də kifayət etmir. Ortada 2015-2016-cı il hadisələrinin təcrübəsi var. Avropada hətta "fövqəladə vəziyyət planları" da işləmədi. Hərçənd dinamikanı mümkün qədər proqnozlaşdırmağa çalışırıq”.

Belədə Ermənistan İranla dostluqdan danışır. İrana qarşı ola biləcək hücumları arzulamadıqlarını bəyan edirlər. Bu tərəfdən də vəziyyətin dəyişəcəyi halda İrandan ola biləcək qaçqınların qəbul edilməsi ilə bağlı proqramlar barədə danışırlar. Bununla, bir növ, dolayı da olsa, İranda baş verə biləcək humanitar böhranın anonsunu verirlər. Sanki ermənilər bununla İranda ciddi kataklizmlərin baş verəcəyinə əmindirlər. O üzdən, indidən müəyyən planlar üzərində işləyirlər. Bu, Ermənistanın İranla münasibətlərdə necə riyakar olmasının əyani göstəricisidir.

  • “Erməni mətbuatında dərc olunan bu kimi dezinformasiyalar İrana qarşı psixoloji müharibənin tərkib hissəsidir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan regionda təkcə işğalçı müharibə aparmır: “Həm də regionda destruktiv informasiya sabotajı ilə məşğul olur. Məhz Ermənistanın bu siyaəti qonşularına qarşı təcavüzkar siyasətin bariz nümunəsidir. Hesab edirəm ki, erməni mətbuatında dərc olunan bu kimi dezinformasiyalar İrana qarşı psixoloji müharibənin tərkib hissəsidir. Çünki İrana qarşı hər hansı bir hücum işartısı olmadan belə bir informasiyanın yayılması birbaşa İrəvanın çirkin niyyətlərindən xəbər verir. Gör vəziyyət nə həddə gəlib çatıb ki, Ermənistan tərəfdaşlıq etdiyi ölkənin maraqlarını da nəzərə almır. Bu gün İran-Ermənistan əlaqələrini nəzərə alsaq görərik ki, rəsmi Tehran Ermənistanla daim əməkdaşlıqda maraqlı görünüb. Bu əməkdaşlığın inkişaf etdirlməsində maraqlıdır. Ancaq Ermənistanın bu informasiya siyasəti İrana qarşı hər hansı bir hücum olarsa, o zaman dəyişəcək. İndidən Ermənistanın qaçqınlar barədə düşünməsi İrəvanın Tehrana qaşı məkrli olduğunu göstərir. Hesab edirəm ki, Tehran tərəfindən buna mənfi reaksiya verilməlidir. İran Azərbaycan mətbuatında gedən adi bir yazıya görə sərt münasibət bidirirsə, buna da öz münasibətini bildirməlidir. Ancaq rəsmi Tehranın buna qarşı mövqe ortaya qoyacağı şübhə doğurur”.

Vidadi ORDAHALLI

Son xəbərlər