Cümə axşamı günü, 05 noyabr 2026
     

Səsvermə günü polislərin fəaliyyəti ətrafında ictimai-siyasi müzakirələrə daha bir ekspert rəyi…

Image


«Ölkəmiz öz qürurlu tarixində daha bir siyasi kampaniyanı uğurla başa vurdu. 9 fevral parlament seçkiləri demokratik inkişaf istiqamətində atılan növbəti addım kimi yaddaşlara yazıldı. Bunu təkcə ölkə ictimaiyyəti deyil, seçkiləri müşahidə etmək üçün Azərbaycana gələn beynəlxalq müşahidəçilər də öz hesabatlarında, açıqlamalarında xüsusi olaraq vurğuladılar. Heç şübhəsiz ki, bu faktlar, demokratik, şəffaf və ədalətli formada təşkil olunan parlament seçkiləri həyata keçirilən siyasi islahatların növbəti mərhələsi kimi yüksək qiymətləndirilir”. Bu fikirləri KİV-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

«İki sahil» qəzetinin baş redaktoru bildirib ki, ölkəmizin uğurlarına sevinənlərlə bərabər, inkişafımıza qısqanclıqla yanaşan xarici və daxili dairələr də öz çirkin əməlləri ilə hələ də “nəfəs aldıqlarını” nümayiş etdirməyə çalışırlar: «Daxili İşlər Nazirliyinin dünən yaydığı məlumatda da qeyd edildiyi kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında bir qrup şəxs icazəsiz aksiya keçirməyə cəhd edib. MSK nümayəndələri onlarla söhbət aparmağa çalışıblar, amma icazəsiz aksiyada iştirak edənlər buna məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdiriblər. Əraziyə gələn polis əməkdaşları qanunsuz aksiyanın dayandırılmasını tələb ediblər. Bütün xəbərdarlıqlara baxmayaraq, onlar yenə də öz əməllərindən əl çəkməyiblər. Təbii olaraq polis qanunun tələb etdiyi kimi, öz vəzifə borcunu yerinə yetirərək bu qeyri-qanuni aksiyanın qarşısını alıb. Bu, bir qürurverici faktdır ki, Azərbaycan hüquqi dövlətdir. Ona görə də hər kəs ölkə qanunlarına əməl etməli, ona tabe olmalıdır. Təbii ki, belə özbaşınalıqların qarşısı daim dövlətçiliyin keşiyində dayanan Azərbaycan polisi tərəfindən qətiyyətlə alınacaq, qanunsuz əməllərə və hərəkətlərə hüquqi qiymət veriləcək.»

Parlament seçkilərində məğlub olmuş bəzilərinin sifarişini yerinə yetirən bu qanun pozucuları dərk etməlidirlər ki, Azərbaycanın  Milli Məclisi 125 nəfərdən formalaşır və qanunverici orqana ən yüksək səs toplamış qaliblər deputat seçilir. Bu il parlament seçkilərində rekord həddə namizəd qeydə alınmışdır. Namizəd olmuş 1500-ə yaxın insanın hamısını 125 yerə sığışdırmaq mümkün deyil. Bu, seçkidir. Bu, bir siyasi mədəniyyət tələb edən böyük siyasi aksiyadır. Bu reallığı hər kəs anlamalı, məğlub olmuşlar isə öz riyakar niyyətlərindən əl çəkməli, məğlubiyyətlərini etiraf etməli, qalib olmuşlara xoş arzularını ifadə etməlidirlər. Budur sivil seçki mədəniyyətinə xidmət, bunun əksinə olaraq qanunları pozub hansısa qüvvənin, yaxud kimlərinsə çirkin sifarişlərini yerinə yetirmək ən böyük cinayətdir. Cinayət isə cəzasız qalmamalıdır. Kimliyindən asılı olmayaraq bütün vətəndaşlar qanunun aliliyinə və insanların seçiminə hörmətlə yanaşmalı, qanunun qarşısında bərabərhüquqlu məsuliyyət daşımalıdır. Şübhə etmirəm  ki, bu hərəkətləri və əməlləri törədənlərə qarşı qanunun aliliyi ilə yanaşılacaq, qanunu pozan insanlar layiqli cəzalarını alacaqlar. 

Vüqar Rəhimzadə vurğulayıb ki, 9 fevral parlament seçkilərində səsvermə zamanı sosial şəbəkələrdə yayılan bəzi videolarda polisin guya zorakılığa yol verməsi ilə bağlı fikirlər formalaşdırılmağa da cəhdlər olub: “Sözsüz ki, bütün bunlar qərəzli və ədalətsiz yanaşmalardır. Qeyd edək ki, polis yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa edir, qanunauyğun tədbirlər həyata keçirir. Bəli, biz bir məntəqədə buna rast gəlmişik. Məntəqə sədri qanunvericiliyin tələbinə uyğun olaraq, ərazidə xidmət aparan polis əməkdaşlarını məntəqəyə dəvət edib və orada olan müşahidəçinin seçki prosesinə yersiz müdaxilə etməsini və seçicilərin normal səs vermələrinə maneələr yaratdığını bildirib. Polis həmin şəxsi nizam-intizama dəvət edib, ondan məntəqəni tərk etməsini istəyib. Amma həmin şəxs polisin qanuni tələbinə əməl etməyib və müqavimət göstərib. Polislər güc tətbiq etməklə onu məntəqədən kənarlaşdırıblar. Ciddi xəbərdarlıqdan sonra onun yenidən məntəqəyə daxil olmasına icazə verilib. Hesab edirəm ki, polis səsvermə günü öz xidmətini yüksək səviyyədə, qanunun tələbinə uyğun formada həyata keçirib, seçicilərin rahat formada səs verməsi üçün lazım olan bütün tədbirlər görülüb”.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, polisi qaralamaq, onun  fəaliyyətinə kölgə salmaq siyasi riyakarlıqdır və bu kimi hallar qəbuledilməzdir: “Nəzərə almaq lazımdır ki, polis qanunun ona verdiyi imkanlar daxilində hərəkət edir. Polisin əsas vəzifəsi isə ölkədə asayişi, insanların təhlükəsizliyini qorumaqdır. Əgər kimsə qanunu pozursa qarşısında asayiş keşikçisini görəcək. Bu, dünyanın hər yerində belədir. Götürək elə Avropa ölkələrini. Zaman-zaman biz bu ölkələrdə insanların keçirdikləri aksiyaların və polislə qarşıdurmaların şahidi oluruq. Heç kim deyə bilməz ki, qanunu kobud şəkildə pozan, vəhşilik edən hansısa şəxsin hərəkətlərinə göz yumulur. Əgər kimsə polisin nəzakətli formada edilən tələbinə əməl etmirsə, ona qarşı güc tətbiq etmək artıq qaçılmazdır. Bütün bunlar da polisin qanuni vəzifələridir. Hər zaman təhlükəsizliyimizin keşiyində dayanan, şərəfli peşə sahibi olan polislərimizi qınamaqdansa, qanunlarımızın aliliyinə hörmət etmək və polisin qanuni tələblərinə sözsüz əməl etmək lazımdır”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ