Cümə axşamı günü, 05 noyabr 2026
     

MSK-nın qarşısında radikal toplantılar cəmiyyətin seçkiyə ümumi münasibətinə adekvat deyil

Image


Növbədənkənar parlament seçkilərinin tam ideal keçdiyini iddia etmək olmaz. Bəzi dairələrdə aşkar qanun pozuntularının olduğunu əks etdirən videoalar paylaşılıb. Seçki prosesində qanun pozuntuları ilə bağlı MSK-ya şikayətlərin olduğu və bunların araşdırıldığı bildirilir.

2015-ci il seçkiləri aktivlik cəhətdən indikindən çox geri qalırdı. Ancaq həmin seçkilərdə bir dairənin nəticələri ləğv edildi. İndi də bu ola bilər. Yəni qanuni mexanizmlərlə kiminsə mübarizə aparıb, nəticə əldə etməsinə kimsə mane ola bilməz. Ancaq diqqətimizi fevralın 11-də MSK qarşısında keçirilən aksiya çəkdi. Daha çox müxalif mövqeyi ilə seçilən və eyni mərkəzlərə bağlılığına şübhə olmayan həmin adamların seçdiyi taktikada təsadüf elementləri, demək olar ki, yox dərəcəsində idi.

Aksiya dünyanın böyük ölkələrinin birinin seçkilərlə bağlı verdiyi mənfi bəyanatdan sonraya təsadüf etdi. Dərhal Qərbin bəzi dairələrinə sıx bağlı olan namizədlər hərəkətə keçdilər. Adama deyərlər ki, seçki mühitinə inanmırdınsa, niyə prosesdə iştirak edirdin? Sən də digər radikallar kimi boykotu seçə bilərdin. Seçməyibsənsə, narazılığın varsa, buyur, qanuni mexanizmlərlə haqqını tələb et. Bunu etmirsənsə, deməli, məqsəd səs uğrunda mübarizə yox, başqadır.

Nədənsə, MSK-nın önündə yerə sərilənlərin arasında biz seçkidə iştirak edib və məğlub olan daha tanınmış müxalif  liderləri görmədik. Niyəsi bəllidir, çünki onlar bu şəbəkədən idarə olunmurlar. MSK qarşısındakı aksiya bir müddət İlqar Məmmədovun da iştirak etdiyi və "Torqovı"dakı "Qadına şiddətə son" aksiyasını bizə xatırlatdı. Orada rolda olanlar MSK qarşısında da baş roldaydılar. Həmin aksiyanı təşkil edilmiş saymaq olarmı və bunda başlıca məqsəd nə idi?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bir qrup deputatlığa namizədin Azərbaycan Mərkəzi Seçki Komissiyasının binası qarşısında seçkilərin nəticəsinə etiraz əlaməti olaraq aksiya keçirməyə cəhd etməsi təsadüf deyil: “MSK-nın binası qarşısındakı etiraz aksiyasına seçkilərin nəticələrindən narazı qalmış digər namizədlər, həmçinin, bir sıra müxalif simalar da qoşulublar.

Ümumiyyətlə, onu qeyd edək ki, seçki marafonu dünyanın hər bir yerində müəyyən narazılıqlarla müşayiət olunan bir prosesdir. Fikirimcə, bu mövzuda son illərin ən görkəmli nümunəsi Hillari Klinton və Donald Trampın ABŞ prezidentliyi seçkisi ətrafında baş verən  qalmaqal idi.

Son illər bütün dünyada seçki ərəfəsi və sonrası prosesdə iştirak edən qruplara kənardan dəstək, kömək və s. edilməsi də adi praktikadır. Elə haqqında danışdığımız ABŞ prezidentliyi qalmaqalı da həmçinin, onu istər ABŞ daxilində, istərsə də xaricində müxtəlif dairələrin öz məqsədləri üçün istifadə etməsini hamılıqla müşahidə etdik.

Azərbaycan da bu mövzuda istisna deyil. Seçki ərəfəsi və sonrakı mərhələlərdə baş verən prosesləri daxili və xarici qruplar öz məqsədləri üçün isitifadə etməyə çalışırlar.

Məsələn, elə haqqında danışdığımız, MSK qarşısındakı razılaşdırılmamış etiraz aksiyası. Daxili qrupların siyasi məqsədlərdə belə aksiyaları öz maraqları üçün istifadəsi adi bir praktikadır. Etiraz edən bir şəxs görən kimi bir neçə siyasi qrup bu məqamı mütləq siyasi yatırım olaraq istifadə etməyə və mənimsəməyə çalışır.

Xarici dairələrin də MSK önündəki razılaşdırılmamış etiraz aksiyasını bundan öncəkilər kimi istifadəsini izlədik. Məsələn, diqqətimi çəkən maraqlı bir nüans ABŞ Dövlət Departamentinin mətbuat katibi Morgan Ortagusun ölkəmizdəki seçkilərlə bağlı neqativ dəyərləndirməsi ilə MSK-nın qarşısındakı etiraz aksiyasının aşağı-yuxarı 2-3 dəqiqə fərqlə, demək olar ki, eyni vaxtda başlaması oldu. Sanki start verilmiş kimi. Bu halı mərama uyğun müxtəlif məqamlarla təhlil edə bilərik, cəmiyyətə dəstək, təşkilatçı siyasi qüvvələrə dəstək və ya koordinasiyalı fəaliyyət və s.

Bəzi obyektiv narazılıqları nəzərə almadan, ümumilikdə, keçirilən parlament seçkilərindən daha fərqli xarici dairələrin öz maraqları üçün istifadə etmək cəhdlərini görürük.

Məsələn, seçki monitorinq qruplarında pozitiv məqamlar haqqında susaraq, neqativ rəyləri qabardan (bu məqamların mövcudluğu hələ müzakirə mövzusudur, çünki yekun rəy hələ mövcud deyil) ənənəvi mühacir “söyüş müxalifəti” də MSK önündəki etirazlardan ilhamlandı, 2016-cı il aprel müharibəsi zamanı ermənilərin xeyrinə təbliğat aparan, ümumiyyətlə, rəhbərliyi və idarəçiliyi ermənilərə bağlı olması haqqında səhih məlumatlar olan “Meydan TV”, yağışdan sonra artan göbələklər qədər çoxalan saysız-hesabsız internet tv-lər və s. anidən fəallaşdı.

Lakin son bir ildə müşahidə etdiyim və fevralın 11-də də özünü göstərən daha bir təhlükəli tendensiyanı qeyd etmək istəyirəm. Məsələ ondadır ki, zamanında Azərbaycanda dövlətə xəyanət və xarici xüsusi xidmətlərlə işbirliyinə görə uzun illər həbs yatmış şəxslərin mühacir-müxalif qruplar və onların ölkə daxilindəki müxalif siyasi qruplarla koalisiyası adlandıra biləcəyimiz bir ittifaqı mövcuddur ki, bu da özünü sözügedən aksiyada daha aydın göstərdi.

Məhz həmin aksiyada da bu şəxslər və onlara bağlı sosial şəbəkələrdəki hesablar, bəzi saytlarda yayımlanan, faktiki olaraq, əhalini dövlətə tabesizliyə təşviq etmək, qanunsuzluqlar, təxribatlar törətməyə çağırışlar etdilər.

Burada onu da qeyd edim ki, MSK önündəki etirazlarda aparıcı simaları izlədikdə, bu simaların daha öncəki etiraz aksiyalarında da aparıcı sima olması diqqət çəkir. Bir neçə ay öncə İstanbul Konvensiyası üçün aksiya təşkil edənlər, qadınlara şiddətə görə etiraz edənlər indi də seçkiyə ediraz edirlər. Sabah da digər bir mövzuya etiraz edəcəklər. Bu daha çox özünü təsdiqləməyə çalışan bir qrup etiraz ruhlu gəncin növbəti aksiyasıdır.

Sadəcə, gənclər addımlarında ehtiyatlı olmalı, onların səmimiyyətlə cəmiyyətin daha yaxşı olacağı inamı ilə atdıqları addımların daxili və xarici məkrli qrupların çirkin məqsədlərində alət olmamalarına diqqət yetirməlidirlər”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ