Cümə axşamı günü, 05 noyabr 2026
     

20-yə yaxın Avropa, 16 rusiyalı deputatın 9 fevral seçkiləri barədə ayrılıqda iki kollektiv hesabat rəyi tam üst-üstə düşdü, Avroittifaq da dəstəklədi

Image


Avropanın bir sıra ölkələrinin, o cümlədən, İtaliya, Almaniya, Fransa, Polşa, Bolqarıstan, Çexiya, Yunanıstan parlamentlərinin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ekspertləri fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı hesabat yayıblar.

“Trend”in məlumatına görə, hesabatda italiyalı deputatlar Osvaldo Napolinin, Ettore Liçerinin və ekspert Angela Krovettinin, almaniyalı deputatlar Ulriç Singerin, Uli Henkelin, fransalı deputat Jan-Luc Reitzerin, ekspert Qregori Jullienin, bolqarıstanlı deputatlar Rumen Geçevin, Manol Genovun, Anton Kutevin, polşalı deputat Katarzina Ueberhanın və ekspert Janusz Niedzvieçkinin, çexiyalı deputatlar Vera Prohazkovanın, Yaroslav Doubravanın, ekspert Rania Younisovanın, yunanıstanlı deputatlar Lazaros Tsavdaridisin, Katerina Monogiounun və Stella Biziounun rəyləri yer alıb. Adları çəkilən parlamentarilər və ekspertlər fevralın 7-dən 10-dək Azərbaycanda olub, seçkiqabağı vəziyyətlə tanış olub, səsvermənin gedişini izləyiblər.

Yayılan hesabatda qeyd edilir ki, müşahidə missiyasının fəaliyyəti müvafiq beynəlxalq qaydalara və Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsaslanıb. Seçkilərin monitorinqi zamanı müşahidə missiyası Azərbaycanda yerli və beynəlxalq monitorinq qrupları ilə mütəmadi əlaqə saxlayıb, şəffaflıq və aşkarlıq prinsiplərinə riayət edib.

Avropalı deputatlar və ekspertlər seçkiqabağı vəziyyətlə əlaqədar bildiriblər ki, seçicilər, müşahidəçilər, polislər üçün məlumat kitabçaları və digər materiallar hazırlanıb, seçkiqabağı müddətdə kütləvi informasiya vasitələrində təbliğat-təşviqat layihələri həyata keçirilib. Həmçinin, namizədlərə televiziya və radio kanallarında, qəzetlərdə ödənişli əsaslarla təşviqat aparmaq üçün imkan yaradılıb. Seçkilərlə bağlı kütləvi tədbirlərin və seçkiqabağı təşviqat kampaniyasının həyata keçirilməsi məqsədilə açıq və qapalı yerlər ayrılıb. Seçicilər, müşahidəçilər və seçkilərlə maraqlanan digər şəxslər seçki ilə bağlı rəsmi məlumatları MSK-nın internet səhifələrindən əldə edə biliblər.

Hesabatda 1000 seçki məntəqəsində vebkameraların quraşdırıldığı, hər bir seçicinin gizli səsvermə üçün xüsusi texniki vasitələrlə təchiz edilmiş kabinədə şəxsən səs verdiyi bildirilir. Vurğulanır ki, məntəqə seçki komissiyalarının üzvləri və müşahidəçilər heç bir maneə və təzyiq olmadan fəaliyyət göstərirdilər. Məntəqələr seçicilərin rahat səs vermələri üçün bütün lazımi avadanlıq və materiallarla təchiz edilmişdi. Fərqli seçki məntəqələrində müşahidələr zamanı seçiciyə öz iradəsini ifadə etmək üçün təsir göstərmək cəhdləri və ya gizli səsvermənin pozulması kimi hallar müşahidə edilməyib. Səsvermənin nəticələrini saxtalaşdırmaq və təhrif etməklə bağlı heç bir problem və ya cəhd qeydə alınmayıb. Seçki zamanı maraqlı bir yeniliyi də qeyd etmək olar ki, bu da seçicinin barmaqlarının ultrabənövşəyi lampalarla yoxlanılması, xüsusi mürəkkəblə işarələnməsi idi. Səhhəti ilə bağlı məntəqəyə gələ bilməyənlər üçün də lazımi imkanlar yaradılmışdı. Bu məqsədlə seçki məntəqələri səyyar qutularla təmin edilmişdi.

Hesabatda, həmçinin, müşahidə missiyasının bəzi çatışmazlıqlar da qeydə aldığı, lakin bu çatışmazlıqların səsvermə prosesinin normal şəraitdə keçməsinə və seçicilərin öz iradələrini sərbəst ifadə etmələrinə təsir göstərmədiyi bildirilir. Qeyd edilir ki, missiyanın üzvləri seçki məntəqələrinin bağlanması, səslərin sayılması və nəticələrlə bağlı protokolların doldurulması prosesini də izləyiblər və bu proses seçki qanunvericiliyinin tələblərinə uyğun aparılıb.

Beləliklə, avropalı deputatların və ekspertlərin fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı yekun rəyi odur ki, bütövlükdə, seçkilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və dünyada qəbul edilmiş demokratik seçki normalarına uyğun keçirilib. Seçkilər şəffaf keçib və seçicilərin öz iradələrini ifadə etməsi təmin olunub.

Hesabatda müşahidə missiyasının üzvlərinin bir sıra tövsiyə xarakterli fikirləri də yer alıb.

Beynəlxalq münasibətlər İnstitutunun müşahidə missiyası kimi Azərbaycana gəlmiş 16 rusiyalı deputat da hesabat yayıb.

Qeyd ediblər ki, Azərbaycan Respublikası Milli Məclisinə seçkilər dürüst, ədalətli, azad və şəffaf olub və mövcud qanunvericiliyə uyğun keçirilib. Bu rəy “Sotrudniçestvo” Beynəlxalq Münasibətlər İnstitutunun müşahidə missiyasının fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasında parlament seçkilərinə dair hesabatında yer alıb. Missiyanın tərkibinə Dövlət Dumasının deputatları Aleksey Juravlyov, Sergey Marinin, Yelena Strokova, Boris Çernışov, Maksim İvanov, ekspertlər Lyudmila Kozlova, Oleq Kuznetsov, Yevgeni Kondraxin, Yelena Brızqalina, Valeri Fyodorov, Sergey Voronin, Yelena Marinina, Sergey Markov, Darya Qrevtsova, Ramin Qasımov, Aleksey Bıçkov daxil olublar.

Hesabatda deyilir ki, müşahidəçilər qrupu öz missiyasına fevralın 7-də başlayıb. Onun fəaliyyəti müvafiq beynəlxalq qaydalara və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanır. Müşahidə missiyası zamanı qrup Mərkəzi Seçki Komissiyası, yerli və beynəlxalq müşahidəçilərlə sıx əlaqə saxlayıb, açıqlıq və şəffaflıq prinsiplərini rəhbər tutub. Müşahidəçilər qrupunun ofisi Bakıda olub.

Müşahidəçilər qrupunun hesabatında qeyd olunub ki, seçicilər, müşahidəçilər və polislər üçün seçkilərə dair bir sıra informasiya xarakterli kitab və materiallar çap edilib, həmçinin, seçkiqabağı kampaniya zamanı reklam və izahat layihələri həyata keçirilib, KİV-də elanlar yerləşdirilib.

Seçicilər, müşahidəçilər və digər maraqlı şəxslər seçkilər haqqında (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) internet saytlarında zəruri informasiyaları almaq imkanlarına malik olublar.

Qeyd olunub ki, Seçki Məcəlləsinə uyğun olaraq, seçicilərin tam siyahısı seçki məntəqələrində və Mərkəzi Seçki Komissiyasının dairələrində saxlanıb. Siyahılar iki nüsxədə çap olunub və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 46-cı maddəsinə uyğun olub.

Seçicilərin siyahısı tanış olmaq üçün həm də MSK-nın saytında və seçki dairələrindəki stendlərdə yerləşdirilib. Hər bir seçici öz adının siyahıda olmasını şəxsi məlumatlarını (ad, soyad, atasının adı, doğum tarixi, seçki məntəqəsinin sayı) göstərməklə bilavasitə yerində və ya axtarış sistemi vasitəsilə yoxlaya bilib. Seçki məntəqələri üzrə bütün zəruri məlumatlar, xəritələr, nəqliyyat sxemi seçicilərin rahatlığını təmin etmək məqsədilə saytlarda yerləşdirilib. Hər hansı pozuntunun aşkar edilməsi zamanı seçicilər “115 qaynar xətt”inə zəng edə və ya onlayn müraciəti doldurmaqla MSK-ya müraciət ünvanlaya biliblər. Daxil olan bütün müraciətlərə baxılıb və müvafiq tədbirlər görülüb. Seçicilər öz adlarının seçici siyahısında olmaması ilə əlaqədar həm də dairə seçki komissiyalarına müraciət edə biliblər.

“Sotrudniçestvo” Beynəlxalq Münasibətlər İnstitutunun müşahidə missiyasının olduğu bütün seçki məntəqələri səsvermə üçün qutularla, kabinələrlə, masalarla, dəftərxana ləvazimatı və bütün zəruri avadanlıqlarla təmin edilib. Səsvermə üçün qutular onların doluluğunu görmək üçün yetərincə şəffaf olub. Daxil olmuş informasiyalara uyğun olaraq, minə yaxın seçki məntəqəsində onlayn vebkameralar quraşdırılıb. Müşahidəçilər qrupu namizədlər, bülletenlərin doldurulması və Seçki Məcəlləsinin pozulmasına görə cinayət və inzibati məsuliyyət barədə məlumatlar olan xüsusi stendlərin mövcudluğunu qeyd ediblər.

Hər bir seçici şəxsən və təklikdə səs verib. Bülletenlər heç kimin daxil olmağa ixtiyarı olmayan kabinələrdə doldurulub və gizli səsvermə üçün bütün xüsusi texniki vasitələrə malik olub. Məntəqə seçki komissiyalarının üzvləri və müşahidəçilər heç bir maneə və təzyiq olmadan fəaliyyət göstəriblər. Səsvermənin keçirildiyi müxtəlif məntəqələrdə müşahidələr zamanı seçicilərin iradəsinə təsir göstərilməsi və ya səsvermənin gizliliyinin pozulması halları aşkar edilməyib.

Bundan başqa, məntəqə seçki komissiyaları tərəfindən səhhəti ilə bağlı seçki məntəqəsinə gələ bilməyənlər üçün imkanlar yaradılıb. Bu məqsədlə seçki məntəqələrində daşınan qutular olub.

Bəzi tək-tük nöqsanlar və çatışmazlıqlar səsvermənin gedişatına və seçicilərin öz seçimini azad yerinə yetirməsinə heç bir təsir göstərməyib.

Müşahidəçilər qrupunun üzvləri seçki məntəqələrinin bağlanması, səslərin sayılması və səsvermənin yekunlarına dair protokolların tərtibi proseslərini izləyiblər və qeyd ediblər ki, bütün proses ölkənin seçki qanunvericiliyinin tələblərinə müvafiq şəkildə aparılıb.

“Sotrudniçestvo” Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycan Respublikasında 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərinə verdiyi qiymət onun üzvlərinin öz müşahidələri, qısamüddətli və uzunmüddətli monitorinq zamanı toplanmış qanunvericiliyin, material və informasiyaların öyrənilməsi və təhlilinə əsaslanıb.

“Azərbaycan Respublikasında 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərinin monitorinqinin gedişində səsvermənin nəticələrinə təsir edə biləcək seçki qanunvericiliyinin pozulması halları qeydə alınmayıb. Ümumilikdə, seçkilər Azərbaycan Respublikasının seçki qanunvericiliyinə və hamı tərəfindən tanınan demokratik normalara müvafiq şəkildə keçirilib.

Bütün bunları nəzərə alaraq, seçkilərin dürüst, ədalətli, azad və şəffaf olduğunu və qüvvədə olan qanunvericiliyə uyğun şəkildə keçdiyini söyləmək olar”, - deyə hesabatda qeyd olunur.

Avropa İttifaqı Xarici Fəaliyyət Xidməti də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı pozitiv bəyanat yayıb.

Sənəddə qurum ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) ilkin qiymətləndirməsini bölüşdüyünü bəyan edir.

Bildirilir ki, Avropa İttifaqı bütün vətəndaşların mənafeyi naminə dialoqun davam etdirilməsini və Azərbaycan təsisatları ilə, o cümlədən, yeni seçilmiş parlamentlə sıx işləməyi səbirsizliklə gözləyir.

Hazırladı: Namiq QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ