Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanın ən millətçi təşkilatlarından biri “Paşinyanın rayonları qaytarmaması tam yanlışdır” mövqeyinə gəldi...

Image


Ermənistan daxilində cərəyan edən hadisələrin Dağlıq Qarabağ münaqişəsinə hansı formada təsir edəcəyi barədə indi müxtəlif fikirlər səslənir. Amma, faktiki, reallıq budur ki, düşmən ölkədə baş verənlər, istənilən halda, konfliktin çözümü istiqamətində konkret addımlar atılmasını əngəlləyir. Qarabağ münaqişəsinin tarixi də göstərir ki, Ermənistan tərəfi daim hansısa daxili məsələni qabardaraq konfliktin çözümü ilə bağlı real addımların atılmasının təxirə salınmasına cəhd edir.

Bu dəfə müşahidə olunan hal budur ki, Baş nazir Nikol Paşinyanın yeni oyunları, yaratdığı  konstitusiya qalmaqalı Qarabağ danışıqlarını tormozlayan faktor kimi çıxış edə bilər. Bunu  Respublika Partiyasının üzvü Menua Harutyunyan da xüsusi olaraq vurğulayır: “Xalqımız və dövlətçiliyimiz yalnız bir dövlət cinayətkarının əlində əsirdir. Min bir dərd və ağrısı olan ölkədə dövlət büdcəsindən bir neçə milyon dollar ödənilməlidir və referendum etməlidir ki, Nikolun şəxsi kaprizi təmin olunsun. Deməli, eyni parlament Hrayr Tovmasyanı Konstitusiya Məhkəməsinin üzvü seçib, lakin Nikolun fikrincə, Hrayr legitim deyil, budur, həmin bu parlament Armen Sarkisyanı Ermənistan Prezidenti (yeri gəlmişkən, bu seçki zamanı Nikol iddia edirdi ki, bu insan Ermənistan Prezidenti ola bilməz) seçib, Nikolun fikrincə, bu, nəinki legitimdir, həmçinin, bu legitim Prezident Hrayrdan azad olmaq referendumu barədə fərman imzalayır. Nikol xalqımızı nəinki aldadır, həmçinin, lağa qoyur. Yeri gəlmişkən, Nikol həmin bu parlamentin deputatı olub, bu parlamentin legitimliyini qəbul edib, bu legitimlik də onu Baş nazir seçib. Amma Baş nazir indi qanunları saymır, Qarabağ məsələsini kənara atıb cılız işlərlə, şəxsi ambisiyalarının təmini ilə məşğul olur. Belə vəziyyətdə Azərbaycan Qarabağ məsələsində mövqelərini gücləndirdiyi halda, Ermənistanda diqqət tamam başqa məsələlərə yönəlir. Diplomatik hücumunu sərtləşdirən Azərbaycan isə bunu hərbi sahədə də etməyə indi daha çox can atır”.

Digər tərəfdən, yaranmış durumda Ermənistanda tezliklə yeni çevriliş olacağının mümkünlüyündən də danışılır. Artıq “Sasna Tsrer” Partiyasının katibliyinin koordinatoru Varujan Avetisyan belə bir bəyanatla çıxış edib. Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin bu vəziyyətin Nikol Paşinyan iqtidarı və Qarabağ münaqişəsinə təsirini belə şərh edir: “Düşünürəm ki, Ermənistanda vəziyyət Nikol Paşinyan üçün heç də ən əlverişli şəkildə inkişaf etmir. Anlamaq lazımdır ki, Ermənistan kifayət qədər resurs olmadan suveren dövlət statusu əldə edib. Ermənistandakı istənilən siyasətçi çox məhdud imkanlara malikdir. Rusiyanın və ya Qərbin xeyrinə öz suverenliyindən imtina etmək? O, dərhal etibarını itirəcək. Lakin Ermənistanın suverenliyinin əsas qarantı məhz Rusiyadır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) və Avrasiya İqtisadi Birliyində (AİB) iştirak bununla əlaqədardır. Bundan başqa, Rusiyada yaşayan nəhəng erməni diasporu amili də var. Odur ki, Ermənistan Qərbdən daha çox Rusiyadan asılıdır. Bütün bunlar istənilən erməni siyasətçi üçün siyasi manevrləri məhdudlaşdırır. Nikol Paşinyan vektoru dəyişdirməyə çalışmaqla başladı. Bununla da o, suverenliyinə müəyyən qədər zərbə vurdu və hətta öz mövqeyini dayanıqsız etdi. Əlbəttə, Ermənistanda millətçilik yüksəkdir, lakin Nikol Paşinyan resursları azaldıb. Sözlərdə suverenlik nə qədər çoxdursa, əməldə bir o qədər azdır. Ermənistan qarşısını almaq mümkün olmayan bir neçə məhdudiyyət arasında bağlı qalıb. Belə vəziyyətdə Qarabağ Paşinyan üçün dalandır. Nə Rusiya, nə Qərb, nə də Azərbaycan İrəvana tərəf getməyəcək. Hətta Dağlıq Qarabağın erməni icmasının danışıqlar prosesinə qoşulması məsələsində də. Bəli, Ermənistanda belə arzu var. Ancaq niyə ağıllı heç nə eşitmədik? İlk mərhələdə beş rayonun Azərbaycana qaytarılması barədə razılaşma mövcud idi. Bu, Dağlıq Qarabağ probleminin həllinə başlamaq üçün əla plan idi. Nikol Paşinyan bu təklifi özündən kənarlaşdırdı və millətçilərin tərəfini tutdu, Rusiyanı tənqid etdi. Nəyə nail oldu? Paşinyanın ölkəsində çətin bir vəziyyət yarandı”. Ekspert “media” portalına bildirir ki, indiki halda, Azərbaycan çox rasional davranır: “Bu ölkənin başçısı İlham Əliyev siyasi proseslərin məharətlə dərkini nümayiş etdirir. Bakı səhv etmir və qalib gəlir, daha çox xal qazanır. Nikol Paşinyan üçün kömək yalnız Azərbaycanın mümkün səhvlərinə görə gələ bilərdi, ancaq səhvlər olmadı və yoxdur. Razılaşmaların pozulması kimin xoşuna gələ bilər? Buna görə Rusiya yavaş-yavaş və ehtiyatla Nikol Paşinyana yanaşır. Ermənistan Baş nazirinin çıxış yolu azalır. Ancaq məsələ hətta Paşinyanda da deyil. Qarabağ ətrafında vəziyyətin sərbəst olması istənilən erməni lideri üçün qaçılmaz olmalıdır. Dağlıq Qarabağ ətrafındakı 5 rayonun geri qaytarılması Paşinyana kömək edə bilər. İstənilən halda, Rusiyanın İrəvana münasibəti yaxşılığa doğru dəyişərdi. Türkiyə ilə də bəzi proseslər başlaya bilərdi. Bu jesti etmək vaxtı çatıb. Bunu Ermənistanda kimin etməsindən asılı olmayaraq, addımın özü, əvvəllər əldə edilmiş razılaşmaların gözlənməsinin təsdiqi vacibdir. Güman edildiyi kimi, Nikol Paşinyan “devrilib” və yerinə yenidən anlaşmaya əməl etməyən yeni bir insan gəlsə, onun hakimiyyəti daha da qısa olacaq. Qarabağla bağlı konsensusa gəlmək lazımdır, bu aydındır. Kim inad etsə,  Ermənistan üçün daha da kritik bir vəziyyət yaradacaq”.

Eyni mövqeni Yaxın Şərq və Qafqaz məsələləri üzrə ekspert Stanislav Tarasov da bölüşür. O vurğulayır ki, Paşinyanın qeyri-adekvat açıqlamaları, ölkə daxilində addımları, sadəcə, Qarabağ münaqişəsini əngəlləməyə xidmət edir: “Biz Dağlıq Qarabağın vəziyyətini diqqətlə izləyirik, biz dinləyirik. Xüsusilə də onun Qafanda baş tutmuş mətbuat konfransındakı şərhlərini çox diqqətlə dinləmişik. Konfrans zamanı o, “Madrid prinsipləri” barədə danışarkən söylədi ki, bunlar Serj Sarkisyanın siyasi mirasıdır. Lakin Paşinyan “Madrid prinsipləri” ilə razı deyilsə, qoy belə də desin. Niyə məhz bu əsas üzərində Azərbaycanla danışıqları davam etdirirsən? Sonuncu dəfə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Məmmədyarov və Mnatsakanyan Cenevrədə görüşüblər və təxminən 11 saat danışıblar. Onlar 11 saat nə barədə danışıblar? Əgər o, bu layihəni qəbul etmirsə, qoy “biz “Madrid prinsipləri”ni tanımırıq, biz indi Azərbaycanla yeni gündəlik hazırlayırıq” və sair desin. Axı sən “inqilabçı”san, “demokrat”san. İndiki Qarabağ mövqeyin isə bizi narahat edir. Çünki bu halda Paşinyan Qarabağ məsələsinin hərbi həllinə zəmin hazırlayır”.

Amma artıq dəfələrlə deyildiyi kimi, məsələnin hərbi həlli ən çox elə Ermənistanın özünə ziyandır. Çünki bu halda düşmən ölkənin kifayət qədər sərt zərbələr alması qaçılmaz sayılır. Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, İstanbulun Türkiyə Böyük Millət Məclisindəki millət vəkili Şamil Ayrım bu xüsusda qeyd edir ki, Azərbaycan Ordusu 24 saat içində bütün Ermənistanı ələ keçirə bilər. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına baxış bucağı barədə danışan millət vəkili bildirib ki, müharibə, hərb ən son çıxış yolu ola bilər: “Vətəndaşlarımızın burnunun belə qanamasını istəmirik. Müharibəni ağlımızdan belə keçirmirik. Çünki bugünkü savaşlar masa başında qazanılıb. Problemin diplomatik yolla həll edilməsi vacibdir. Çünki regionda balanslaşma var. Azərbaycanın Rusiya və Türkiyə ilə münasibətləri yaxşıdır. Eyni zamanda, Rusiya Ermənistanın daxili məsələlərinə, təhlükəsizliyinə, elektrik enerjisinə belə nəzarət edir. Ona görə Qarabağ həssas məsələdir. Amma şərtlər dəyişərsə, türk millətinin qarşısını kəsə bilməzsiniz. Bu fərqli bir şeydir. Qarabağ münaqişəsi başlandığı zaman könüllü şəkildə gələn minlərlə insan var idi. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri heç bir iki ölkə arasında olmayan əlaqədir. Borcumuz bu münasibətlərə kölgə salacaq xainlərə qarşı savaşmaqdır. Bu ortamı itirməməliyik. Yaşadığımız coğrafiyada bizə yuxu yoxdur”.

Elə erməni polkovnik Qriqor Qriqoryan da Azərbaycan və Türkiyə faktorunun Ermənistanı daha çox sıxışdırmaqda oduğunu bildirir. O qeyd edir ki, Paşinyan danışıqlarda nəticə verən addım atmasa, Azərbaycan istədiyini savaş yolu ilə alacaq. Onun sözlərinə görə, Azərbaycan uzun müddətdir hərbi əməliyyatlara hazırlaşır: “Məncə, yaxın 3-4 ay ərzində Azərbaycan tərəfindən hərbi əməliyyatlara başlanıla bilər. Hərbi əməliyyatların başlaması halında Rusiyadan dəstək görməsək, Azərbaycan və Türkiyə Ermənistanı məhv edəcək. Rusiyanın Gümrüdəki hərbi bazası bizim xilas mənbəyimizdir. Bəzi axmaq insanlar isə bunun bizə lazım olmadığını deyirlər. Əgər rus qoşunlarını Ermənistandan çıxarsalar, Azərbaycan Ordusu 2 saat ərzində İrəvanın mərkəzinə çatacaq. Bu vəziyyətdə Paşinyanın Rusiya ilə münasibətləri pisləşdirməsi oturduğun budağı kəsməyə bənzəyir. Bu səbəbdən Rusiyanı incitmək olmaz”.

Bütün bu qeyd edilənlər Ermənistanda Nikol Paşinyan hakimiyyətinin siyasətindən, o cümlədən, Qarabağ məsələsinə yanaşmasından ciddi narazılıq olduğunu göstərir. Çünki bu siyasətin Ermənistanı məhvə aparmasını, təhlükəli savaşa doğru itələməsini görənlər az deyil. Bu səbəbdən Ermənistan daxilində Paşinyana, onun Qarabağ siyasətinə getdikcə güclü bir müxalifət formalaşır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ