“AXCP Yevlax rayonun təşkilatının üzvü Hüseynzadə Nəsib Yusif oğlunun tərəfimizdən saxlanması və 9-cu polis bölməsinə aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır”.
Bu barədə Trend-ə məlumat verən Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur: “Heç bir dəqiqləşdirmə aparmadan yayılıb, iddialar dezinformasiyadır”.