Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 11-də Heydər Əliyev Mərkəzində milli muğam sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədov ilə görüşüblər.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dövlətimizin başçısı Xalq artisti Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim etdi.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Mərkəzdə nümayiş olunan sərgilərə baxdılar.