Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyan demokratiya deyə-deyə məhkəmə-hüquq sistemini tam nəzarətə götürür, Avropa isə susur...

Image


Ermənistan mediasında hələ ötən ildən Nikol Paşinyanın 2020-ci ildə konstitusiya referendumu keçirəcəyi barədə verilən məlumatlar və bunun ölkədə avtoritarizmə gətirib çıxaracağına dair verilən proqnozlar artıq özünü tam doğruldur. Bu istiqamətdə atılan addımlar göstərir ki, baş nazir yeni konstitusiyanın qəbulundan sonra ölkədə hakimiyyət bölgüsünü yenidən formalaşdırmağı və növbədənkənar prezident seçkiləri keçirməyi planlaşdırır. Bununla da konstitusiyaya ediləcək əlavə və dəyişikliklər Nikol Paşinyana məhkəmə-hüquq sisteminə nəzarəti artırmaq imkanı yaradacaq.

“Qraparak” qəzeti isə baş nazirin konstitusiyanı dəyişməklə özünə daha monolit hakimiyyət formalaşdırmağa hazırlaşdığını yazır. Bu arada, müəyyən müddətdir Paşinyanla Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan arasında yaranan qarşıdurma artıq daha gərgin mərhələsini yaşamaqdadır. Belə ki, uzunmüddətli mübarizədən sonra Ermənistan parlamentinin təcili iclasında Konstitusiya Məhkəməsinin sədri və üzvlərinin istefasına dair referendum keçiriləcəyi barədə qanun layihəsi təsdiq edilib. Qeyd edək ki, Ermənistan Konstitusiyasına "Mənim addımım” fraksiyası tərəfindən hazırlanmış düzəlişlərə əsasən, Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin səlahiyyətlərinə xitam verilməsi nəzərdə tutulur. Paşinyan özü parlamentdə çıxışı zamanı Tovmasyanın üçüncü prezident Serj Sarkisyanın tərəfdarı olduğunu və konstitusiya mətnini onun maraqlarına uyğun dəyişdiyini iddia edib: "Sarkisyanla Tovmasyan arasında belə bir razılaşma əldə olunub ki, məhkəmə sədri ona ölkəyə ömürlük rəhbərlik etməsinə şərait yaradan mətn hazırlamalı və həmin mətn 2035-ci ilədək onu qorumalıdır”. Amma Tovmasyan bunları rədd edir və baş verənləri siyasi təqib kimi xarakerizə edir. "İrates” qəzeti də yazır ki, hökumət islahatları deyil, köhnə qvardiyadan intiqam və qisas yolunu seçib. Elə bu səbəbdən prezident Armen Sarkisyan konstitusiyada dəyişiklik edilməsi barədə referendum keçirilməsinə qarşıdır. “Milli Təhlükəsizlik” partiyasının sədri Qarnik İsaqulyan bu xüsusda bildirir: “Mən hələ çoxdan 2018-ci ilin aprel-may hadisələrini konstitusiya sisteminin devrilməsi kimi qiymətləndirmişəm. Bu, hakimiyyəti zorla ələ keçirmə olub və bunun birincisi icra hakimiyyətinə qarşı həyata keçirilib. Bu, daha sonra dekabrda qanunverici hakimiyyətə qarşı həyata keçirildi. İndi də Nikol Paşinyan prezident Armen Sarkisyanı konstitusiyada dəyişiklik edilməsi barədə referendum keçirmək lahiyəsini imzalamağa məcbur edir. Ermənistan hakimiyyəti bu cinayətə mümkün qədər çox insan cəlb etməyə çalışır”.

Ermənistan mediası yazır ki, parlamentin səs çoxluğunu təşkil edən böyük əksəriyyət həm də Armen Sarkisyanı konstitusiya dəyişiklikləri prosesində iştirak etmə səlahiyyətlərindən məhrum edən qanunvericilik dəyişikliyi təklif edir. Bu dəyişikliyin səbəbi, Sarkisyanın dəyişiklik paketinin konstitusiyaya uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə müraciət etməsinin qarşısını almaqdır. Başqa sözlə, söhbət Sarkisyana etimadsızlıqdan gedir. Bu fonda, Sarkisyan vəziyyətin həllinin yalnız hüquqi və konstitusiya sahəsində tapılmasının vacibliyini ifadə edərək, vacib olanın təkcə məqsədə deyil, həm də ona çatmaq üçün vasitə olduğuna diqqət çəkib. Erməni siyasi ekspert Aram Amatuni məsələ ilə bağlı bildirib: “Maraqlıdır ki, bundan əvvəl Paşinyan eyni mövzunu şübhəsiz dominant olduğu Avropa Şurasının prezidenti ilə telefon danışığı zamanı müzakirə edib. Maraqlıdır ki, son günlər hakimiyyətə Avropa strukturlarından, Avropa Şurasının Venesiya Komissiyasından və AŞPA həmməruzəçilərindən bir o qədər də xoş olmayan siqnallar daxil olub”. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan isə bildirir ki, ölkədə haqq və hüququn qətlinə cəhd göstərilib: “Nəticələr çox ağır olacaq. Ölkəmizin hüquqi təhlükəsizliyi zəifləyəcək və beynəlxalq reputasiyamıza zərbə vurulacaq”.

“168 jam" nəşri isə yazır ki, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyana qarşı Paşinyanın mövqeyi onun ən qanunsuz hərəkətlərə imza atmasına gətirib çıxarır: “Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın mənzilində axtarış aparılması ilə Nikol Paşinyan nəinki "qırmızı xətt"ə daxil oldu, hətt onu tamamilə dağıtdı. Paşinyan bununla misli görünməmiş bir addıma imza atdı. Hrayr Tovmasyanın da dediyi kimi, son 200 il və ya daha çox müddətdə dünya tarixində ən yüksək məhkəmə orqanının rəhbərinin cinayət məsuliyyətinə cəlb olunduğu bir hadisə baş verməyib. Bu "qırmızı xətlərin" məhv edilməsi bir çox kritik nəticələrə səbəb olur və bunlardan ən vacibi olanı dövlətin öz mövcudluğunu dayandırmasıdır. Dövlətin əsas vəzifəsi məhz bu "qırmızı xətləri" çəkmək və onları müşahidə etməkdir. Həmin xətləri çirkləndirmək və dağıtmaqla Nikol Paşinyan dövlətin bütün funksiyalarını və meyarlarını məhv edir. Yeri gəlmişkən, bunun başqa bir sübutu çoxsaylı vacib problemlərin müzakirə olunduğu parlamentdə "quzuların susması" idi. Müxalifət bir daha müxalifət olduğunu yüksək səslə sübut etməyə çalışdı, amma bu hay-küyün içində özünün ölümünü hiss etmədi".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ