Türkiyə Silahlı Qüvvələri 5 türk əsgərin şəhid esilməsinə cavab olaraq Suriya ordusunun mövqelərinə hava zərbələri endirib.
Baki-xebercom xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi Suriya ordusunun 115 mövqeyinin vurulduğunu, azı 101 Suriya hərbçisinin zərərsizləşdirildiyini açıqlayıb.
Nazirlik bildirib ki, zərbələr nəticəsində rejim əsgərlərinin 3 tankı, 2 HHM sistemi və 1 helikopterı də məhv edilib.
"Şəhid və yaralanan silahdaşlarımızın qanı yerdə qalmadı, qalmayacaq" – nazirlik bildirib.