Cümə günü, 16 oktyabr 2026
     

Ucuz Çin məhsullarının Azərbaycana yeni təhlükəli axını başlana bilər – ABŞ-Çin “müharibəsinin” neqativ təsiri…

Image


Bütün gözləntilərin əksinə olaraq, ABŞ-la Çin arasında ticarət müharibəsinin miqyası genişlənməkdədir. Belə görünür ki, bu ticarət savaşı yaxın tezlikdə dünya iqtisadiyyatına daha əhəmiyyətli dərəcədə təsir göstərməyə başlayacaq. Çünki ABŞ hökumətinin son addımları Çinlə ticarət qarşıdurmasının daha da kəskinləşəcəyini göstərir. Belə ki, yayılan məlumatlara görə, Donald Tramp administrasiyası rəsmi Pekindən hələ Çinin imperiya olduğu dövrdə buraxdığı istiqrazlar üzrə borclarını ödəməyi tələb etmək niyyətindədir. Amerika lideri artıq sözügedən istiqraz vərəqələrinin sahibləri ilə görüşüb. Bildirilir ki, bu şəxslər Çindən bu istiqrazlar üzrə borclarını ödəməyi tələb edirlər.

Qeyd edək ki, ötən əsrin ortalarında, yəni ölkədə imperatorların hökmranlıq etdiyi dövrdə Çin dəmir yollarının tikintisinə maliyyə vəsaiti cəlb etmək məqsədilə istiqrazlar buraxıb. Hazırda amerikalı kolleksiyaçıların çox sayda belə istiqrazlara sahib olduğu bildirilir. "Bloomberg" bildirir ki, bu istiqrazları hətta onlayn auksionlarda belə almaq olar. Hesablamalara görə, inflyasiya, faizlər və kompensasiyalar nəzərə alınmaqla sözügedən istiqrazlar üzrə borclar üç trilyon dolları keçir. Çin hökuməti isə inqilabdan əvvəl yaranmış borcları tanımır və onları ödəməkdən imtina edir. İndi bu məsələnin ABŞ tərəfindən gündəmə gətirilməsi tərəflərin ticarət müharibəsinin daha da dərinləşməsinə təkan verən amil sayılır.

Xatrıladaq ki,  Çin və ABŞ arasında iqtisadi münaqişə 2018-ci ilin yayından etibarən davam edir. Belə ki, keçən il Vaşinqton Çindən idxal olunan və ümumi illik dəyəri 34 milyard dollar olan 818 növ mala 25 faizlik rüsum tətbiq edib.  Ötən ay isə Tramp bəyan edib ki, ABŞ sentyabrın 1-dən etibarən Çindən idxal olunan 300 milyard dollar dəyərində mala 10 yox, 15 faizlik, eləcə də 250 milyard dollarlıq digər bir qrup mala 25 yox, 30 faizlik rüsum tətbiq edəcək. ABŞ lideri bu qərarı Çinin Amerikadan idxal olunan və illik dəyəri 75 milyard dollar olan mallara əlavə rüsumlar tətbiq etməsindən sonra verib. Bildirilir ki, 5078 adda malı əhatə edən yeni rüsumlar sentyabrın 1-i və dekabrın 15-i qüvvəyə minir. Bu addımın özü də Vaşinqtonun bir müddət əvvəl 300 milyard dollarlıq idxalata tətbiq etdiyi 10 faizlik rüsumlara cavab olaraq atılıb. Vaşinqtonun da rüsumları sentyabrın 1-i və dekabrın 15-i qüvvəyə minir. Avropada təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə ekspert Emmanuel Dupuy isə baş verənlərin dünya iqtisadiyyatı  üçün ciddi təhdid yaratdığı qənaətindədir: “ABŞ-ın Çinə qarşı hədə-qorxuları həm də Çinlə ticarət əlaqələri olan digər Asiya ölkələrinə, eləcə də Yaponiya, Cənubi Koreya və İrana aiddir. Son vaxtlar Asiya ölkələri arasındakı əməkdaşlığın gücləndiyi, bir "yaxınlığın" baş qaldırdığı hiss olunur. Çinlilər getdikcə daha çox Şərq ölkələrinin iqtisadiyyatına üz tutur ki, bu da hansısa formada ABŞ-ın hədələrinə cavabdır. Avropanın qarşısında isə iki yol var: bu vəziyyədən öz mənafeyi üçün bəhrələnmək və yaxud ABŞ-ın mövqeyini müdafiə etmək. Lakin Avropa, ABŞ-dan fərqli olaraq, Çinlə birbaşa qarşıdurmaya getməkdən çəkinir. Rəsmi Brüssel Vaşinqtonu vergiləri artırmaqda dəstəkləyə də bilmir, çünki özü bu artımın qurbanıdır. Bu gedişlə  ticarət müharibəsi təhlükəli həddə çatmış olacaq və artıq ikitərəfli deyil, çoxtərəfli xarakter daşıyacaq. Dünya ölkələri iki tərəfdən birinin mövqeyini dəstəkləməli, ABŞ və Çin arasında seçim etməli olacaq”.

Rus ekspert İqor Şatrov isə qeyd edir ki, Çin özünün Amerikanın idxal vergisi altına düşən mallarına başqa bazarlar tapacaq: ”Ola bilsin, bu addım özünü doğrultmasın. Amma nəzərə almaq lazımdır ki, analoji vəziyyətə Amerika istehsalçıları da düşəcək. Çünki Amerika mallarının Çin bazarlarına ayaq açmasına da məhdudiyyətlər qoyulub. Problemin həlli kompromislərin axtarışındadır. Müharibə sonadək dünyanın ən nəhəng fabriklərinə malik Çinlə alıcılıq qabiliyyəti yüksək olan istehlakçıya malik ABŞ arasında getsə də, qələbə onların ikisindən birinin əlində deyil. Hazırda ABŞ ticarət müharibəsini təkcə Çinlə aparmır, bütün dünya ilə aparır.
Gəlin, misallarımızı polad və alüminium üzərində quraq. Rusiya Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, Rusiyanın metallurgiya biznesində ABŞ ucbatından olan zərərləri polad sahəsində 2 milyard dollara, alüminiumda isə 1 milyard dollara yaxındır. Belə olan təqdirdə bu, Rusiya metallurgiya şirkətlərinin Şimali Amerikadakı törəmələrinə müsbət təsir göstərəcək. Çünki Amerika bazarının bağlanması ABŞ-ın daxili bazarında məhsulların qiymətinin artmasına səbəb olacaq".  ABŞ-dan fərqli olaraq, Çinlə ticarət məsələlərində daha çox əməkdaşlıq edən Azərbaycan kimi ölkələrə bu proseslərin necə təsir etməsinə gəlincə, ekspert hesab edir ki, Azərbaycan Çin üçün zamanla Amerika bazarını əvəz edəcək ölkələrdən biridir: ”Sual isə başqadır: Azərbaycanın və digər onun kimi ölkələrin Çin məhsullarını almaq üçün lazımi tələbatı və alıcılıq qabiliyyəti kifayət edəcəkmi? Nəticədə, bu malların keyfiyyəti uzun müddət qınağa səbəb olub və buna baxmayaraq, dolayısı ilə onların axını artmaqdadır”. Ümumiyyətlə isə, ekspertlər hesab edirlər ki, ABŞ dünya bazarlarını bürüməkdə olan Çin mallarının axınının qarşısını kəsə bilməyəcək. Üstəlik, ABŞ-ın bu malları dünya bazarına Çin kimi ucuz qiymətə təklif etmək imkanı və arzusu olmadığından, yenə də dünyanın Çin istehsalına tələbatı böyük olacaq. Belə vəziyyətdə Azərbaycan və başqa ölkələr müvafiq tədbirlər görməsə, ölkəmizə Çindən böyük həcmdə ucuz malların daxil olması istsina olunmur. Xatırladaq ki, Çin həm də milli valdyutasını ucuzlaşdırararaq ixracını artırmağa çalışır. Azərbaycanda yerli istehsalın artımı fonunda ucuz Çin məhsullarının yenidən bazarı zəbt etməsi isə sərfəli hal sayılmır. Hər halda, bu məsələ hökumətdə də müvafiq dairələrin xüsusi diqqət mərkəzində yer alır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ