Cümə günü, 16 oktyabr 2026
     

Neftin qiymət sıçrayışları gəlir - Azərbaycan neftdən daha çox qazanacaq

Image


Dünya birjalarında neftin son qiymət dəyişiklikləri ekspert dairələrində bu prosesin nə qədər davam edəcəyinə dair müxtəlif fikirlərin səslənməsi ilə müşayiət edilməkdədir. Hazırda qiymətlərin sürətlə aşağı düşməsi fonunda hesab edilir ki, burada ABŞ-ın mövqeyi prosesə birmənalı şəkildə təsir göstərib. Belə ki, “qara qızıl”ın qiyməti ABŞ-ın Çindən idxal olunan məhsullara əlavə rüsumların tətbiq olunacağını açıqlaması fonunda ucuzlaşır.

Neftin qiymətinin aşağı düşməsi fonunda OPEC ölkələri gələn ay Əbu-Dabidə keçiriləcək iclasda neft bazarının sabitləşdirilməsinə dair addımlar atmağa hazırlaşır. Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheyl əl-Mazruinin sözlərinə görə, komitənin iclasında nazirlər bazardakı mövcud vəziyyəti müzakirə edəcək, balansı və sabitliyi dəstəkləmək üçün tövsiyələr işləyib hazırlayacaqlar. OPEC-in müdaxiləsindən sonra ABŞ-ın “IHS Markit” bazar araşdırmaları təşkilatı neftin bir barrelinin qiymətinin 60-70 dollar arasında qalacağını proqnozlaşdırır. Neft analitiki Spenser Velç bu xüsusda qeyd edir: “Qara qızıl”ın qiyməti ABŞ-ın Çindən idxal olunan məhsullara əlavə rüsumların tətbiq olunacağını açıqlaması fonunda kəskin ucuzlaşıb. Yanvardan bəri qiymət 60-70 dollar aralığında daha balanslı bir şəkildə dəyişirdi. Qlobal iqtisadiyyatın zəifləməsi qiyməti aşağı salan amildir. Biz neftin qiymətinin 60-65 dollara yüksələcəyini düşünürük. Neftə artan tələbat dövrü yaşayırıq. OPEC və tərəfdaşları isə istehsalı azaltmaqda davam edir. Neft bazarı sərtləşir və qiymət hətta bir barrel üçün 60-70 dollar arasında dəyişəcək”.

Qeyd edək ki, hazırkı qiymətlər neft satışından böyük gəlirlər əldə edən Azərbaycan üçün hansısa ciddi təhdid yaratmır. Çünki ölkəmizdə neftin satış qiyməti 60 dollardan hesablanır. İlin ötən dövrü ərzində isə Azərbaycan neftinin orta satış qiyməti 66 dollar təşkil edib. İlin sonuna kimi də vəziyyətin belə qalması gözlənir. Digər tərəfdən, dünya mediasında yazılanlardan belə bəlli olur ki, ABŞ-da baş verən olaylar neftin yaxın tezlikdə qiymətində böyük sıçrayışa səbəb ola bilər. Rusiyanın  “RİA Novosti” portalı yazır ki, əslində ABŞ-da azalan neft ehtyiatları, Vaşinqtonun bütün cəhdlərinə rəğmən, nefti fantastik dərəcədə bahaladıra bilər: "ABŞ Enerji Nazirliyi gözləyir ki, sentyabrda ABŞ-ın gündəlik neft hasilatı 8,7 milyon barrelə çatacaq, Perm hövzəsi isə sutkada 75 min barel neft verəcək. Neftçilər bu göstəriciyə artıq qazılmış, lakin istifadə olunmamış quyuların hesabına nail olmaq istəyirlər. İyulda ölkənin neft yataqlarında qazma qurğularının sayının 10 faiz (1078-dən 969-a) azalması bunu deməyə əsas verir. "Vygon Consulting" şirkətinin konsultantı Yekaterina Kolobkova deyir: "Amerikanın neft operatorları qiymət "siqnallarına" kifayət qədər tez bir şəkildə reaksiya verirlər: 2018-ci ilin oktyabrından 2019-cu ilin yanvarınadək neft kotirovkalarında müşahidə olunan azalma, ola bilər ki, şirkətləri daha çox qənaətcil olmağa, o cümlədən qazma qurğularının kirayəsində qənaət etməyə təşviq edib".

Qeyd edək ki, həddindən artıq yüklənmiş boru xətləri sistemi Perm hövzəsində şist neftinin hasilatını artırmağa mane olan əsas faktorlardan biridir. Lakin gələn il ölkənin sahillərində yerləşən terminallara neft daşıyacaq yeni magistrallar işə düşəcək. "Citi Group" şirkətinin analitikləri əmindirlər ki, bu, Amerikanın neft ixracını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Digər ekspertlər, o cümlədən "Bank of America" bankının analitikləri isə hesab edirlər ki, şist neft istehsalçıları bu yeni magistrallardan tam şəkildə istifadə edə bilməyəcəklər. "Wood Mackenzie" şirkətinin analitiklərinin fikrincə, uzunmüddətli perspektivdə Perm hövzəsində neft hasilatı narahatlıq yaradır: orada neftlə birlikdə suyun daha da çox çıxdığı müşahidə olunur. Bu isə yatağın ehtiyatlarının tükənəcəyinin ilk əlamətidir. "BP" şirkətinin sonuncu statistik hesabatında qeyd edilir ki, ABŞ-ın tədqiq edilmiş neft ehtiyatları son iki il ərzində 61,2 milyard barrel səviyyəsində qalıb. Müqayisə üçün, Rusiyanın neft ehtiyatları 106,2 milyard barreldir. İranda isə bu rəqəm 155,6 milyard barrel, Səudiyyə Ərəbistanında - 297,7 milyard barrel, Venesuelada - 303,3 milyard barrel təşkil edir. Amerikanın bütün neft ehtiyatları bir anda hasil edilsə, bu, dünyanın neftə olan bütün tələbatını (36,5 milyard barrel) yalnız iki il, ABŞ-ın öz tələbatını isə (illik 7,5 milyard barrel) yalnız səkkiz il ödəməyə bəs edəcək. Buna baxmayaraq, amerikalılar sürətlə istehsalı artırırlar. Yalnız keçən il ərzində onlar hasilatı 16,6 faiz artırıblar (müqayisə üçün Rusiyada bu rəqəm 1,6 faiz, Səudiyyə Ərəbistanında isə 3,3 faiz təşkil edib). "Goehring & Rozencwajg" şirkətinin analitikləri bildirirlər ki, Amerikanın üç əsas yatağında neft hasilatı pik həddə, yəni sutkada 10 milyon barrelə səkkiz ildən sonra çatacaq. Bundan sonra isə hasilat sürətlə aşağı düşəcək.

Lakin bütün bunların baş verməsi üçün sərmayədarların şist neftinə olan marağı kəskin şəkildə artmalıdır. Şist neft sənayesi ona görə inkişaf edir ki, bu sahəyə "Chevron" və "Exxon Mobil" kimi neft sənayesi nəhəngləri milyardlarla dollar sərmayə qoyur. Bu onlara, hələ ki, yalnız itki verir, lakin sərmayədarlara söz veriblər ki, tezliklə onlar gəlir əldə edəcəklər. Təəssüf ki, bu vədlər yerinə yetmir: "Reuters" xəbər verir ki, "Exxon" şirkətinin rüblük mənfəəti keçən illə müqayisədə 21 faiz, xalis mənfəəti isə hər səhmə görə 0,73 dollaradək düşüb. 2018-ci ilin eyni dövrü ərzində neft sənayesi nəhənginin xalis mənfəəti hər səhmə görə 0,92 dollar təşkil edib.

On il ərzində 40 nəhəng şist neft şirkəti bu sənayenin layihələrinə qazandıqlarından 200 milyard dollar çox yatırıblar. Sərmayədarlar isə tədricən bu sənayeni maliyyələşdirməkdən imtina edirlər – şist neft hasilatçıları keçən il 2017-ci il ilə müqayisədə iki dəfə az sərmayə ala biliblər. Amerikanın "Marathon Oil" neft və qaz şirkətinin baş direktoru Li Tilman məsələ ilə bağlı deyib: "Bu sənaye son 10 il ərzində sərmayədarların etimadını tamamilə itirib". Digər yandan isə şist neft aktivlərindən imtina edildiyi müşahidə olunur. Belə ki, keçən ilin fevralında Avstraliyanın "BHP Billiton" şirkəti ABŞ-ın şist hövzələrinə 20 milyard dollar həcmində sərmayə qoyuluşunu "böyük səhv" adlandıraraq aktivlərini, o cümlədən Perm hövzəsindəki aktivlərini satmağa başlayıb". Məhz bu vəziyyətdə hesab edilir ki, ABŞ-da neft sənayesinə yatrımların azalması bu məhsulun qiymətini elə bu il ərzində əhəmiyyətli dərəcədə artıra bilər. Digər tərəfdən, Azərbaycanın da daxil olduğu OPEC+ formatının fəaliyyəti də elə gələn aydan neftin qiymətlərində yeni yüksəlişlər vəd edir. İran ətrafında gərginləşən vəziyyət, Liviyada. Venesuelada, İraqda baş verənlər də qiymətlərə əsaslı surətdə təsir edir.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ