Cümə günü, 16 oktyabr 2026
     

Avropa bazarlarını təmin etməkdə Azərbaycanın daha bir tranzit mövqeyi tam reallaşma ərəfəsində...

Image


Qeyri-neft məhsullarının ixrac həcmini sürətlə artıran Azərbaycan üçün bu gün ən vacib məqamlardan biri də yeni bazarların tapılmasıdır. Bu istiqamətdə hazırda ölkəmizin diqqətini daha çox Avropa, xüsusən də Mərkəzi Avropa bazarları cəlb edir. Belə görünür ki, yaxın tezlikdə Azərbaycan Avropa bazarlarına təkcə enerji yox, həm də qeyri-neft məhsulları ixrac edəcək. Xüsusən də başa çatmaq üzrə olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi bu istiqamətdə ölkəmizə əlavə imkanlar yaradır.

Xatırladaq ki, artıq Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin çəkilişi nəticəsində Rusiya ilə İran arasında ölkəmiz üzərindən dəmir yolu vasitəsilə nəqliyyat əlaqəsi yaranıb. Bu yol Qəzvin-Rəşt-Astara dəmir yolunun davamıdır. Hələlik Astara (Azərbaycan) - Astara(İran) dəmir yolu xəti ilə Rusiya yalnız İranla idxal-ixrac əməliyyatlarını həyata keçirə bilir. Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) yolu tam hazır olduqdan sonra isə Azərbaycanın, eləcə də Rusiyanın Hindistan və Fars körfəzi ölkələri ilə də əlaqələri yaranacaq. Qeyd edək ki, dəmir yolu “Şimal-Cənub” dəhlizinin yalnız bir seqmentidir. Bu marşrut ona görə dəhliz adlanır ki, bura dəmir yolları ilə yanaşı avtomobil və dəniz yolları da daxildir. Hər üç seqmentin işə düşməsi Azərbaycan üçün faydalıdır, çünki ölkəmiz bu yolların üzərindədir. Yəni dəhlizə daxil olan avtomobil, dəniz və dəmir yolları Azərbaycandan keçir. Bakı Beynəlxalq Ticarət Limanının tikilib istifadəyə verilməsi, Ələt-Astara avtomobil yolunun salınması və Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin inşasına nail olması isə ölkəmizə əlavə üstünlüklər qazandırır. Bunun nəticəsidir ki, Azərbaycan yalnız dəmir yolu vasitəsilə daşınan tranzitdən deyil, həmçinin avtomobil və dəniz yolları ilə daşınan yüklərdən də tranzit gəlirlər əldə edir.

Dəhlizin yükaşırma qabiliyyətinə və həcminə gəldikdə, xatırladaq ki, marşrut üzrə ildə 10 milyon ton yük daşına bilər. Ekspertlər bildirir ki, yüklərin Azərbaycan ərazisindən tranzit daşınmasına qlobal xarakter daşıyan strateji məsələ kimi baxmaq lazımdır. Belə ki, tranzit ölkəyə çevrilmək ölkənin geosiyasi əhəmiyyəti ilə yanaşı, dünya iqtisadiyyatındakı rolunu da artırır.

Lakin Azərbaycan üçün “Şimal-Cənub” dəhlizinin tam formalaşması digər səbəblərə görə olduqca əhəmiyyətlidir. Birincisi, dəhliz tam işə düşdükdən sonra Azərbaycan Fars Körfəzi ölkələri ilə yanaşı, Hind okeanı hövzəsindəki dövlətlərlə də iqtisadi və ticarət əlaqələrinə malik olacaq. Yuxarıda qeyd olunduğu kimi, Avropa bazarları da “Şimal-Cənub” vasitəsilə Azərbaycanın üzünə açılacaq. Məsələn, Polşa rəhbərliyi bu dəhlizə qoşulmaqda maraqlı olduqlarını bildirir. Rumıniya da bu istiqamətdə fəal addım atır. Real vəziyyətin təhlili göstərir ki, hazırda Rumıniya özünün Konstansa limanının Xəzər və Qara dənizi birləşdirəcək nəqliyyat-tranzit dəhlizinin əsas və aparıcı halqalarından birinə çevrilməsi üçün bütün imkanlarını işə salıb. Konstansa limanı Türkmənistanın Türkmənbaşı limanından, eləcə də Qazaxıstan və Özbəkistandan, digər Mərkəzi Asiya ölkələrindən Avropa bazarına göndəriləcək yüklərin əsas məntəqəsinə çevrilə bilər. Daşınma marşrutu xüsusi konteynerlərlə yüklərin Xəzər dənizi vasitəsilə Bakıya, oradan dəmir yolu vasitəsilə Batumi və yaxud Potiyə, buradan isə dənizlə Rumıniyaya göndərilməsini nəzərdə tutur. Digər Avropa ölkələri də “Şimal-Cənub”a eyni marağı ifadə edir. Asiyada da dəhlizə maraq artır. Burada layihədə əsas iştirakçılardan birinə çevrilməkdə olan Hindistanla yanaşı, Sinqapur və Malayziya da “Şimal-Cənub” dəhlizinə maraq göstərir. Bu ölkələrin böyüyən iqtisadiyyatı və Avropa dövlətləri ilə ticarət əlaqələrinin genişlənməsi nəqliyyat probleminin həllini tələb edir. “Şimal-Cənub” dəhlizi bu xüsusda həmin ölkələrə böyük imkanlar vəd edir.

“Şimal-Cənub”, ümuimiyətlə, Azərbaycan, İran və Rusiya vasitəsilə Şimali Avropa ilə Cənubi Asiyanı birləşdirəcək. Yəni İrandan Rusiya və Baltik limanllarına uzanan bu nəqliyyat dəhlizi ümumilikdə Fars körfəzi ilə Hindistanı birləşdirəcək. Rusiya iqtisadiyyatçısı Aleksandr Karavayev vurğulayır ki, Bakı, Tehran və Moskva arasında “Şimal-Cənub”la bağlı əməkdaşlığın inkişafı ciddi sənaye potensialı olan bu layihənin əsas elementidir. Onun sözlərinə görə, bu istiqamətdə işlərin gedişi hər üç ölkəyə tranzitdən böyük gəlir əldə etmək, eyni zamanda öz məhsullarını asanlıqla yeni bazarlara çıxarmaq imkanı verir. Qeyd edək ki, “Şimal-Cənub” layihəsi Rusiya, İran və Hindistan arasında 2000-ci il sentyabrın 12-də imzalanmış hökumətlərarası saziş əsasında həyata keçirilir. Azərbaycan sazişə 2005-ci ildə qoşulub. Saziş, ümumilikdə 12 ölkə - Azərbaycan, Belarus, Bolqarıstan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna tərəfindən ratifikasiya edilib. Nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirmək üçün nəzərdə tutulub.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ