Cümə günü, 16 oktyabr 2026
     

Dünya ucuz dollar dövrünə daxil olur, Rusiya və Çin tədbirlərə başlayıb, bəs Azərbaycan…

Image


ABŞ dolları ilə bağlı qlobal miqyasda yenə də maraqlı proseslər cərəyan etməkdədir. Belə görünür ki, dolların bundan sonra daha çox ucuzlaşma dövrü başlanacaq və bu, müəyyən məqamlar baxımından digər dövlətlərə, o cümlədən Azərbaycana da təsirini göstərəcək.

Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sistemi son iclasında uçot dərəcəsini 2,25-2,5% səviyyəsində saxlayıb. Dolların məzənnəsinin getdikcə bahalaşmasından narahat olan Ağ Ev isə onun bir qədər ucuz qalmasına çalışır. Bu da iyulda baş tutacaq növbəti iclasda faiz dərəcəsinin endirilməsinə zəmin yaradır. Federal Ehtiyat Sistemi faiz dərəcəsinin enməsinə getdiyi təqdirdə dolların ucuzlaşmasının daha sürətli xarakter alması gözlənir.

Artıq Federal Ehtiyat Sisteminin uçot dərəcəsini sabit saxlaması belə dolların məzənnəsini aşağı salmaqdadır. İndi dolların başqa valyutalara qarşı məzənnəsində zəifləmə nəzərə çarpır. Azərbaycanda bu fonda tənzimlənən məzənnə rejimi olduğu üçün bu qərarın, birbaşa da olmasa, dolayı yolla ölkəmizə təsirləri müşahidə olunacaq. Əsas təsirlər isə beynəlxalq qurumlardan götürülən kreditlərin faizlərində özünü göstərəcək. Bundan başqa, ucuz dollar amili neftin də bahalaşmasına səbəb olmaqdadır. Dünya mediasında səslənən fikirlərdən belə bəlli olur ki, əslində qarşıdakı dövr ərzində dolları heç də yaxşı aqibət gözləmir. Çünki ondan imtina etməyə çalışan ölkələrin sayı artır. Bu xüsusda "RİA Novosti" saytı yazır: "2018-ci il üçün olan məlumatlara görə, müxtəlif ölkələrin valyuta ehtiyatlarında dolların payı 61,7 faiz təşkil edib. Bu son 20 il üçün ən aşağı göstəricidir. Avropa Mərkəzi Bankı iyun ayı üçün hesabatında qeyd edir ki, dollar hələ də dünyanın ehtiyat valyutası olaraq qalsa da, onun hökmranlığı əhəmiyyətli dərəcədə sarsılıb.

2008-ci ilin qlobal maliyyə böhranı zamanı dünya mərkəzi banklarının ehtiyatlarında maksimum səviyyədə ABŞ dolları var idi, lakin həmin dövrdən bəri dolların ehtiyatlarda payı 7 faiz bəndi azalıb. 2018-ci ildə ABŞ dolları və istiqrazlarını inkişaf etməkdə olan ölkələr xüsusilə aktiv şəkildə satırdılar. Argentina, Çin, Honkonq , Hindistan, İndoneziya, Tailand və Türkiyə dəyəri təxminən 200 milyard dollar olan ABŞ xəzinə istiqrazlarını satıb. Onların bəziləri bunu öz valyutalarını sabitləşdirmək üçün təcili olaraq nağd dollara ehtiyac olduğundan edir. Digərləri isə Vaşinqtonla olan münaqişələr səbəbindən ABŞ aktivlərindən imtina edir. Türkiyənin aparıcı "Sabah" qəzeti yazır:"Bir çox ölkələrin məqsədi ABŞ-ın sanksiya təhdidlərinə cavab olaraq dollardan asılılığı azaltmaqdır. Türkiyədə ABŞ xəzinə istiqrazları portfeli rekord dərəcədə kiçilib - demək olar ki, hər şey satılıb". Lakin ABŞ-ın ənənəvi müttəfiqləri də daxil olmaqla, inkişaf etmiş ölkələr dollar aktivlərindən imtina edir. Bu yeni bir tendensiyadır. Birləşmiş Krallıq aprel ayında ABŞ dövlət istiqrazlarını 16,3 milyard dollar səviyyəsində azaldıb.

Ümumiyyətlə, ABŞ dövlət borcunun ən böyük xarici sahibi olan (1,1 trilyon dollar) Çin bu göstəriciyə görə liderdir. Ticarət müharibəsi səbəbindən Pekin bu il ərzində 60 milyard dollar dəyərində xəzinə istiqrazlarından imtina edib. Apreldə isə Çin əlavə olaraq 20 milyard dollar dəyərində ABŞ istiqrazlarını sataraq bu ehtiyatları son iki ildə ən aşağı həddə endirib. ABŞ-ın ikinci ən böyük kreditoru olan Yaponiya bu göstəricidə geridə qalmır: apreldə Tokio xəzinə istiqrazlarını 11,07 milyard dollar həcmində azaldıb.

Çinin Amerikanın əsas kreditorları siyahısından çıxacağı qorxusu da böyüyür. Lakin amerikalı analitiklər bu ssenarinin mümkün olmadığını iddia edir. Bu halda istiqrazların qaçılmaz olaraq kəskin devalvasiyası amerikalılardan daha çox çinlilərə zərər vuracaq. Lakin "Bloomberg" qeyd edir ki, Pekin yuanın məzənnəsinin saxlanması üçün istənilən vaxt bu aktivlərə yatırımlarını əhəmiyyətli dərəcədə azalda bilər. "Columbia Threadneedle Investments" şirkətinin analitiki Cin Tanuzzo qeyd edir: "Çin ABŞ xəzinə istiqrazlarını satmağa başlasa belə, bu, yeni rüsumlardan daha çox, onun öz valyutasının tənzimlənməsi ilə bağlı olacaq. Kapital axını artanda isə Pekin yuanı qorumalı və xəzinə istiqrazlarını satmalı olacaq".

Amerika aktivlərini ən fəal şəkildə satanlardan biri də Rusiyadır. 2010-cu ildə Rusiya Bankının ABŞ dövlət istiqrazlarına yatırımları 176 milyard dolları aşırdı. Lakin 2014-cü ildən etibarən, Vaşinqtonun sanksiya təzyiqi artdıqca Mərkəzi Bank xəzinə istiqrazları portfelini kiçiltməyə başladı və nəticədə 2019-cu ilin əvvəlində bu qiymətli kağızların balansda həcmi 14 milyard dollara düşüb. ABŞ maliyyə nazirliyinin məlumatına görə, Rusiya apreldə 1,6 milyard dollar dəyərində ABŞ istiqrazlarından imtina edib. Hazırda Rusiya Mərkəzi Bankında olan xəzinə istiqrazlarının həcmi 12,13 milyard dollardır. Bu, 2007-ci ildən bəri ən aşağı göstəricidir. Dollar aktivlərinin satışından isə əldə edilən gəlirlərin demək olar ki, hamısı avro və yuan aktivlərinə xərclənib. Avropa Mərkəzi Bankı son hesabatında bildirib ki, Rusiyanın valyuta ehtiyatlarında avronun payı artaraq 39 faiz olub, ABŞ dollarının payı isə 27 faizə düşüb. Yuanın payı isə 17 faizə qalxıb. Eyni addımları digər ölkələrin mərkəzi bankları da atır. Bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun bildirdiyinə görə, dolların əhəmiyyətinin tədricən azalması ilə dünya mərkəzi banklarının ehtiyatlarında avro, yen və yuanın payı artmaqdadır: "Bütün dünya üzrə banklar ehtiyatlarını diversfikasiya etməyə və onları dollarlardan ayırmağa davam edir".

Dollardan imtina etməklə yanaşı, dövlətlər qızıl ehtiyatlarını da artırır. Ümumdünya Qızıl Şurasının dəyərləndirmələrinə əsasən, ötən il ərzində mərkəzi bankların balansında bu qiymətli metalın həcmi 651 ton artaraq 1971-ci ildə ABŞ-ın qızıl standartından imtina etdiyi vaxtdan bəri ən yüksək səviyyəyə çatıb. Bu qızılın, demək olar ki, yarısı Rusiya Bankı tərəfindən alınıb. "Bloomberg" qeyd edir: "Rusiya qızıl və valyuta ehtiyatlarının strukturunu diversifikasiya edərək və ABŞ aktivlərinin payını azaldaraq bu işdə sürətli şəkildə nəticələr əldə edə bilib".

Hazırda Rusiya Mərkəzi Bankının 2112 ton qızıl ehtiyatı 87 milyard dollar dəyərində qiymətləndirilir. Bu, bütün postsovet dövrü üçün bir rekorddur. Ötən on il ərzində ölkənin valyuta ehtiyatlarında qızılın payı 3,5 faizdən 18,6 faizədək artıb. İsveçrənin "Neue Zürcher Zeitung" qəzeti bildirib: "Qızıl çox az təbii inflyasiyaya məruz qalan ən güclü valyuta və dollarda baş verən kəskin dəyişmələrə qarşı yaxşı sığortadır. O, yüksək likvidliyi olan resursdur. Böyük qızıl ehtiyatları isə yatırımçıların rubla olan güvənini artırır". Bu dəyərli metalın ikinci ən böyük alıcısı Çindir. Onun 1853 ton qızıl ehtiyatlarının dəyəri 76 milyard dollardır.

Keçən ilin sonlarında Pekin iki ildən çox davam etmiş fasilədən sonra qızılın alınmasını kəskin şəkildə artırmışdı. Bu isə qızılın qiymətinin bir unsiyaya görə 1300 dollar səviyyəsinə qalxmasına səbəb olmuşdu.

Analitiklər izah edirlər ki, qızıl həm də ABŞ-da baş verə biləcək defolta qarşı sığortadır. Çin və Rusiya çox yaxşı başa düşür ki, Birləşmiş Ştatlar üçün borc öhdəliklərini ödəmək elə də asan olmayacaq və nəticədə xəzinə istiqrazlarının alınması mənasızdır. Hazırda ABŞ-ın istiqraz bazarının süqutu ehtimalı var. Bu səbəbdən də Moskva və Pekin qızıla yatırım etməyi üstün tutur". Bütün bu qeyd edilənlər isə dollar üzərində təhlükənin artdığını göstərir.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ