Cümə günü, 16 oktyabr 2026
     

Soçidə Əliyev – Putin – Ruhani zirvəsi “Şimal-Cənub” dəhlizinin inanılmaz potensiallarını üzə çıxara bilər…

Image


Qeyri-neft sektorunun mühüm bir qolu kimi Azərbaycan nəqliyyat və tranzit yükdaşımalar sahəsinin inkiaşfına indi xüsusi diqqət yetirir. Bu istiqamətdə yaradılan infrastruktur isə artıq ölkə üzərindən yük və sərnişin daşınmasını əhəmiyyətli dərəcədə artırır və ölkənin valyuta gəlirlərinin çoxalmasına ciddi surətdə təsir göstərir. Xüsusən də "Şimal-Cənub" dəhlizinin reallaşması istiqamətində atılan addımlar artıq Azərbaycanı Avrasiya məkanında əsas nəqliyyat qovşaqlarından birinə çevirir.

Bu arada Rusiya və İranın "Şimal-Cənub" dəhlizinin daha tez reallaşması istiqamətində fəaliyyətini genişləndirməsi də müşahidə olunur. Tehran hesab edir ki, qonşu ölkələrlə tranzit yollarının genişləndirilməsi qarşılıqlı iqtisadi və ticarət əlaqələrinin artmasına səbəb olacaq. Elə bu fonda İranda Rəşt-Astara və Ərdəbil-Astara avtomobil yolları yenidən qurulur. "Şimal-Cənub" dəhlizinin dəmir və dəniz yolları ilə yanaşı, avtomobil yolları da mühüm əhəmiyyət kəsb edir. Bu yol, eyni zamanda, İran Astarası ilə Azərbaycan Astarasını da birləşdirir. İran hökuməti 2015-ci ildən Rəşt və Ərdəbil şəhərlərini Astara ilə birləşdirən yolların yenidən qurulmasına başlayıb. Qeyd etmək lazımdır ki, bu yollar İranın cənub bölgəsində yerləşən Gilan və Mazandaran vilayətlərini birləşdirir. Bu vilayətlərin böyük ixrac potensialı var. Hər il İran milyonlarla ton sitrus meyvələrini Azərbaycan üzərindən avtomobillərlə Rusiya, Ukrayna, Belarusa ixrac edir.

Astaranı Ərdəbil və Rəşt şəhərləri ilə birləşdirən yolların yenidən qurularaq genişləndirilməsi yalnız Gilan və Mazandaran vilayətlərindən deyil, İranın cənub vilayətlərindən də ixracı artıracaq. İranın cənub vilayətlərində inşaat və qida məhsulları ixracı potensialı böyükdür. Bütün bu ixrac isə Azərbaycan üzərindən həyata keçiriləcək və ölkəmizin tranzit imkanları və gəlirləri artacaq. Azərbaycan isə bu istiqamətdə Ələt-Astara magistral yolunu müasir standartlara uyğun olaraq yenidən qurub. Rusiyanın energetika naziri Aleksandr Novak  belə bir vaxtda bildirib ki, artıq yaxın tezlikdə Rusiya, Azərbaycan və İran arasında dəmir yolu xəttinin birləşdirilməsi layihəsi həyata keçiriləcək. O bu məsələyə dair üç ölkə arasında görüşün gözlənildiyini qeyd edib. Rusiya ilə İran arasında daşınmalar əsas etibarı ilə Azərbaycan üzərindən həyata keçirildyindən, bu, ölkəmizin əlavə gəlirlər əldə etməsinə səbəb olur. Bütün bunlar fonunda maraqla gözlənilən hadisələrdən biri Azərbaycan, Rusiya, İran liderlərinin gözlənilən görüşüdür. Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotaryov bildirib ki, bu ilin avqustunda Rusiya prezidenti Vladimir Putin azərbaycanlı və iranlı həmkarları İlham Əliyevi və Həsən Ruhanini Soçidə qəbul edəcək. Vladimir Putinin İlham Əliyev və Həsən Ruhani ilə son görüşü 2018-ci ilin avqustunda "Xəzəryanı beşlik" sammiti çərçivəsində baş tutub. İndi isə görünür ki, "Şimal-Cənub" layihəsinin əsas ölkələrinin başçıları üçün yenidən bir araya gəlmək zərurəti yaranıb. Artıq adıçəkilən beynəlxalq nəqliyyat dəhlizinin gələcək sammit zamanı müzakirələrin əsasını təşkil edəcəyi aydındır. Yayılan məlumatlardan belə bəlli olur ki, tərəflər "Şimal-Cənub" layihəsinə yeni ölkələri, xüsusən də Hindistanı qoşmağa hazırlaşır. Eyni zamanda, "Şimal-Cənub" layihəsi fonunda "Transxəzər" yükdaşımalar marşrutunun inkişafı da əsas diqqət mərkəzində yer alır. Xatırladaq ki, Rusiyada bu nəqliyyat dəhlizini bərpa etmək ideyası 1993-cü ildə, demək olar ki, Sovet İttifaqının dağılması ilə bir vaxtda ortaya çıxdı. Lakin dəhliz üzrə ilk hüquqi sənədlər yalnız 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistanın müvafiq razılaşmanı imzalaması ilə yarandı. Tərəflər sənədi 2002-ci ildə ratifikasiya edib. 2005-ci ildə isə layihəyə bu sahənin, demək olar ki, açar oyunçusu olan Bakı qoşuldu, Azərbaycan sənədi imzaladı və ratifikasiya etdi. Bu layihənin perspektivlərini çox yaxşı görən Azərbaycan lideri İlham Əliyevin səyləri nəticəsində hazırda dəhlizin şərq qolu yox, qərb qolu, yəni "Transxəzər" yolu əsas komponent kimi nəzərdən keçirilir.

"Transxəzər"  marşrutunda Rusiyanın Həştərxan, Olya və Mahaçqala dəniz limanları və Azərbaycanın Bakı limanından istifadə etməklə və ya dəmir yolu vasitəsilə "Samur" (Rusiya) – "Yalama" (Azərbaycan) sərhəd məntəqələrindən keçməklə "Astara" sərhəd məntəqəsinə, oradan isə İranın dəmir yolu şəbəkəsinə çıxış nəzərdə tutulur. Burada xüsusilə vacib məsələ odur ki, Transavrasiya marşrutlarından fərqli olaraq, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi həddindən artıq yatırım tələb etmir, çünki bu dəhliz faktiki olaraq hazırda bir neçə fərqli nəqliyyat fraqmentlərindən ibarət kompleks şəklində mövcuddur. Dəhlizin texniki keçiricilik qabiliyyəti onun "dar yerlərində" ildə 5 milyon tona, yol infrastrukturu baxımından inkişaf etmiş sahələrində isə 10 milyonlarla tona çatır.

"Şimal-Cənub" dəhlizi üçün hazırda konteyner daşımalarının prioritet olduğunu nəzərə alsaq, dəhlizin nəzərdə tutulan rejimdə fəaliyyətinin Hindistan və İran üçün hazırda əsas hesab edilən Süveyş kanalı marşrutundan iki və daha çox dəfə az istifadə etməsinə səbəb olacağını demək olar. Daşımaların qiymətində də əhəmiyyətli dərəcədə azalmalar olacaq. Bu isə o deməkdir ki, malların Hindistanın Mumbay şəhərindən İranın Bəndər-Abbas limanı vasitəsilə Bakıya, oradan isə Həştərxan, Moskva və Sankt-Peterburqdan keçməklə Avropa ölkələrinə çatdırılması mümkün olacaq. Elə bu da yükdaşımaların Azərbaycana daah çox gəlir gətirməsinə gətirib çıxaracaq.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ