Cümə günü, 16 oktyabr 2026
     

ABŞ dövlət borcunun fantastik 22 trilyona çatması manat üçün yeni şərait yaradır

Image


Son günlərdə qonşu ölkələrdə ABŞ dollarının məzənnəsinin yenidən sürətlə artması müşahidə olunur. Gürcüstanda, Türkiyədə, İranda dollar yenə də milli valyutalar qarşısında nəzərəçarpacaq dərəcədə dəyər qazanır. Rusiyada da dolların cüzi miqdarda bahalaşması qeydə alınır. Həmin ölkələrlə müqayisədə Azərbaycanda sabit maliyyə durumu hökm sürür. Dolların məzənnəsi sabitdir, avro isə manat qarşısında son aylarda xeyli dəyər itirib. Üstəlik, ölkəyə daxil olan valyutanın miqdarının artmaqda davam etməsi bundan sonra da manat üçün hansısa təhdid yaranmadığını göstərir.

Digər tərəfdən, dünya iqtisadiyyatında, xüsusən də ABŞ-da gedən proseslər dolların bəzi valyutalar, o cümlədən manat qarşısında dəyər itirməsini istisna etmir. Söhbət ilk növbədə ABŞ-ın sürətlə artan borcunun dolların gələcək taleyinə ciddi təsirindən gedir. Aparılan araşdırmalar göstərir ki, ABŞ-ın 1980-ci ildə 908 milyard dollar olan borcu son 39 ildə büdcə kəsirinin borc hesabına maliyyələşməsi sayəsində astronomik həddə artıb. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Birləşmiş Ştatların dövlət borcu 22 trilyon dolları keçib. Dövlət büdcəsinin kəsiri ötən maliyyə ilində 17 faiz artımla 779 milyard dollar həddindədir, rəqəmin 2020-ci ildə 1 trilyona bərabərləşəcəyi ehtimalı edilir.

Qeyd edək ki, Birləşmiş Ştatların dövlət borcu Donald Trampın prezidentliyi dövründə, yəni 20 yanvar 2017-ci il tarixindən bu günə qədər 2 trilyon dollardan çox artıb. “USA Today” nəşrinin yazdığına görə, Donald Trampın dövründə keçirilən və ABŞ dövlət büdcəsinə 1,5 trilyon dollara başa gələn vergi islahatları, həmçinin müdafiə xərclərinin artması nəticəsində dövlət borcu görünməmiş sürətlə artır. Eyni zamanda, hökumətin xərclərinə nəzarət olunmaması fonunda dövlət borcunun sürətli artım tendensiyası da davam edir. ABŞ ekspertləri özləri də bildirir ki, bütün bunlar olduqca dəhşətli rəqəmlərdir. Müqayisə üçün deyək ki, dünyanın fiziki cəhətdən mövcud bütün qızıl və gümüşünün pulla ifadəsi təxminən 14 trilyon dollara yaxındır, ABŞ-ın borcu isə bundan 8 trilyon çoxdur. Dünya üzrə bir il ərzində neft ixracından əldə edilən gəlir ABŞ-ın dövlət borcundan 25 dəfə azdır. Səudiyyə Ərəbistanı Vaşinqtonun xeyrinə bütün neft qazancından imtina eləsə, o zaman borcların tam qayratılması üçün təxminən 150 il vaxt lazımdır. ABŞ-ın 500 nəhəng şirkətinin satılması belə bu borcu ödəməyə kifayət etmir. Araşdırmalar göstərir ki,

ABŞ dövlət borcunun yaranmasının səbəbi büdcə gəlirləri xərclərdən az olduğu üçün dövlətin qiymətli kağızlarını tədavülə buraxaraq maliyyələşməni həyata keçirməsidir. Belə ki, büdcəyə daxilolmalar vergi, rüsum və digər birbaşa transferlərdən ibarət olduğu halda, xərclərin qarşılanması üçün bu vəsait kifayət etmir. Yəni faktiki olaraq, vergi və rüsum kimi vergi ödəyicilərindən toplanaraq maliyyələşməli olan proqramlar uzunmüddətli borc qiymətli kağızlarının satılması ilə maliyyələşir. Dövlət borc qiymətli kağızları dünya bazarında tədavülə buraxılır və ölkələr, hüquqi şəxslər və digər banklar istədiyi qədər borc qiymətli kağızı əldə etmək üçün ABŞ hökümətinə qiymətli kağızların bazar dəyərini ödəyir. Əlbəttə ki, bu dövlət borc qiymətli kağızları investorlara müəyyən faiz gəliri də qazandırır. Amma ABŞ-ın artan borcu fonunda  investorlar tədricən Amerikanın qiymətli kağızlarına sərmayə yatırmaqdan imtina edir. İndilikdə isə ABŞ-da Mərkəzi Bank rolunu oynayan  FED-lə hökumət arasında baş verənlər də ABŞ-ın borcunun əhəmiyyətli dərəcədə artmaqda davam edəcəyini göstərir. Məsələ burasındadır ki, digər ölkələr FED-dən borclana bilmir və dollar əvəzində müəyyən xidmət və ya əmtəə, məhsul verməlidirlər. Məhz bu halda FED onlara dollar borcu verir. ABŞ höküməti isə bu barədə çox sərbəstdir. ABŞ höküməti kağız əskinasları almaq üçün qiymətli kağız tədavülə buraxır və faktiki olaraq kağız pulun arxasında heç bir əmtəə dayanmır. Sadə izah etsək, dollar çap etmək üçün FED-ə yalnız çap maşını, ABŞ hökümətinə isə FED-ə verəcəyi borc qiymətli kağız lazımdır. Özü də bu alış-verişin bir limiti görünmür. ABŞ höküməti borcunu ödəyə bilməsə də, yenə qiymətli kağız buraxaraq FED-dən dollar ala bilər. Məhz bu fonda da ABŞ hökümətinin dövlət borcu sürətlə artır. Amma proseslərin bu səpkidə inkişafı artıq investorlarda ciddi narahatlıq yaradır. Elə bu səbəbdən ABŞ-ın qiymətli kağızlarından qurtulmaq istəyən investorların sayı artır.

Ümumiyyətlə, son dövrlərdə ABŞ-ın dövlət borcu və iqtisadi inkişafı investorların xüsusi diqqət mərkəzindədir. ABŞ-da baş verənlər fonunda bazarın əksər iştirakçıları dollar üzrə satış mövqeyindədir. Onların fikrincə, dollarda sürətli məzənnə enişi yaşana bilər. Həmçinin, ABŞ-ın bəzi ölkələrə qarşı iqtisadi savaşı da duruma təsir edir. Məsələn, Çin, Rusiya kimi ölkələr ABŞ-dan aldıqları qiymətli kağızları satır. Bu ölkələrin və digərlərinin istiqraz satışından əldə etdiyi dollar kütləsini satışa çıxaracağı və bu yolla Amerika valyutasının məzənnəsini zəiflədəcəyi gözlənir. Bir sıra ərəb ölkələri də ABŞ qiymətli kağızlarından xilas olmağa çalışır. Əsas səbəb isə ABŞ-ın borcu və bu ölkə iqtisadiyyatında baş verçənlərdir. Hadisələrin bu səpkidə inkişafı isə dollar imperiyasının qısa müddətdə çökməsini və Amerika milli valyutasının sürətlə dəyər itirməsini istisna etmir. Qeyd edilənlər fonunda qarşıdakı dövr ərzində manatın dollar qarşısında artıq müəyyən qədər dəyər qazanması qaçılmaz sayılır. Düzdür, bunu şərtləndirən səbəb təkcə ABŞ-da baş verənlər deyil. Azərbaycanda idxalın getdikcə azalması, ixracın artması da dolların mövqeyini zəiflədir. Bu gedişlə dollara tələbin, sifarişin daha da azalacağı gözlənir. Bu da, təbii ki, manatın məzənnəsinin möhkəmlənməsinə təsir göstərir. Eyni zamanda, ölkəyə daxil olan dollar kütləsinin sürətli artımı da prosesə təsir edir. Dollarla yanaşı, avronun da manata nisbətdə müəyyən qədər dəyər itirməsi müşahidə olunur. Ümumiyyətlə, son dövrlərdə dünya maliyyə bazarlarında avronun əhəmiyyətli dərəcədə ucuzlaşması müşahidə olunur. Avropa iqtisadiyyatında baş verənlər səbəbindən hesab olunur ki, avro bazarda uzun müddət təzyiq altında qalmaqda davam edəcək. Bu hal manatın avroya nisbətdə də bahalaşmasını şərtləndirir. Dollar və avro ilə yanaşı, manat digər valyutalara nisbətdə də mövqeyini qoruyur və bu prosesin hələ uzun müddət məhz bu səpkidə inkişafı gözlənir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ