Cümə günü, 16 oktyabr 2026
     

Tramp və Çin lideri güzəştlərsiz bir-birinin üzərinə yeriməyə qərar verdi…

Image


Dünyanın iqtisadi gündəmində getdikcə daha çox narahatlıq mənbəyinə çevrilən məqamlardan biri də ticarət müharibələri ilə bağlıdır. Çünki bu hal beynəlxalq iqtisadi nizamı dağıdan əsas faktorlardan biri sayılır. İndilikdə isə görünən budur ki, ABŞ və Çin arasında qeyd olunan xüsusda ziddiyyətlər getdikcə kəskinləşməkdə, qlobal iqtisadiyyatı sarsıtmaqdadır.

Buna rəğmən, tərəflərdən heç biri hələ də mövqeyindən geri çəkilməyi düşünmür. Belə ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Pekinlə ticarət müqaviləsi bağlamağa hazır olmadığını bildirib: “Onlar, yəqin ki, təkrar nəzərdən keçirməyi qərara almazdan əvvəl bizim irəli sürdüyümüz şərtlər əsasında müqavilə bağlamaq istərdilər. Onlar müqavilə bağlamaq istəyə bilərlər, ancaq biz onlara güzəştə getməyə hazır deyilik”. Amerikalı lider rəsmi Pekinə təhdid ismarıcı göndərib. Trampın sözlərinə görə, ABŞ-da Çin məhsullarına tətbiq olunan idxal rüsumları çox asan və əhəmiyyətli dərəcədə artırıla bilər.

ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer belə bir vaxtda bildirib ki, artıq Donald Tramp təxminən 300 milyard dollarlıq Çin mallarına illik rüsumların artırılmasını tapşırıb: “Daha əvvəl biz ABŞ prezidentinin göstərişi ilə təxminən 200 milyard dollarlıq Çin mallarının idxalına qoyulmuş tariflərin səviyyəsini 10 faizdən 25 faizə qədər artırdıq. Prezident, həmçinin, bizə Çindən qalmış, təxminən 300 milyard dollar qiymətləndirilən bütün idxal rüsumlarının artımı prosesinə başlamaq barədə göstəriş verib”.

Çin də geri çəkilmək niyyətində deyil. Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan bildirir ki, ABŞ ticarət müharibəsini davam etdirmək istəsə, Çin qələbəyə qədər mübarizə aparacaq: “Əvvəlki təcrübə Çinin ticarət müharibəsi istəmədiyini, lakin ondan qorxmadığını göstərdi. Kim evimizin kandarında müharibə etmək istəsə, biz qələbəyədək mübarizə aparacağıq”. Qen Şuan ABŞ-ın vəziyyəti obyektiv qiymətləndirəcəyinə və Çinin öz maraqlarını qorumaqda qətiyyətli olduğunu anlayacağına ümidini ifadə edib.  Belə vəziyyətdə maraq doğuran məqamlardan biri baş verənlərin digər dünya ölkələrinə, o cümlədən Azərbaycana mümkün təsirləri ilə bağlıdır. Bu xüsusda indi müxtəlif fikirlər səslənir. Məsələn, Pekin İctimai Elmlər Akademiyasının Beynəlxalq Münasibətlərin Öyrənilməsi İnstitutunun eksperti Dmitri Belyakov bildirir ki, postsovet ölkələri, o cümlədən Azərbaycan ABŞ və ümumiyyətlə Qərbin Çinə təzyiqindən faydalana biləcək: “Çinlə ABŞ arasında iqtisadi əlaqələrin kəskinləşdiyi aydındır. Hazırda belə vəziyyət hər iki ölkəyə sərf edir, çünki bu, ABŞ prezidenti Donald Trump və Çinin sədri Si Tsinpinin öz ölkələrinin daxili məsələlərini həll etməsinə imkan verir. Çin ictimaiyyəti monolit deyil, orada müxtəlif klan qruplaşmaları mövcuddur. Həmçinin, Çinin ABŞ-la dost olmasını dəstəkləyən qruplar da var”. Ekspertin fikrincə, arxasında Si Tsinpinin dayandığı bu qruplara görə, sözsüz ki, ABŞ-la olan qarşıdurma zamanı öz simasını itirmək və hansısa şəraitdə güzəştə getmək olmaz. Çünki amerikalılar danışıqlar aparmır və qarşısındakına manevr etməyə imkan verməyərək öz iradəsini təlqin edir: "Çin artıq mümkün olduğu qədər məsələləri dinc yolla həll etməyə cəhd göstərib. O, Qərb şirkətlərinin maraqlarını nəzərə alan siyasət yürütməyə başlayıb. Amma Amerika tərəfi, bütün bunlara baxmayaraq, təzyiqi daha da artırmağı davam etdirir. Nəticə etibarilə, Çin müəyyən vaxtdan sonra bu siyasətindən imtina edəcək". Belyakov "Sputnik" portalına açıqlamasında qeyd edir ki,  Çin ABŞ-la kəskin münaqişəyə girmək istəmir və maksimal dərəcədə bu mərhələnin gəlməsindən çəkinir. Lakin həmin mərhələ gec-tez gələcək və bu, üçüncü ölkələr vasitəsilə baş verəcək. Bu proses Afrikadan və Ərəbistan yarımadasından logistika yolları vasitəsilə daxil olan resurslara da öz ciddi təsirini göstərəcək. Belyakovun sözlərinə görə, bununla əlaqədar olaraq, Çin rəhbərliyinin gözü daha çox Avropa İttifaqı və Mərkəzi Asiya ölkələrini, həmçinin əlverişli logistika yollarının üstündə yerləşən, iki qitə arasında körpü olan zəngin Azərbaycanı axtaracaq: "İndi ABŞ və Avropanın ABŞ-la qarşıdurma sistemi yeni şəkil almağa başlayır. Onların arasında qarşıdurma kəskinləşəcək, Çinə təzyiq artacaq. Postsovet ölkələri isə bundan öz xeyirlərinə faydalana bilər". Ekspert hesab edir ki, bu zaman milli maraqları nəzərə almaq və savadlı təkliflər etmək lazımdır.

Xatırladaq ki, Çin "Bir kəmər, bir yol"  layihəsi çərçəviəsində Azərbaycana xüsusi maraq yetirir. Pekinin 2013-cü ildə elan etdiyi "Bir kəmər, bir yol" adlı yeni iqtisadi inkişaf strategiyası, tarixi İpək Yolu üzərində yerləşən dövlətlər də daxil olmaqla, Çinin xarici ölkələrlə qarşılıqlı əlaqələrinin inkişafına və ticari-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı müvafiq infrastruktur yaradılmasına yönəlib. Bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: "İpək Yolu İqtisadi Kəməri" və "Dəniz İpək Yolu". Azərbaycan hər iki istiqamətdə Çin üçün vacib önəm kəsb edir. Əsas səbəb odur ki, Avrasiyanın mərkəzində, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan tarixi İpək Yolunun vacib ölkələrindən biri olub. Müasir dövrdə Azərbaycan beynəlxalq ticarət dəhlizlərinin yaradılmasında fəal iştirak edir. Bu fonda ölkəmizin nəqliyyat-tranzit potensialının müasirləşdirilməsi istiqamətində genişmiqyaslı işlər görülür. Bakı yük terminalı, Ələt Ticarət Limanı, ən müasir yük gəmilərinə malik Xəzər dənizindəki yük donanması, 2017-ci ildə istifadəyə verilən və Avropa ilə Çin arasında ən qısa dəmir yolu bağlantısını təmin edən Bakı-Tiflis-Qars dəmir yolu xətti bunların real təsdiqidir. Təbii ki, bu istiqamətdə dünyanın ikinci iqtisadiyyatına malik Çinlə əlaqələr xüsusi əhəmiyyətə malikdir. Dünyanın ən böyük ixracatçısı və ən böyük ikinci idxalçı ölkəsi olan Çinin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü "Bir kəmər, bir yol" strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradır.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ