Cümə günü, 16 oktyabr 2026
     

Dünya enerji bazarında qiymət tərəddüdləri Azərbaycana təsir etmir...

Image


Dünya miqyasında yaşanan geosiyasi gərginliklər fonunda diqqət mərkəzində getdikcə daha çox yer alan məsələlərdən biri də enerji resurslarının qiyməti ilə bağlıdır. Hazırda mövcud gərginliklər və açıqlanan bir sıra məlumatlarla bağlı olaraq enerji resurslarının qiymətində ciddi dalğalanmalar müşahidə olunur. Elə bu da indi bir çox ölkələr üçün ciddi problem yaradır. Dünya birjalarında, xüsusən də neftin qiymətini artıq dəqiq proqnozlaşdırmaq mümkünsüz hala gəlib. Məhz bu səbəbdən “qara qızıl”ın qiymətində indi tez-tez dəyişikliklər qeydə alınır.

Hazırda bütün bunlara əsas səbəb qlobal ticari savaşlara dair narahatlıqlar, Yaxın Şərqdə artan siyasi gərginlik, Venesuelada davamlı pisləşən vəziyyət, Rusiya və Nigeriyada neft istehsalındakı azalmaların təchizat risqləri yaratması, eləcə də Birləşmiş Ştatlarının xam neft ehtiyatlarının artmasıdır. Bazar hazırda OPEC və tərəfdaşlarının iyunda keçirəcəyi iclasa və bu iclasda neft hasilatının azaldılmasına dair sazişin müddətinin ilin sonunadək uzadılıb-uzadılmayacağına fokuslanıb. Qeyd edək ki, “qara qızıl”ın qiyməti OPEC+ koalisiyasının istehsalı azaltması fonunda bu il 40 faizdən çox artmışdı. Lakin bu artan temp son bir neçə həftədə geriləməyə başlayıb. İran ətrafında artan gərginlik isə neftin qiymətində yenidən artıma rəvac verib. Ekspertlər bu şəraitdə vurğulayır ki, iqtisadiyyatı enerji resurslarından, xüsusən də neftdən asılı olan ölkələr artıq ciddi çətinliklər yaşayır. Amma vaxtında diversifikasiyaya gedən ölkələr, məsələn, Azərbaycan üçün enerji resurslarının qiymətindəki dəyişikliklər getdikcə az əhəmiyyət kəsb edir. Çünki qeyri-neft sektorunda islahatlar artıq öz müsbət nəticələrini verir və ölkənin əsas gəlirləri məhz bu sahə üzrə formalaşır.

Azərbaycanda iqtisadi artım tempinin qorunub saxlanmasında qeyri-neft sektoru artıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoru üzrə artımlar ümumi iqtisadi artımları getdikcə üstələyir. Qeyri-neft sektorundakı artımın yüksək olmasının, iqtisadiyyatın və iqtisadi tempin dayanıqlılıq göstərməsinin nəticəsidir ki, dünya enerji bazarında yaşananların Azərbaycana təsiri minimal həddə enir. O da məlumdur ki, növbəti dövrdə də qeyri-neft sektorunun inkişafı prioritet olacaq. Bu, makroiqtisadi göstəricilərdə neftin payının azalmasına və neftdən asılılığın aradan qaldırılması prosesinin sürətlənməsinə imkan verəcək. Bütövlükdə, qeyri-neft sektorunda aparılan islahatlar nəticə etibarı ilə enerji resurslarından asılılığı daha sürətlə azaldır. Bütün bunlar həm də o deməkdir ki, qarşıdakı dövrdə dünya enerji bazarlarında baş verənlərin Azərbaycana təsiri hər hansı ciddi əhəmiyyət daşımayacaq. Amma Bakı bu bazarda baş verənləri enerji ehtiyatlarının mühüm ixracatçılarından biri kimi xüsusi diqqət mərkəzində saxlayır. Hazırda dünyada baş verən geosiyasi və hərbi gərginliklər, bir çox neft ölkəsində və ya ətrafında baş verən narahatlıqlar neft qiymətlərində kəskin bahalaşmanı istisna etmir. Çünki Venesuela ətrafında baş verən məsələlər öz həllini tapmayıb və bu ölkədə neft hasilatı kəskin aşağı düşüb. ABŞ sanksiyalarına görə Venesuelada neft satışı minimuma enib. İrana qarşı sanksiyalar daha da sərtləşib. İran öz tarixində ən az neft ixrac etdiyi dövrə qədəm qoyub. Sanksiya ilə bağlı may ayından bəri İranın neft ixracatı 500 min barrelə düşüb. Halbuki, İranın 3,5 milyon barrel ixracat potensialı var. Liviya ətrafında çox gərgin proseslər gedir. Liviyada da gündəlik potensial hasilat 1,8-2 milyon barrel civarındadır, amma heç bunun yarısı reallaşmır. Çinlə ABŞ arasında baş verən ticarət müharibəsi dünya ticarətinin zəifləməsinə və dolayısı ilə istehsalın azalmasına səbəb olmaqdadır. Bu da enerji resurslarının qiymətini yüksəldəcək faktorlar sırasındadır.Yəni hazırda neft qiymətlərini qaldıra biləcək amillər əsasən siyasi və hərbi faktorlarla bağlıdır. Xüsusən də ABŞ və İranın bir-birinə qarşı artan güc nümayişi real savaşa çevrilərsə, bu halda neftin qiymətinin asanlıqla 100 dollarlıq həddə çatması proqnozlaşdırılır.

İndilikdə ABŞ bölgəyə əlavələr cəmləşdirməkdə davam edir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək çinli nümayəndəsi Mürtəza Qurbani isə buna lazımi cavab veriləcəyini bildirir. Onun sözlərinə görə, İran məxfi silahının yardımı ilə Fars körfəzində ABŞ-ın hərbi gəmilərini dənizin dibinə göndərə bilər: "Düşmən Fars körfəzində ən kiçik ağılsızlığa yol verərsə, biz iki məxfi silahımızın köməyilə ABŞ-ın bütün ekipajını təyyarədaşıyan gəmilərlə dənizin dibinə göndərəcəyik". Bunlar fonunda Rusiyanın “Svobodnaya pressa” internet nəşri  yazır ki, Yaxın Şərq üçüncü dünya savaşına yaxındır: “Yaxın Şərqdə savaş başlanması təhlükəsi gerçəkdən də gerçəkdir. Amerika gəmilərinin İran ərazisinə niyə yaxınlaşdığı aydın deyil, amma əməliyyat-taktiki silahların zərbəsinin hədəfi ola bilər. Nəticə kimi, Pentaqon öz qüvvəsini Fars körfəzinə cəmləşdirib ki, İranın hərbi cavab hərəkətini törətsin. Fars körfəzində baş verənlər “fəlakətin məşqi”dir. Yaxın Şərq ABŞ-ın bu dəfə İrana qarşı hazırladığı böyük savaşın kölgəsindədir”. Belə vəziyyət neft qiymətlərinin bahalaşmasına hazırda təsir göstərən əsas faktordur. Hesab edilir ki, hərbi-siyasi gərginliklər tam aradan qalxmasa, neft qiymətlərinin daha kəskin bahalaşması ehtimalı yüksəkdir. Digər tərəfdən, gələn ay OPEC+ dövlətlərinin iclasında qəbul ediləcək qərar da qiymətlərə əhəmiyyətli dərəcədə təsir göstərmək iqtidarındadır. Xatırladaq ki, OPEC+ Nazirlərin Birgə Monitorinq Komitəsinin son iclasında neft bazarı və makroiqtisadi inkişafın cari vəziyyətini təhlil edərək ticarət danışıqları, geosiyasi problemlər kimi ciddi qeyri-müəyyənliklərin mövcudluğu şəraitində iyun görüşünədək neft bazarının, xüsusilə də neft ehtiyatlarının monitorinqi və təhlilinin davam etdirilməsi məsləhət görülüb. İyunda keçiriləcək toplantıda hasilatın azaldılması ilə bağlı qərarın qəbul olunması qiymətləri xeyli yüksəldə bilər.

Qeyd edək ki, Nazirlərin Birgə Monitorinq Komitəsinin 15-ci iclasının iyunda Vyanada keçirilməsinə qərar verilib.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ