Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanın təklif etdiyi format dünya neft qiymətlərini uğurla tənzimləyir

Image


Dünya neft bazarında son günlərdə baş verən proseslər yenidən diqqəti bura yönəldib. Belə ki, son günlərə qədər neft qiymətlərində qeydə alınan sürətli artım ABŞ-ı ciddi narahat etdiyindən, prezident Donald Tramp məsələyə müdaxilə etdiyini açıqladı. Belə ki, ötən həftə ABŞ prezidenti OPEC-ə neftin qiymətini aşağı salmaları üçün müraciət etdiyini deyib: “Neftin qiyməti aşağı düşəcək. OPEC-ə müraciət etdim və neftin qiymətini aşağı salmalarının vacibliyini söylədim”.

ABŞ prezidentinin bu açıqlamasından sonra isə neftin qiyməti ucuzlaşmağa başlasa da, bu, müvəqqəti xarakter aldı. İrandan neft alışının dayandırılması istiqamətində ABŞ-ın atdığı addımlar, Venesuelada gərginləşən vəziyyət fonunda neft qiyməti yenidən artıma keçib. İran ordusunun baş qərargah rəisi Məhəmməd Baqerinin açıqlamaları da prosesə təsirsiz ötüşməyib. O bildirib ki, Hörmüz boğazından İran nefti keçməyəcəksə, başqalarının da nefti keçməyəcək. Bu fonda ABŞ-İran qarşıdurmasının artım ehtimalı neft qiymətlərinə təsir göstərməyə başlayıb. Hazırda dünya birjalarında neftin qiyməti yenidən artmıa keçib. “Brent” markalı neftin bir barrelinin qiyməti 0,76 dollar artaraq 72,8 dollar təşkil edib. Azərbaycan neftinin də qiyməti bahalaşır. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,02 dollar artaraq 75,55 dollar təşkil edib.

Ekspertlər isə bildirir ki, ABŞ-ın istəyinə rəğmən, OPEC özü də qiymətlərin ucuzlaşmasında maraqlı deyil. Əksinə, qiymətlərin bir qədər də yüksəlməsi üçün qurumun müəyyən gedişlər etməsi, hasilatı azaltması belə istisna deyil. Qeyd edək ki, artıq bu xüsusda OPEC+ formatı uğurlu şəkildə fəaliyyət göstərir və onun işində ən yaxından iştirak edən ölkələrdən biri də Azərbaycandır. Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə toxunan prezident İlham Əliyev qeyd edib: “Bakıda bizim təşəbbüsümüzlə OPEC+ görüşü keçirilmişdir. Bildiyiniz kimi, Azərbaycan nəinki bu təşəbbüsün iştirakçısıdır, hətta bu təşəbbüsün, - əgər belə demək mümkündürsə, - müəlliflərindən biridir. Çünki OPEC-in baş katibinin Bakıda olan zaman açıqlaması bunu göstərir. Mən bunu özüm heç vaxt demirdim. Ancaq o bunu rəsmi qaydada bildirdi ki, hələ 2016-cı ildə Davos Ümumdünya İqtisadi Forumunda çıxış edərkən, paneldə suala cavab verərkən demişdim ki, neftin qiymətinin tənzimlənməsi üçün ən məqbul variant OPEC və iri qeyri-OPEC ölkələrinin birgə fəaliyyətidir. Onlar razılığa gəlməlidirlər ki, neftin qiyməti sabit qalsın. Hasilat aşağı düşməlidir və hər kəs buna əməl etməlidir. Ancaq o halda neftin qiyməti qalxa bilər. Əgər o vaxt neftin qiyməti təqribən 30 dollar ətrafında idisə, bu gün bu, 70 dollar ətrafındadır. Yəni, burada da Azərbaycan öz töhfəsini verir. Bizim dəvətimizlə OPEC və qeyri-OPEC ölkələrinin görüşü Bakıda keçirilmişdir. Adətən bu görüş OPEC-in mənzil-qərargahında keçirilir, bəzi hallarda başqa ölkələrdə, o cümlədən Bakıda”.

Hazırda Azərbaycanın təşəbbüsü ilə yaranan OPEC+ formatı neft qiymətlərinin tənzimlənməsində kifayət qədər mühüm rol oynayır. Bu arada xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin beşinci görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, yanvardan etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Sazişin müddəti iyunda başa çatır. Amma qiymətlərin tənzimlənməsi məqsədilə sazişin müddətinin uzadılması da gözlənilir.

Məhşur “BNP Paribas SA” bankının ekspertləri də bu fikirdədirlər ki, OPEC-ə üzv dövlətlər və tərəfdaşları neft istehsalının azaldılmasına dair sazişin müddətini ilin sonuna kimi artıra bilər. Qeyd olunur ki, hazırda investorlar mayın 2-də müddəti bitəcək olan ABŞ-ın İrandan neft alan ölkələrə tətbiq etdiyi güzəştə OPEC və müttəfiqlərinin necə reaksiya verəcəyini qiymətləndirməyə çalışır. Ağ Evdən edilən şərhə görə, digər istehsalçılar İran nefti ilə bağlı yaranacaq tədarük çatışmazlığını aradan qaldırmağa qadirdir. Lakin ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı bununla bağlı daha tez reaksiya verməkdə maraqlı görünmür. Beynəlxalq Valyuta Fondunun  məlumatları da göstərir ki, Səudiyyə Ərəbistanının builki büdcəsini tarazlaması üçün neftin qiymətinin 85 dollaradək artması lazımdır. “BNP Paribas SA”ya görə, OPEC və müttəfiqlərinin iyundakı toplantıda neft hasilatının azaldılması ilə bağlı sazişin müddətini ilin sonunadək artırmaları üçün yaxşı fürsət var. Elə Rusiya prezidenti Vladimir Putin də bildirir ki, ABŞ-ın istəklərinin əksinə olaraq, OPEC-in istehsalla bağlı məhdudiyyətdən imtina etməsi ehtimal olunmur. O, OPEC-ə üzv ölkələrin istehsalı azaltmaqla bağlı sazişi tərk etməyi qiymətləndirdikləri barədə heç bir məlumatı olmadığını və belə bir qərarın alınmasının ehtimal edilmədiyini bildirib: “Qlobal neft bazarının ABŞ-ın İrana qarşı sanksiyalarına necə cavab verəcəyini isə deyə bilmərəm. Ümid edirəm ki, Səudiyyə Ərəbistanı İranın ixracı ilə bağlı mümkün azalmanı kompensasiya etmək üçün öz istehsalını artırmayacaq. OPEC-ə üzv ölkələrin mövcud razılaşmadan imtina edəcəkləri ehtimal olunmur”. Məhz bu vəziyyətdə neft qiymtələri yenidən yüksəlişə keçib.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ