şənbə günü, 17 oktyabr 2026
     

Azərbaycan Türkmənistan üçün Avropaya qaz yolunu açsa da… ABŞ eksperti başqa bir maneədən danışdı…

Image


İlham Şaban: “Qaz alıcıları konkret müəyyənləşmədən, qiymət razılaşdırılmadan boru xəttinin çəkilməsi risqlidir”

 

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” gələcəkdə genişlənəcəyi təqdirdə Türkmənistan, Qazaxıstan və İran mümkün əlavə mənbə olacaq. Bunu mətbuata açıqlamasında “International Market Analysis LTD” şirkətinin direktoru, məşhur ekspert Ariel Koen deyib.

Adıçəkilən ölkələrin “Cənub Qaz Dəhlizi”nə qoşulması perspektivindən danışan ekspert Trans-Xəzər qaz kəməri layihəsi ilə bağlı bir sıra məqamlara toxunub: “Uzun müddət Trans-Xəzər qaz kəmərinin tikintisi layihəsinin tərəfdarı olmuşam. Amma təəssüf ki, Xəzər regionunda hazırkı şərtlər dənizin dibi ilə boru çəkməyə imkan vermir. Əgər Aşqabad və Bakı razılığa gəlsələr və Rusiya ilə İran müdaxilə etməsələr, bu, əla layihə ola bilər. Çünki boru kəmərinin uzunluğu elə də çox deyil və Türkmənistanda bu kəmərlə qaz nəql etmək üçün kifayət qədər qaz ehtiyatı var. Türkmənistan qaz ehtiyatına görə dünyada dördüncü ölkədir”.

Ekspert əlavə edib ki, Qazaxıstan və İranla bağlı vəziyyət daha qəlizdir, çünki İranın şimaldakı ehtiyatları çox deyil, Qazaxıstan isə hazırda qazı daxili tələbat üçün istifadə edir, bundan başqa, ölkə qazı Mərkəzi Asiya-Çin qaz kəməri ilə Çinə ixrac edə bilər: “Əgər Qazaxıstanda iri qaz ehtiyatları aşkar olunsa və ölkə Trans-Xəzər qaz kəmərində iştirak üçün investor tapsa, o zaman bu boru kəməri ilə daha çox qaz nəql oluna bilər”.

Onun sözlərinə görə, hazırda Avropada qaza daha çox tələbat var: “Mən Avropanın enerji mənbələri ilə təmin olunması baxımından Türkmənistanı birinci, Qazaxıstanı ikinci və sanksiyalardan azad olunacağı və şimalda qaz ehtiyatları aşkar edəcəyi təqdirdə, İranı üçüncü sırada görürəm”.

O da məlumdur ki, Xəzərin statusu ilə bağlı razılıq əldə olunandan sonra Türkmənistan qazının Avropa bazarına çıxarılması ilə bağlı gözləntilər artır. Avropa İttifaqı bununla bağlı bir sıra təşəbbüslər göstərib. Əsas məsələ odur ki, Türkmənistan bununla bağlı səylərini artırsın. ABŞ Prezidenti Donald Tramp da Novruz bayramı münasibətilə Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədova göndərdiyi təbrik məktubunda yazıb ki, Xəzər dənizinin hüquqi statusu artıq müəyyən edildiyindən, Türkmənistanın öz qazını Qərbə ixrac etmək üçün mövcud imkanlardan istifadə edəcəyinə ümidlidir. Təbii ki, bu da yalnız Trans-Xəzər vasitəsilə reallaşdırıla bilər. Çünki ən uyğun variant sözügedən kəmərin tikilməsidir. O baxımdan, Ariel Koenin Trans-Xəzərlə bağlı səsləndirdiyi fikirləri ekspertlər necə dəyərləndirirlər?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, A.Koen regionu yaxşı bilən ekspert olsa da, bəzi məsələlərlə bağlı tələskənliyə yol verir: “Onun məlum yanaşması bir qədər reallıqdan uzaqdır. Niyə? Ona görə ki, təkcə boru kəmərini tikməklə məsələ bitmir. Tutaq ki, Azərbaycanla Türkmənistan bu kəməri tikdilər, bəs sonra? Ona görə də əvvəl Avropada Türkmənistan qazını alacaq dövlət və şirkətlər müəyyən olunmalıdır. Özü də həmin qazı onları qane edəcək qiymətə alsınlar. Ən nəhayət, tranzit ölkələri razı salacaq qiymət təklif olunmalıdır. Yalnız bütün bu razılaşmalar əldə ediləndən sonra Trans-Xəzər boru kəmərini çəkmək olar. Ancaq sadaladığım məsələlərlə bağlı ortada heç bir iş yoxdur. Bu faktorlar həll edilmədən, boru kəmərindən danışmaq tezdir. Qaz alıcıları konkret müəyyənləşmədən, qiymət razılaşdırılmadan boru xəttinin çəkilməsi risqlidir. Kəmərin tikintisini təkcə Rusiya və İranın siyasi razılığı ilə əlaqələndirmək doğru deyil. Bəziləri fikirləşə bilər ki, Avropa Rusiyadan qaz asılılığını Türkmənistan hesabına azaltmaq istəyir. Ancaq nəzərə almaq lazımdır ki, Rusiyanın təklif etdiyi qazın qiyməti Türkmənistanın təklif etdiyi qiymətdən ucuzdur. Türkmənistan qazın min kubmetrini 400 dollardan aşağı satmaq fikrində deyil. Başqa bir tərəfdən, havaların mülayim keçməsi ilə əlaqədar 2017-ci illə müqayisədə 2018-ci ildə Avropanın qaz istehlakı 2 faiz aşağı düşüb. Qaz istehlakı bu ilin 3 ayı ərzində də azalıb. Ona görə də tələsik hansısa proqnozların verilməsini doğru hesab etmirəm. Nəzərə almaq lazımdır ki, Avropada avtomobillərin sayı 3 dəfə artsa da, son 30 ildə benzin istehlakı artmır. Ona görə ki, ən müasir texnologiyalardan istifadə edilir. O baxımdan hesab edirəm ki, bu kimi faktorlar nəzərə alınmalıdır”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ