Cümə günü, 16 oktyabr 2026
     

Martın 6-da Azərbaycan İran körfəzini Avropaya dəmir yolu ilə bağlayacaq…

Image


Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli layihələrin qarşıdakı dövr ərzində ölkənin ixrac imkanlarının əhəmiyyətli dərəcədə artmasında mühüm rol oynaması gözlənir. Xüsusən də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin həyata keçməsindən sonra Azərbaycan öz məhsullarını həm Fars körfəzi ölkələrinə, həm də artıq Avropa istiqamətində daha sərfəli qiymətlərlə çıxara biləcək.

Məhz belə bir vaxtda bəlli olub ki, martın 6-da istismara veriləcək Qəzvin-Rəşt dəmir yolu, İranın iki şəhəri ilə yanaşı, İranla Azərbaycanın dəmir yolları sistemlərinin birləşməsində də vasitə olacaq. Bunu təsdiqləyən İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami bildirib ki, beynəlxalq əhəmiyyətə malik olan bu yolun çəkilişi İranın Astara şəhərinə kimi davam edəcək və Azərbaycanın dəmir yollarına birləşəcək: “Artıq İranın Astara şəhəri ilə Azərbaycanın Astara şəhərini birləşdirən dəmir yolu xətti istifadəyə verilib. Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsasını təşkil edərək Fars körfəzi ilə Şimali Avropanı birləşdirəcək. Cənub-Şərqi Asiya ölkələrindən Avropaya göndərilən yüklər İran və Azərbaycan ərazisindən tranzit keçərək Avropaya çatdırılacaq. “Şimal-Cənub” dəhlizinə daxil olan yollar təkcə iştirakçı dövlətlərə deyil, bütün regiona fayda verəcək”.

Qeyd edək ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin əsas komponentini təşkil edən Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu həm də Fars körfəzi ilə Avropanı birləşdirəcək. Bütün bunlar yükdaşımalardan Azərbaycanın daha böyük gəlir əldə etməsinə gətirib çıxaracaq. Digər tərəfdən, həmin dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra İranla Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 2 milyard dollara çatacaq.  Rəsmi Tehran özü də bəyan edir ki Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) yeni dəmir yolu layihəsi Azərbaycanın və İranın tranzit imkanlarını dəfələrlə artıracaq. Xüsusi olaraq vurğulanır ki, İran Azərbaycanın dəmir yolu vasitəsilə Qərb ölkələrinə və Asiyanın böyük bir hissəsinə yeni çıxış yolları əldə edəcək. Yeni dəmir yolu xəttilə İranın polad magistrallarına qoşulmaq imkanı qazanan Azərbaycanın isə Fars körfəzinə və Şərq ölkələrinə birbaşa çıxışı olacaq. Bununla hər iki ölkə öz məhsulları üçün yeni bazarlar əldə edəcək. Amma yuxarıda qeyd olunduğu kimi, Azərbaycan  “Şimal-Cənub” nəqliyyat dəhlizinin işə düşməsi ilə təkcə Fars körfəzinə və Şərq ölkələrinə birbaşa çıxış əldə etməyəcək. Ölkəmiz, həmçinin, Avropa istiqamətində də öz məhsullarını daha sərfəli şəkildə daşıya biləcək. Çünki artıq bilindiyi kimi, “Şimal-Cənub” əttinin Rusiyadan sonra Belarus vasitəsilə Avropaya kimi uzanması da gündəmdədir. Hazırda Belarus Dəmir Yolları Minsk-Bakı marşrutu üzrə konteyner qatarının buraxılması ilə bağlı layihə üzərində Rusiya Dəmir Yolları və "Azərbaycan Dəmir Yolları"  ASC ilə "Şimal-Cənub" dəhlizinin inkişafı çərçivəsində birgə iş aparır. Məlumata görə, Belarus Dəmir Yolları üçün əsas strateji istiqamətlərdən biri milli məhsulların ixrac-idxal daşımalarının inkişafıdır. Bu layihənin 2019-cu ildə reallaşdırılması planlaşdırılır. Elə bu fonda Minsk “Şimal-Cənub” dəhlizindən istifadəyə xüsusi diqqət yetirir.  Burada onu da xatırladaq ki, Minsk-Bakı dəmiryol marşrutunun uzunluğu 3 min kilometrdir. Lakin bu xətdən fəal istifadə həm Minskin, həm də Bakının marağındadır. Çünki gələcəkdə Belarus nəinki İran, eləcə də Türkiyə istiqamətində yüklər daşımaq niyyətindədir. Bakı isə Belarus vasitəsilə yüklərini Avropa bazarlarına daha sərfli şərtlərlə çıxarmağı düşünür.

Xatırladaq ki, "Şimal-Cənub" dəhlizi digər marşrutlarla müqayisədə məsafənin qısalığına və yüklərin daşınma müddətinə görə 2-3 dəfə sərfəlidir. Əgər yükləri dəniz yolu ilə Fars körfəzi-Süveyş kanalı-Aralıq dənizi-Baltik dənizi marşrutu üzrə Helsinkiyə 45-60 günə çatdırmaq mümkündürsə, "Şimal-Cənub" dəhlizi vasitəsilə 20-25 günə çatdırmaq mümkündür. Bütün bunları həm Belarus, həm də Azərbaycan nəzərə alır.

Digər tərəfdən, “Şimal-Cənub” nəqliyyat dəhlizi tranzit baxımından da ölkəmizə böyük gəlirlər vəd edir.  Belə ki,  “Şimal-Cənub” Çin və Hindistan mallarının daha çox həcmdə Azərbaycan üzərindən daşınmasına təkan verəcək. Çünki Çin və Hindistan məhsullarını İranın Çabahar limanına, buradan da “Şimal-Cənub” dəhlizinə yönləndirməyi düşünür. Çin və Hindistanla yanaşı, Cənub-Şərqi Asiyanın digər ölkələri də bu xətdən istifadə etməklə Avropa ilə ticarət əlaqələrini genişləndirmək istəyir. Həmin ölkələrdən ixrac olunan malların Azərbaycan və Rusiya ərazilərindən Avropaya və əks istiqamətə daşınması nəzərdə tutulub. Məhz bu vəziyyət ölkəmizə qarşıdakı dövr ərzində böyük dividendlər vəd edir.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ