şənbə günü, 17 oktyabr 2026
     

Dünyanın iqtisadi güc mərkəzlərinin diqqəti Azərbaycana yönəlir

Image


Bu gün dünya iqtisadiyyatında xüsusi yer tutan ölkələrin öz aralarında ticarət münasibətlərini daha da inkişaf etdirmək niyyətlərinin getdikcə daha çox ön plana çıxması müşahidə olunur. Belə vəziyyətdə diqqət çəkən əsas məqamlardan biri həmin ölkələr arasında yükdaşımaların həcminin artırılması ilə bağlıdır.

Real vəziyyətin təhlili göstərir ki, iqtisadi güc mərkəzləri arasında yükdaşımaların artımı fonunda ən çox gəlir əldə edən ölkələrdən biri Azərbaycan olacaq. İlk növbədə o baxımdan ki, yeni nəqliyyat dəhlizlərinin keçdiyi əsas ölkələrdən biri məhz Azərbaycandır. Məsələn, Bakı Limanı Çinin “Bir kəmər - bir yol” strategiyasında mühüm rol oynayır. Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycandan keçən Çin yüklərinin həcmi artmağa başlayıb.

Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri sayılan Hindistanın, eləcə də Rusiyanın Azərbaycan üzərindən daşıdıqları yüklərin həcmi sürətlə artır. Bu xüsusda "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin xüsusi çəkisi də durmadan yüksəlir. Yeri gəlmişkən qeyd edək ki, məhz belə bir vaxtda Rusiyanın “RJD Logistika” səhmdar cəmiyyəti və Hindistanda dəmiryol konteyner daşımaları üzrə ən iri operator olan CONCOR “Şimal-Cənub” dəhlizində servislərin inkişafı barədə razılığa gəlib. “RJD Logistika” və CONCOR arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, beynəlxalq nəqliyyat dəhlizlərindən, o cümlədən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindən istifadə edilməklə Rusiya və Hindistanın birgə logistika layihələrinin inkişaf etdirilməsi imkanlarının öyrənilməsi nəzərdə tutulur. Əldə edilmiş razılaşmaya görə, tərəflər Rusiya-Hindistan logistika əməkdaşlığının genişləndirilməsi üzrə birgə işi təşkil etmək, ölkələr arasında konteyner daşımaları sahəsində perspektivli layihələri inkişaf etdirmək, habelə, nəqliyyat operatoru “RJD Loqistika” olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi marşrutunun səmərəsinin daha da artırılmasına yönəlmiş keyfiyyətli logistik servislər hazırlamaq niyyətindədir.

Xatırladaq ki, 2018-ci ilin noyabr ayında Azərbaycan, Rusiya və İran “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə yükdaşımaların artırılması və müvafiq monitorinq sisteminin inkişaf etdirilməsi üçün işçi qrup yaradılması barədə razılığa gəlib. Bundan başqa, Hindistan İran və Azərbaycan vasitəsilə də yüklərini dünya bazarlarına çıxarmaq planı üzərində işləyir. Hətta ABŞ-ın iqtisadi sanksiyalarına baxmayaraq, Hindistanın Mumbai və İranın Çabahar liman şəhərləri arasında gəmi reysi istifadəyə verilib. 2 həftədə bir dəfə yük gəmisi konteynerləri Hindistandan İrana daşıyacaq.

İranın Çabahar limanının rəhbəri Bəhruz Ağayi bildirib ki, ilk reys artıq həyata keçirilib və Mumbaidən Çabahara 3 min 700 konteyner daşınıb. Qeyd edək ki, İranın Fars körfəzi sahilindəki Bəndər Abbas limanı ilə yanaşı, Çabahar limanı da “Şimal-Cənub”  dəhlizinin formalaşmasında mühüm rol oynayır. Hindistanla yanaşı, Cənub Şərqi Asiya ölkələri Avropa ilə məhz bu dəhliz vasitəsilə iqtisadi və ticarət əlaqələrini genişləndirmək niyyətindədir. Belə olan halda Cənub Şərqi Asiya ölkələrindən yüklər Çabahara daxil olacaq, oradan isə qatarla Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə Rusiya və Avropaya daşınacaq. Yüklərin əks istiqamətdə də bu yolla daşınması Azərbaycanın nəqliyyat yollarının kəsişmə məntəqəsinə çevriləcəyinə şübhə yaratmır.

Artıq İranla Azərbaycanın Astara şəhərlərini birləşdirən dəmir yolu istifadəyə verilib. İran Rusiya ilə idxal-ixrac əməliyyatlarını bu yolla həyata keçirir. Çabaharın yük aşırımının artması isə Azərbaycan ərazisindən tranzit yükdaşımanın da artacağını deməyə əsas verir ki, bu da Azərbaycanda qeyri-neft sektorunun inkişaf etməsinə, əlavə iş yerlərinin yaradılmasına və dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasına imkan verir.

Bütün deyilənləri nəzərə alaraq qeyd etmək olar ki, dəhlizin formalaşması istiqamətində atılan addımlar Azərbaycanın qeyri-neft sektorunun inkişafına böyük təkan verəcək. Asiya, eləcə də bir çox Avropa  dövlətlərinin “Şimal-Cənub” dəhlizinə yüksək maraq göstərməsi ölkə rəhbərlyinin Azərbaycanı bu beynəlxalq nəqliyyat layihəsinə cəlb etməsinin nə qədər uğurlu olduğunun göstəricisidir. Beləliklə, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan islahatlar öz bəhrəsini verməkdədir. Ölkədə həyata keçrilən yüzlərlə infrastruktur layihələri bu gün Azərbaycanı dünya üçün cəlbedici məkana çevirib. Çinin, Hindistanın, Rusiyanın, Türkiyənin, Avropa dövlətlərinin və digərlərinin öz yüklərini Azərbaycan üzərindən daşıması ölkəyə qarışdakı dövr ərzində külli miqdarda gəlir vəd edir. Eyni zamanda, bütün bunlar qeyri-neft sektoru üzrə inkişaf göstəricilərinin daha yuxarı hədlə ifadə olunmasına gətirib çıxarır.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev də qeyd edir ki, Azərbaycan öz coğrafi mövqeyindən səmərəli istifadə edərək ölkələri birləşdirən beynəlxalq qovşaq missiyasını öz üzərinə götürüb: “Şimal-Cənub” nəqliyyat dəhlizi, Bakı-Tiflis-Qars dəmir yolu və ya Ələt Beynəlxalq Ticarət Limanı kimi qlobal layihələrin həyata keçirilməsinə çox sanballı vəsait qoyulub. Bütün bunlar son 15 ildə ölkəyə genişmiqyaslı – 250 milyard dollara yaxın sərmayə cəlb etməyə imkan verib. Dünya Bankının “Doing Business” hesabatında əks olunmuş məlumatlara görə, hazırda Azərbaycan iqtisadi inkişaf sürəti üzrə dünyada 25-ci yerdədir. Bir il ərzində respublika 32 bənd irəliləyib. Bu rekord artımdır və qarşıdakı dövr ərzində Azərbaycan iqtisadiyyatına daha böyük uğurlar vəd edir”.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ