şənbə günü, 17 oktyabr 2026
     

Struktur islahatlarının əsas hədəfi barədə əsaslandırılmış yeni versiya…

Image


Bu gün ölkə gündəmində xüsusi diqqət mərkəzində yer alan əsas məqamlardan biri də genişmiqyaslı struktur islahatlarıdır. Belə görünür ki, ölkədə idarəetməni daha çevik və günün çağrışlarına uyğun hala gətirmək üçün bu istiqamətdə proseslər davam edəcək. Burada məsələnin maraq doğuran tərəflərindən biri isə odur ki, həyata keçirilən islahatlar digər sahələrlə yanaşı, həm də sosiad-iqtisadi inkişafın daha dinamik hala gəlməsinə hesablanıb.

Xatırladaq ki, ölkədə dövlət idarəetmə orqanlarında ciddi struktur islahatlarının gözlənildiyini Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında bildirmişdi. Məhz burada dövlət başçısı daha çevik idarəetmə strukturunun yaradılması ilə bağlı işlərə başlanacağını qeyd etmişdi. İclasdan az  sonra Prezident “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı. Fərmana əsasən bir çox dövlət qurumları ləğv edildi və ya digər qurumlara birləşdirildi. Yuxarıda qeyd olunduğu kimi, prosesin hələ davam etməsi gözlənir. Ekspertlər isə qeyd edir ki, Prezidentin dövlət idarəçiliyində struktur islahatlarına başlaması zamanın tələbidir. Ən azı o baxımdan ki, Azərbaycan dinamik, uğurla inkişaf edən bir ölkədir və onun inkişafı daha çevik struktura malik idarəetmə tələb edir. 

Digər tərəfdən bu fonda struktur islahatları biznes mühitinin daha da təkmilləşdirilməsi, qeyri-neft ixracının genişləndirilməsi baxımından da vacib sayılır. Eyni zamanda gözlənir ki, islahatlar sahibkarlığın və biznesin inkişafına daha çox fayda verəcək. Məsələyə münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov da qeyd edir ki, ölkə başçısının mövcud strukturu təkmilləşdirərək yeni dövrün çağırılarına uyğunlaşdırması nəticəsində idarəetmə sistemində çeviklik artırılır: “Təbii ki, bu kontekstdə dövlət idarəçiliyinin dəyişdirilməsi struktur islahatları çərçivəsində həyata keçirilən addımdır. Bu, dövlət idarəetmə strukturunun təkmilləşdirilməsində daha çevik qərarların qəbul edilməsi üzrə şəraitin yaradılmasına imkan verir. Fərmanın ən böyük üstünlüyü müasir standartlara uyğun idarəetmə strukturlarının yaradılması ilə bağlıdır. Aydındır ki, dərinləşmiş islahatlar yeni struktur islahatlarını daha aktuallaşdırır. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı imzalanan son fərman da məhz iqtisadi islahatların səmərəliliyinin daha da artırılması üçün baza formalaşdırmaqdadır. 2019-cu ildə həm dövlət başçısının tapşırıq və tövsiyələrinə, həm da Strateji Yol xəritələrinə uyğun olaraq islahatların daha da dərinləşdirilməsi nəzərdə tutulur. Deməli, dərinləşmiş islahatlar bu il qeyri-neft sektorunun artım tempinə də öz müsbət təsirini göstərəcək. Bu isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması kimi hədəflərə daha tez nail olunmasına şərait yaradacaq. Nəticə etibarilə, son illər idarəetmə aparatının səmərəliliyinin artırılması istiqamətində addımların atılması və Azərbaycanda qeyri-neft sektorunun inkişafına hədəflənən islahatların struktur islahatları ilə müşayiət olunması xüsusilə qeyd olunmalıdır”.

Ekspert onu da vurğulayıb ki, bir sıra dövlət qurumlarının ləğv edilməsi və ya birləşdirilməsi qərarların qəbulu prosedurunu da xeyli sadələşdirəcək. Bu da nəticə etibarilə idarəetmə sisteminin optimallaşmasına şərait yaradacaq: “Müasir çağrışlar bir daha təsdiq edir ki, idarəetmədə prosedurlarının sayının azaldılması islahatların səmərəliliyinə birbaşa təsir göstərir. Bu baxımdan da, yeni struktur islahatları biznes mühitinin daha da yaxşılaşdırılmasına birbaşa müsbət təsir göstərəcək. Bu kontekstdə, son islahat Azərbaycanda həyata keçirilən və birbaşa qeyri-neft sektorunun inkişafına, eləcə də investisiya mühitinin yaxşılaşdırılmasına, idarəetmə aparatının çevikliyinin artırılmasına, idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir”. V.Bayramovun sözlərinə görə, bütün bu islahatlar dövlət büdcəsində vəsaitlərə qənaət edilməsi və vəsaitlərin səmərəli xərclənməsi baxımından da vacibdir. O vurğulayır ki, idarəetmə xərclərinin optimallaşdırılması büdcə vəsaitlərinin səmərəliliyinin artırılmasına imkan yaradır: “ Bu, optimal xərclər, həmçinin daha səmərəli maliyyə mexanizminin formalaşdırılması baxımdan da vacibdir. Azərbaycanda iqtisadi islahatlar həm struktur, həm institusional olaraq davam etdirilir. Məqsəd mövcud postneft dövrünün prioritetlərinə uyğun iqtisadiyyatın şaxələndirilməsinə hədəfləmiş islahatların struktur islahatları ilə dəstəklənməsinə nail olmaqdır. Nəticədə bu, idarəetmədə bir çeviklik formalaşdırır, proseslərə idarəetmə orqanlarının daha çevik, tez bir zamanda səmərəli reaksiya verməsini təmin edir. Bütövlükdə bu, yalnız iqtisadi inkişaf deyil, həm də cəmiyyətin inkişafı və ölkənin daha müasir, çevik idarəetmə sisteminə transformasiyası baxımından olduqca vacibdir”. Digər ekspertlərin də fikri bundan ibarətdir ki, islahatlar ölkədə səmərəli dövlət idarəetmə aparatı formalaşdırılmaqla davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı bundan sonra da təmin edəcək. Məhz bu da Azərbaycanı iqtisadi cəhətdən də qüdrətli bir ölkəyə çevirəcək.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ