şənbə günü, 17 oktyabr 2026
     

Bakı-Tiflis-Qarsın Naxçıvana kimi uzanması ermənilərin təşvişini artırıb

Image


Bu gün Ermənistan üçün ən böyük problemlərdən biri regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən transmilli layihələrdən kənarda qalmasıdır. Belə vəziyyət işğalçı ölkənin sosial-iqtisadi durumunu getdikcə pisləşdirir. Bunu Azərbaycanın uğurla reallaşdırdığı mühüm layihələrdən biri sayılan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin timasalında da kifayət qədər aydın görmək olar. Məhz bu xəttin işə düşməsi Ermənistanın tranzit ölkəyə çevrilmək üçün son ümidlərinin üzərindən birdəfəlik xətt çəkdi.

İrəvanı narahat edən daha bir məqam Bakı-Tiflis-Qarsın, ümumiyyətlə, digər nəqliyyat layihələrinin Azərbaycanı getdikcə daha güclü ölkəyə çevirməsidir. Faktdır ki, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşən Azərbaycan indi regionun tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır, onu mühüm nəqliyyat və logistika mərkəzinə çevirir. Hazırda nəqliyyat-logistika və tranzit potensialının inkişaf etdirilməsi ölkəmizin prioritet məsələlərindən biridir. Bu istiqamətdə Bakı-Tiflis-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Abşeron Logistika Mərkəzinin tikintisi kimi layihələr artıq reallaşdırılıb, “Şimal-Cənub”, “Şərq-Qərb” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşdırılması davam edir. Bu dəhlizlər ölkəmizin iqtisadi qüdrətini daha da artırır. Eyni zamanda, həmin layihələrə beynəlxalq maraq da sürətlə artır. Məsələn, elə Bakı-Tiflis-Qars dəmir yolu ilə daşımalara maraq göstərən ölkələrin sayı get-gedə artmaqdadır. Bir çox ölkə, xüsusilə Şərq ölkələri Çin tərəfindən irəli sürülən “Bir kəmər- Bir yol” layihəsi çərçivəsində Bakı-Tiflis-Qarsdan istifadə edilməsinə xüsusi maraq göstərir. Orta Asiya ölkələri üçün Bakı-Tiflis-Qarsın əhəmiyyəti artır. Məsələn, məlumdur ki, Qazaxıstandan sonra Özbəkistanın infrastrukturunun təkmilləşdirilməsi və 2018-2022-ci illərdə yükdaşımalarının xarici ticarət marşrutlarının şaxələndirilməsinə dair kompleks proqramda bu dəmir yoluna qoşulma nəzərdə tutulur. Bu ölkə Nəvai-Türkmənbaşı-Bakı-Tiflis-Qars dəmir yolu nəqliyyat dəhlizinin istifadə edilməsində maraqlıdır. Həmin dəhliz Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstan dəmir yollarını Türkiyənin nəqliyyat şəbəkəsi ilə birləşdirəcək. Onu da bildirək ki, Bakı-Tiflis-Qars xəttilə ilkin mərhələdə yükdaşımaların həcmi illik 6,5 milyon ton səviyyəsindədir. Amma bura daha çox ölkələrin cəlbi yükdaşımaların həcmində böyük artım olacağını göstərir. Digər tərəfdən, gələn ildən bu yolla sərnişindaşıma da həyata keçiriləcək. Bu isə Bakı-Tiflis-Qarsın əhəmiyytinin daha da artması deməkdir.

Başqa bir önəmli məqam da odur ki, Bakı-Tiflis-Qars tezliklə Naxçıvana kimi uzanacaq. Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan qeyd  edir ki, Qars-İğdır-Naxçıvan dəmiryolunun inşası üçün tenderə hazırlıq işləri aparılır: "Məlum olduğu kimi, Qars-İğdır-Naxçıvan dəmir yolu ötən ilin oktyabr ayında istifadəyə verilən Bakı-Tiflis-Qarsın dəmir yolu layihəsinin davamıdır. Bu xətt Qarsda tikintisi hələ davam edən logistik mərkəzlə də bağlı olacaq". Bütün bunlar, öz növbəsində, Naxçıvaınn blokadadan çıxmasına önəmli bir töhfə olacaq. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da bildirir ki, Türkiyənin Qars şəhəri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu xəttinin tikintisi üzrə işlər başlayıb. Səfirin sözlərinə görə, bu istiqamətdə işlər Bakı-Tiflis-Qars layihəsi çərçivəsində aparılır: "Biz Qarsa tikintisi davam etdirilən logistik mərkəz qismində baxırıq. İşlərin indi hansı mərhələdə olduğunu deməyə çətinlik çəkirəm, lakin böyük ehtimalla, yaxın iki ildə başa çatacaq. Hazırda Bakı-Tiflis-Qars layihəsinin davam etdirilməsi işləri görülür. Söhbət dəmir yolunun Qarsdan Naxçıvana uzadılmasından gedir və bu istiqamətdə işlər artıq başlayıb". Diplomat qeyd edib ki, Bakı-Tiflis-Qars dəmir yolu Türkiyəni Avropa ilə bağlayan hissədir: "Hazırda BTQ ilə Qazaxıstandan Mersin limanına yükdaşıma həyata keçirilir. Bəzi yüklər Rusiyadan Türkiyə və Avropaya tədarük olunur. Gələcəkdə yükdaşıma həcminin nə qədər olacağını dəqiq demək çətindir, lakin deyə bilərəm ki, bütün potensialdan istifadə olunacaq". Bütün bunlar isə Ermənistanda böyük narahatlığa yol açıb. Baş verənlərlə bağlı Ermənistanın “verelq.am” saytı yazır: “Türkiyənin Qars şəhərini Naxçıvanla birləşdirəcək Qars-İğdır-Aralıq-Dilucu dəmiryolunun inşaat işləri bu günlərdə start götürüb. Bunu Türkiyənin Azərbaycandakı səfiri bildirib. Yada salaq ki, əvvəllər bildirildiyi kimi, Türkiyə Naxçıvanla azad iqtisadi zona yaradır. Naxçıvan Ankaranın xarici siyasətində Ermənistana qarşı alət və pantürkçü strategiya çərçivəsində Azərbaycan Respublikası ilə birləşdirilməsi üçün Ermənistanın Naxçıvana bitişik zonası olan Sünikə  qarşı əməliyyat meydanı kimi nəzərdən keçirilib.

Türkiyə Naxçıvanda iqtisadi, kommunikasiya və  başqa proqramlar gerçəkləşdirərək Naxçıvanı bölgəsəl subyektə, orada cəmlənmiş yetərincə güclü hərbi potensial vasitəsilə bu ərazinin Ermənistanla sərhədini daim gərginlikdə saxlaya biləcəyi amilə çevirməyə və bununla da İrəvanı  istənilən an gərək ola biləcək böyük hərbi resurs toplamağa vadar etməyə səy göstərir.

Bundan savayı, dəmir yolunun Türkiyə-Naxçıvan-İran-Fars körfəzi istiqaməti üçün iqtisadi və kommunikasiya önəmi olacaq, muxtariyyəti tranzit dəhlizinə və logistik mərkəzə döndərəcək. Bu layihənin hərbi əhəmiyyəti də ola bilər.

Türkiyə və Azərbaycan əvvəllər Qarsda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun da birləşdiyi birgə hərbi təlimlər keçirib. Böyük sayda Türkiyə qoşunu dəmir yolu sayəsində Naxçıvana göndərilə bilər, bununla da gərəkən zaman operativ şəkildə Azərbaycanın köməyinə çata bilər. Bundan başqa, Azərbaycan yeni dəmir yolu ilə Türkiyədən Naxçıvan üçün silah və döyüş sursatı ala bilər”.

Bütün bunlar Bakı-Tiflis-Qarsın Ermənistan üçün daha böyük qorxu mənbəyinə çevrilməkdə olduğunu göstərir.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ