şənbə günü, 17 oktyabr 2026
     

Azərbaycanın neftin büdcə qiymətində ehtiyatlı siyasət yürütməsinin dərin beynəlxalq kökləri…

Image


ABŞ-ın İrana qarşı yeni sanksiyalarının dünya neft bazarına təsiri yenidən xüsusi diqqət mərkəzindədir. Artıq sanksiyalar qüvvəyə mindikdən sonra neft bazarında yenidən qiymət artımı müşahidə olunur. Digər tərəfdən belə görünür ki, ABŞ Donald Tramp hakimiyyətdə olduğu müddətdə İrana qarşı sərt mövqedə olacaq. Ən azından, bu amil neft bazarında qiymətləri yüksək həddə saxlayan əsas vasitələrdən biri olacaq.

Eyni zamanda, ABŞ-ın Venesuela ilə kəskinləşən münasibətləri, Liviyada baş verən olaylar, İraqda qeyri-sabitlik və digər amillər də neft bazarına əvvəlki kimi təsir etməkdədir. Ekspertlər belə vəziyyətdə neft qiymətlərinin, ən azından, 70-80 dollarlıq həddə qalacağını proqnozlaşdırır. Bu mənada, Azərbaycanın da neft qiyməti ilə bağlı siyasətinin mövcud reallıqlara tam cavab verdiyi vurğulanır. Yeri gəlmişkən qeyd edək ki, ölkəmiz bu məsələdə yenə də ehtiyatlı mövqedən çıxış edərək, gələn il üçün neftin büdcə qiymətini 60 dollardan hesablayıb. Lakin qiymətlərin gələn il üçün bundan yüksək olacağı və ölkənin neftdən daha çox gəlir əldə etdəcəyi proqnozlaşdırılır.  

Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə qeyd edir ki, 2019-cu il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 28 faizi həcmində olmaqla, mütləq ifadədə 22 milyard 918 milyon manat təşkil edəcək: "Bu da cari illə müqayisədə 769 milyon manat və ya 3,5 faiz çoxdur. Gəlirlərin 9 milyard 217 milyon manatı və ya 40,2 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 700 milyon manatı və ya 59,8 faizi neft gəlirlərinin payına düşəcək". Nazir müavini diqqətə çatıdırb ki, gələn ildə ümumi daxili məhsulun 3,6 faizlik, qeyri-neft sektorunda 3,9 faizlik real artım sürəti, dövlət büdcəsi və Dövlət Neft Fondunun gəlirlərinin hesablanmasında isə bir barrel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində qəbul edilib: "Bütövlükdə dünya iqtisadiyyatında cərəyan edən proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsirinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas prioritetlərindən biri kimi gündəlikdə durmaqdadır".

Ümumiyyətlə, görünən həm də budur ki, Azərbaycan büdcə gəlirlərinin formalaşmasında neftdən asılılığın azaldılmasına çalışır. Amma dünya bazarlarındakı vəziyyət göstərir ki, gələn il üçün ölkənin neft gəlirləri nəzərdə tutulduğundan artıq olacaq. Çünki dünya bazarlarında mövcud durum bunu diqtə edir. Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti Stanislav Mitraxoviç bildirir ki, ABŞ-İran ziddiyyətlərinin kəskinləşməsi neftin qiymətini hətta 100 dollarlıq həddə də qaldıra bilər. Ekspert fikrini bununla əsaslandırır ki, ABŞ təzyiqlərini daha da artırarsa və 3-cü ölkələr tərəfindən İran neftinin idxalının azaldılmasına nail olarsa, İran hökuməti müəyyən sərt addımlara əl ata, o cümlədən Hörmüz boğazını bağlaya bilər. O, bu şəraitdə neftin asanlıqla 100 dollarlıq həddə qalxacağını proqnozlaşdırır: “Bu proseslər İran hökumətini Hörmüz boğazının bağlanması kimi sərt cavab tədbirləri görməyə təhrik edə bilər. Onda neft qıtlığı təhlükəsi yaranar, qiymətlər artmağa başlayar. Hörmüz boğazının bağlanması mümkün olsa da, nisbətən az ehtimal olunan hadisədir”.

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol da bildirir ki, Səudiyyə Ərəbistanı, Küveyt və Rusiya neft istehsalını artırmasa, qiymət yüksəlişi qaçılmazdır. O qeyd edib ki, dünyada neftə olan tələbat hələ də sürətlə artır: “İstehsal baxımından iki problem var. Bunların biri Venesuela, digəri də İrandır. Venesuela yaxın müddətə qədər 2,4 milyon barrel neft istehsal edirdi. Hazırda bu göstərici 1,2 milyon barrelə düşüb. Neft tarixində istehsalın bu qədər qısa müddətdə və belə böyük həcmdə azaldığı başqa ölkə olmayıb. İstehsal daha da azala bilər. İran isə gündəlik 2,7 milyon barrel neft istehsal edirdi. Hazırda hasilat 1,8 milyon barrelə düşüb. ABŞ-ın sanksiyalarından sonra İranın neft istehsalının hansı həcmdə azalacağı isə sual altındadır”. Səudiyyə Ərəbistanı, Küveyt və Rusiyanın neft istehsalını daha da artırmalı olduğunu deyən IEA-nın icraçı direktoru qeyd edib: “Yoxsa neftin qiymətində yenidən sıçrayış ola bilər. Lakin həmin ölkələrin məsuliyyəti öz üzərlərinə götürərək qiymətin daha çox artmasına mane olacaqlarını düşünürəm”. İranın neft naziri Bijan Zəngənə isə qeyd edir ki, dünyada heç bir ölkə İran neftini əvəz edəcək gücdə deyil. O, bir müddətdir neft qiymətlərindəki rəqslənmələrə diqqət çəkərək, ABŞ-ın İran neftinə qarşı sanksiyalar cəhdinin davam etdiyi müddətdə bazarlardakı qiymət qeyri-stabilliyinin də dayanmayacağını bildirib. Bu isə neft qiymətlərinin yüksələn xətt üzrə hərəkətini qaçılmaz edir. Beynəlxalq Valyuta Fondu və digər maliyyə qurumları İran ətrafındakı gərginlikdən sonra neftin qiymətinin kəskin artacağından narahatdır. Beynəlxalq Valyuta Fondu da sözügedən problem kəskinləşəcəyi təqdirdə qiymətin artacağını proqnozlaşdırır. Bu da dünya bazarında neft qıtlığının yaranması təhlükəsilə bağlıdır.  Hər halda, neftin qiymətinin kəskin bahalaşacağı ilə bağlı proqnozlar realdır. 

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ