Rusiyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında veto hüququnun əlindən alınması gündəmə gətirilir.
Nurman-xeber.az saytı xəbər verir ki, bu barədə açıqlama verən Polşa prezidenti Bronislav Komorovski bildirib ki, BMT-də Rusiyanın veto hüququnun əlindən alınması təklifini etməyə hazırlaşır.
«The New York Times» qəzetinin xəbərinə görə, Polşa lideri BMT-də nizamnamə dəyişikliyinə gedərək, Rusiyanın Təhlükəsizlik Şurasının qərarlarını veto etməsinin qarşısını almaq üçün sözügedən təklifi BMT Baş Assambleyasında gündəmə gətirməyə hazırlaşır.
Ancaq BMT nizamnaməsinin 108-ci maddəsinə uyğun olaraq, bu qərar üçün BMT Baş Assambleyasının üçdə ikisinin dəstəyi lazımdır, həmçinin qərarın bütün üzvlər tərəfindən irəli sürülməsinin zəruriliyi vurğulanır.