Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili vətənində yaxınlarının əmlakına həbs qoyulmasına «facebook» profilində cavab verib. Nurman-xeber.az saytı xəbər verir ki, keçmiş prezident Ukraynanın istefaya göndərilmiş prezidenti Yanukoviçin evinin şəkillərini paylaşaraq yazıb ki, «kimə korrupsiyaya uğramış prezidentin evinin necə göründüyü maraqlıdırsa, Yanukoviçin evinə baxsın».
Hazırda ABŞ-da olan Saakaşvili növbəti statusunda yazıb: «Mən ev tikdim – Gürcüstanı vəonlar buna həbs qoydular».
Gürcüstan Baş Prokurorluğu Mixail Saakaşvilinin və ailəsinin əmlakına əl qoyub. Gürcü liderin həyat yoldaşı, anası və nənəsinin köhnə avtomobili də daxil olmaqla əmlakları siyahıya alınıb. Məhkəmə gürcü lideri vəzifəsindən sui-istifadə və dövlət əmlakını mənimsəməkdə günahlandırır.
Saakaşvilinin vəkili Otar Kaxidze bildirib ki, Baş Prokurorluğun qərarına ölkə qanunlarından dolayı etiraz edə bilmirlər: «Buna görə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edəcəyik. Üzərinə həbs qoyulan mallar arasında Saakaşvilinin nənəsinin köhnə avtomobili və daşınmaz əmlak arasizi də var».
Vəkil müvəkkilinin ittiham olunması ilə bağlı heç bir dəlilin olmadığını bildirib və bu hadisənin siyasi təzyiq olduğunu deyib.
Rəsmi Tiflis Saakaşvilini beynəlxalq axtarışa verib.
Tiflis məhkəməsi daha əvvəl Saakaşvili, Gürcüstanın keçmiş ədliyyə naziri Zurab Adeişvili və keçmiş müdafiə naziri David Kezeraşvilinin qiyabi həbs olunmasına qərar vermişdi. Hər üçü şəxs nümayişlərdə vətəndaşlara zor tətbiq edilməsi və qeyri-qanuni olaraq iş adamı mərhum Badri Patarkaçşivilinin əmlakını ələ keçirməkdə günahlandırılır. Məhkəmə onların qanunları pozduğuna inanır.