Beynəlxalq İran Ticarət Palatası Komitəsi baş katibi Məhəmməd Hüseyn Bəhkiş bildirib ki, iki ölkə arasındakı ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədilə İran və ABŞ arasında ortaq ticarət palatasının qurulacağını bildirib. Anspress-in məlumatına görə, bu barədə xəbəri Mehr xəbər agentliyi yayıb.
Xəbərdə qeyd edilir ki, Bəhkiş bunları qeyd edib: "Keçən il Prezident Həsən Ruhaninin Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatının toplantısından İrana döndükdən sonra işlərinə başlanan İran-ABŞ Ortaq Ticarət Palatasının qurulması dəqiqləşdi. Bu iş əsnasında ABŞ heyəti işimizi asanlaşdırarkən, İsrail yolumuza daş qoymağa çalışdı. Lakin İran heyətinin səylərilə palatanın qurulması üçün razılaşmaya gəldik".