Rusiyanın iki hərbi təyyarəsi icazəsiz İsveçin hava məkanına daxil olub. Rəsmi Stokholm bunu «ciddi pozuntu» kimi dəyərləndirərək Rusiya səfirliyinə etiraz notası verib.
Sentyabrın 19-da İsveç Xarici İşlər Nazirliyi deyib ki, Rusiya hərbi təyyarələri ayın 17-də Baltik dənizi üzərindən uçaraq ölkənin cənubundakı Eland adasına daxil olub. Bu hadisə İsveçdə müdafiə xərclərinin artırılması müzakirələrini qızışdıra bilər.