Özünü «İraq Şam İslam Dövləti» (İŞİD) adlandıran qruplaşmanın İraqın Mosul şəhərində girov götürdüyü 49 Türkiyə vətəndaşı azad edilib. Nurman-xeber.az bildirir ki, azadolunma əməliyyat MİT Xarici Əməliyyatlar İdarəsi tərəfindən icra edilib. Onlar girovluqda olduqları müddətdə peyk üzərindən, pilotsuz aparatlar, elektron cihazlar və bölgədəki MİT işçiləri tərəfindən izlənib.
Bildirilir ki, kəşfiyyatçılar 5-6 dəfə girovları qurtarmağa yaxın olsa da müəyyən səbəblərdən bu baş tutmayıb. Dünən isə girovlar Akçakale yaxınlığındakı Talafər bölgəsində MİT-ə təhvil edilib.
Qaynaqlar əməliyyatı Türkiyənin tək başına reallaşdırdığını və heç bir şəkildə xarici dəstək almadığını bildirir.
IŞİD girovları Ramazan ayında İraqdan Suriyaya aparıb. Terrorçuların atdığı hər addımı təqib edən MİT, İraqdan çıxanda girovların olduğu konvoyu pilotsuz kəşfiyyat təyyarələri ilə izləməyə başlayıb. Girovlar ilk olaraq Suriyanın Haseki şəhərinə aparılıb. MİT burada girovları qurtarmağa cəhd edib. Ancaq, IŞİD bir neçə gün sonra girovları Rakka şəhərinə aparıb.
Bundan sonar girovların saxlandığı yerləri bilən MİT danışıqlara başlayıb. Danışıqlarda bayram öncəsi girovların azad edilməsinə dair razılaşma nöqtəsinə gəlinib. Ancaq bu məqamda Rakkada bəzi tayfalar tutduqları adlarını açıqlamadığı 3 adamın MİT işçisi olduğunu bildirib və girovların Türkiyəyə gətirilməsi istiqamətində edilən cəhdlər uğursuzluqla nəticələnib. IŞİD bu hadisədən sonra girovların yerini yenidən dəyişdirib. Ümumiyyətlə IŞİD girovların yerini 101 gündə 9 dəfə dəyişib.
Bundan sonra MİT Rakkada nəzarəti əlində saxlayan IŞİD üzərində ən böyük təsirli olan ərəb tayfaları ilə əlaqə yaradıb. Şanlıurfanın Akçakale mahalı və Harran mahalının ərəb tayfa başçıları vasitəsilə eyni tayfanın Suriyadakı liderləri ilə ünsiyyət quran MİT girovların sərbəst buraxılması üçün IŞİD-lə danışıqlara başlayıb. Rakkada güclü olan ərəb tayfa liderləri ilə aparılan uzun danışıqlardan sonra razılaşma əldə edilib.
49 girovdan 3-ü İraq vətəndaşı olub. Mosulda təslim alınan türk vətəndaşları MİT tərəfindən təhlükəsizlik səbəbilə Suriya ərazisindən Türkiyəyə gətirilib. Bəzi mənbələr isə MİT-in girovları Suriya ərazisindən təhvil aldığını bildirir. Bundan sonra girovlar Şanlıurfaya gətirilib. Onların arasında olan 3 iraqlı isə öz ölkəsinə göndərilib.
Baş nazir Əhməd Davudoğlu onlarla görüşmək üçün Bakıdan Şanlıurfaya gedib. Davudoğlu 49 nəfərin azad olunması ilə bağlı əməliyyatın gizli qalacağını bildirib.
İyunun 11-də İŞİD terrorçuları Türkiyənin Mosuldakı Bak Konsulluğuna hücum edərək baş konsul və digər 48 Türkiyə vətəndaşını girov götürmüşdü.